Bu gün İranın Tokiodakı səfirliyi Hörmüz boğazı ilə bağlı açıqlama yayaraq, boğazdan İrana qarşı “sui-istifadənin” qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib.
Bəyanatda qeyd olunur ki, İrana qarşı tətbiq edilən müharibədən əvvəl enerji və ticarət axını, o cümlədən Yaponiya gəmilərinin keçidi Hörmüz boğazı vasitəsilə normal şəkildə həyata keçirilirdi.
Səfirlik vurğulayıb ki, boğazı müharibə zonasına çevirən İran deyil, “təcavüzkar qüvvələr” olub. Açıqlamada həmin tərəflərin İranın suverenliyinə və təhlükəsizliyinə, eləcə də boğazın daxilindən hücum etdikləri iddia edilir. Məlumatı ISNA yayıb.
İradə SARIYEVA