şənbə günü, 26 sentyabr 2026
     

Prezident və Birinci xanım 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

Image


Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” ilə tanış olublar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdi.

Bildirildi ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

“Caspian Agro Week” sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, “ağıllı” kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri nümayiş olunur.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim edilir.

Əsas yeniliklərdən biri indiyədək “Caspian Agro” kimi tanınan sərginin bu ildən “Caspian Agro Week” konsepti çərçivəsində təşkil olunmasıdır. Sərgi ilə yanaşı, konfrans və forumlar, həmçinin innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq.

Dövlətimizin başçısı və birinci xanım “Azərsun Holdinq” şirkətinin stendinə baxdılar. Şirkət “tarladan süfrəyə” prinsipi ilə fəaliyyət göstərərək, müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. “Azərsun Holdinq”in fəaliyyəti bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır.

Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik “Agro Dairy” aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xammalın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar-sənaye ekosistemi formalaşdırıb. “Torpaqdan süfrəyədək” prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir.

Almaniyanın “Holmer” şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. “Holmer” innovativ şirkət olmaqla, texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir.

İtaliyanın “New Holland” şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. “New Holland” kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq, fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Rusiyanın “PhosAgro” şirkəti dünyada fosfatəsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti, eyni zamanda, yüksəkkeyfiyyətli fosfat süxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və ammoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfatəsaslı gübrə istehsalçısı olan bu şirkət, həmçinin ən böyük yüksəkkeyfiyyətli fosfat süxuru istehsalçısıdır.

Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik “Azera Holdinq” əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik Holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan “Fruitland” şirkəti Azərbaycanda ilk dəfə “Agroland” və “BinəAgro” şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir.

Sərgidə iştirak edən Türkiyənin “Favo Agro” şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. “Favo Agro” kənd təsərrüfatı texnikası ilə yanaşı, suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət, həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.

Qeyd edildi ki, “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik, həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada, eyni zamanda, “ağıllı” kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar var.

Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmaq mümkündür. Bundan başqa, hər il təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək.

Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.

Sərgidə İspaniyanın “Industrıas Davıd” şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım “Gürcüstan Milli Qrupu”nun stendində də oldular. Həmişə olduğu kimi, bu dəfə də Gürcüstan sərgidə iştiraka böyük maraq göstərir. Bu ölkədən 10-a yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir.

Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin “AFI Projects” şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatların yenidən qurulması sahəsində xidmətlər təqdim edir. “AFI Projects” həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir.

“İtaliya Respublikasının Milli Qrupu”nun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, budəfəki sərgilərdə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkəti iştirak edir.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan “Az Agromila” şirkəti yeni nəsil gübrə və biopestisit sektorunda uğurla fəaliyyət göstərir. Müasir texnologiyalar təqdim edən şirkət istixana, meyvə-tərəvəz və açıq sahə də daxil olmaqla, kənd təsərrüfatının bütün sahələrində xidmət göstərir.

Niderland Krallığı da sərgiyə böyük maraq göstərir. Bu ölkə sərgidə milli stendlə təmsil olunur. Niderland şirkətləri öz kənd təsərrüfatı məhsullarını burada nümayiş etdirir. Stenddə toxumlar, güllər, istixana üçün avadanlıqlar və digər qida və kənd təsərrüfatı məhsulları təqdim olunur.

Məlumat verildi ki, yerli aqrar şirkət olan “Amofresh” Azərbaycanda münbit torpaqlarda fəaliyyət göstərir, ənənə ilə müasir innovasiyaları birləşdirir. Şirkət ekoloji təmiz regionlarda “Amofresh” brendi altında premium meyvə və tərəvəzlərin becərilməsi ilə məşğuldur. İstehsalın bütün mərhələlərində yüksək keyfiyyətin və təbii dadın təmin olunmasına çalışır.

