Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünün qeyd edilməsi münasibətilə 8-9 may tarixlərində Ukraynada atəşkəs elan edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Ukrayna Prezidenti Zelenskinin 9 May Qələbə Günündə Moskvaya hücum etməklə hədələdiyi qeyd olunan açıqlamada, Rusiya Silahlı Qüvvələrinin Qələbə Günü tədbirlərində təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirləri görəcəyi vurğulanır.
“Əgər Kiyev rejimi cinayətkar planlarını həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri buna paytaxt Kiyevin mərkəzinə kütləvi raket hücumu ilə cavab verəcək. Bütün imkanlara malik olmasına baxmayaraq, Rusiya əvvəllər humanitar səbəblərdən bu cür hərəkətlərdən çəkinib. Kiyev sakinlərini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri vaxtında tərk etmələri barədə xəbərdar edirik”.
Rusiyadan gələn açıqlamadan qısa müddət sonra Ukrayna Prezidenti Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib. Zelenski bildirib ki, "Rusiya rəsmi tələb irəli sürməsə də, biz sülh niyyətlərimizi nümayiş etdirmək üçün öz atəşkəs rejimimizi tətbiq edirik".
Tahir TAĞIYEV