Bu gün Fuceyrə sahilləri və Hörmüz boğazında elektron maneələrin artdığı bildirilir. "Tasnim News" agentliyi xəbər verib ki, Fuceyrə limanına edilən hücumlardan sonra gəmilər tərəfindən Avtomatik İdentifikasiya Sisteminin (AIS) kəsilməsi hallarında əhəmiyyətli artım müşahidə olunur. Eyni zamanda kritik Qlobal Mövqeləndirmə Sistemində (GPS) maneələrin yenidən geri qayıtdığı qeyd edilir. Məlumata görə, yayımlanan görüntülər son 48 saat ərzində mövqelərini ötürən gəmilərin sayının kəskin şəkildə azaldığını göstərir. Tasnim əlavə edib ki, GPS maneələrinin üç yeni sahəsi müəyyən edilib və bu bölgələr xəritədə qırmızı rənglə işarələnib. Agentliyin iddiasına görə, mövcud sübutlar Fuceyrə sahil sularında yüksək səviyyəli elektron müdaxilələrin olduğunu göstərir.
İRADƏ