“METAK” da kənd təsərrüfatı məhsulları istehsal edən yerli şirkətdir. Şirkətin stendində intensiv bağ modeli nümayiş olunur. Bu model il ərzində salınmış intensiv bağın struktur və quruluşuna tam uyğun şəkildə hazırlanıb, ziyarətçilərə bu texnologiyanın üstünlüklərini yerindəcə vizual şəkildə təqdim edir.

İranın “Khazar Electric” şirkəti innovativ həllərə əsaslanaraq kənd təsərrüfatı və tullantıların emalı avadanlıqlarını istehsal edir. Məhsul çeşidinə taxılqurutma, inkubator, kəsimxana, quşçuluq avadanlıqları daxildir.

“Absheron Olive Garden” MMC zeytun yağı və süfrəlik zeytun məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunub, müasir texnologiyalar tətbiq edilir və məhsulun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Sərgidə maraq doğuran stendlərdən biri də "Şirvan Aqro" heyvandarlıq kompleksinə aiddir. Kompleks ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan müəssisədir. "Şirvan Aqro" Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq komplekslərindən biridir.

Hazırda "Meysəri" markası ilə tanınan "Şirvan Şərabları" müəssisəsi Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndində yerləşir. O, ölkəmizdə Avropa İttifaqı tərəfindən sertifikat almış ilk orqanik şərab istehsalçısıdır.

Belarus bu dəfə də sərgilərdə fəal iştirak edir. Bu ölkənin şirkətləri qida məhsulları təqdim edirlər. Belarusun sərgidə ümumilikdə 11 şirkəti təmsil olunur. Qeyd olunub ki, bu ölkə 10 ildən çoxdur sərgilərdə iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə KOB-ların bazarlara çıxışına dəstək üçün xüsusi stend təşkil olunub. Stenddə 10-a yaxın KOB subyekti tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran və pendir kimi məhsullar nümayiş etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə yaradılmış Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyərək, kiçik və orta biznes subyektlərinə bir sıra xidmətlər göstərir, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir.

“Braziliya Federativ Respublikasının Milli Qrupu”nun stendində ziyarətçilərə əsasən kənd təsərrüfatı məhsulları təqdim edilir. Braziliya pavilyonunda bu ölkənin ət istehsalçısı və ixracatçısı şirkəti məhsullarını nümayiş etdirir. Bundan başqa, Braziliya qəhvəsi istehsal edən müəssisənin məhsulları da sərgidə maraqla qarşılanır.

İndoneziya da sərgiyə maraq göstərən ölkələr sırasındadır. Bu ölkə tədbirə milli stendlə qatılıb. “İndoneziya Milli Qrupu”nun stendində əsasən qəhvə və qənnadı məhsulları təqdim edilir.

Sərgidə Afrika ölkələrinin birgə iştirakı ilə təşkil edilən AFAZ (Africa-Azerbaijan Cooperation) ilk dəfə öz stendi ilə təmsil olunur. Bu stenddə isə Benin, Cənubi Sudan, Efiopiya, Kot-d’İvuar, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiyadan olan şirkətlər məhsullarını təqdim edir.

Sonra dövlətimizin başçısı və birinci xanım Bakı Ekspo Mərkəzinin həyətində müxtəlif ölkələrin şirkətlərin kənd təsərrüfatı texnikası ilə tanış oldular.

Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” bu iki sahədə beynəlxalq əməkdaşlıq, innovasiya və yeni biznes əlaqələrinin inkişafına xidmət edən mühüm platformadır. Bu illər ərzində sərgilər milli brend kimi dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində mühüm yer tutub.

Sərgi həftəsi çərçivəsində kənd təsərrüfatında innovativ həllər, aqrotexnologiyalar, “ağıllı” kənd təsərrüfatı sistemləri, qida emalı texnologiyaları, qida təhlükəsizliyi, logistika və ixrac imkanları üzrə qabaqcıl məhsul və xidmətlər nümayiş etdiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin təşviqinə və aqrar-qida sektorunda yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verəcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