İran mediası dünən xəbərdarlıqlara məhəl qoymayan ABŞ hərbi gəmisinin Cask adası yaxınlığında iki raketlə vurulduğunu bildirmişdi. Qeyd edilirdi ki, vurulandan sonra zədələnən Amerika hərbi gəmisi ərazini tərk edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə xəbərləri təkzib edərək heç bir Amerika hərbi gəmisinin vurulmadığını iddia edib.
Bu açıqlamanın ardından İran tərəfi ABŞ hərbi gəmisinin vurulma anının görüntülərini yayıb.
Tahir TAĞIYEV