Cümə axşamı günü, 17 sentyabr 2026
     

İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

Image


Məlum olduğu kimi, illərdir İran iqtisadiyyatı beynəlxalq sanksiyalar və idarəetmə problemləri altında çabalayır. Bahalaşma, inflyasiya və milli valyutanın sürətlə dəyərsizləşməsi ilin əvvəlində ölkədə kütləvi etirazlara səbəb oldu. Hakimiyyət etirazları zorakılıqla yatırdı, minlərlə insan həlak oldu. Fevralın 28-də ABŞ və İsrail hava zərbələrinə başlayandan vəziyyət daha da pisləşdi. Onsuz da köhnəlmiş infrastruktur hücumların hədəfinə çevrildi: zavodlar, metallurgiya müəssisələri, körpülər və limanlar sıradan çıxarıldı. Üstəlik, neft və qaz obyektlərinin vurulması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranın əsas gəlir mənbəyi olan neft pullarının qarşısını kəsdi.

Təhlilçilər İran iqtisadiyyatının artıq görünməmiş bir mərhələyə daxil olduğunu bildirir. Londonda yerləşən "Capital Economics" şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısının müavini Ceyson Tuvi deyir: "Əgər rejim blokadanın aradan qaldırılması üçün ABŞ-dan güzəştlər əldə edə bilməsə, iqtisadiyyat dərin böhran vəziyyətində qalacaq". Onun sözlərinə görə, son nəticə İran hakimiyyətinin hərbi və geosiyasi məqsədlərinə çatmaq üçün iqtisadi sancını nə qədər çəkə biləcəyindən asılıdır. Vəziyyət o qədər pisləşib ki, yüksək vəzifəli şəxslər artıq bunu inkar edə bilmir. Məlumatlara görə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti prezident Məsud Pezeşkiana iqtisadiyyatı sabitləşdirmək üçün təcili addımlar atmağı, internetə tam çıxışın bərpasını və Vaşinqtonla sülh razılaşması əldə olunmasını tövsiyə edib. Hökumətin sözçüsü Fatimə Mühacirani müharibənin infrastruktura, yaşayış və kommersiya obyektlərinə 270 milyard dollarlıq ziyan vurduğunu bildirib. "Eghtesad News"un yazdığına görə, bu rəqəm İranın 2025-ci il dövlət büdcəsindən təxminən doqquz dəfə çoxdur və ölkənin ümumi daxili məhsulunun 60 faizinə bərabərdir. İran rəsmilərinin sözlərinə görə, yalnız mülki infrastruktura dəymiş ziyanın bərpası üçün 300 milyard dollar lazımdır. Sıradan çıxmış bizneslər və artan sosial ödənişlər kimi digər iqtisadi zərərlər də mövcuddur. Əmək nazirinin müavini Qulamhüseyn Məhəmmədinin sözlərinə görə, ilkin hesablamalar münaqişə nəticəsində 1 milyondan çox iş yerinin itirildiyini, 2 milyon insanın isə birbaşa və ya dolayı yolla işsiz qaldığını göstərir.

"Donya-e-Eqtesad" qəzetinin məlumatına görə, yaz ayları işə qəbulun ən aktiv dövrü hesab olunur. "IranTalent" iş platforması ötən ilin yazında 65 min vakansiya qeydə alındığını bildirsə də, bu il mövcud iş yerlərinin sayı 80 faiz azalıb. Başqa sözlə, keçən yaz mövcud olan hər beş iş yerindən dördü artıq yoxdur. Buna paralel olaraq, iş axtaranların sayı sürətlə artmaqdadır. Mayın 5-də "Jobvision" platforması bir gün ərzində 318 min CV-nin təqdim edildiyini qeydə alıb. Bu, əvvəlki rekord göstəricidən (212 min) 50 faiz çoxdur. Təhlilçilər dövlətin artıq 66 gündür tətbiq etdiyi internet blokadasının problemləri daha da dərinləşdirdiyini deyir. Bu kəsinti İranın rəqəmsal iqtisadiyyatına hər gün 30-80 milyon dollar ziyan vurur, elektron ticarəti, logistikanı və texnologiya sektorunu iflic edir, kiçik sahibkarların fəaliyyətini isə tamamilə dayandırır. Rəqəmsal sahədə fəaliyyət göstərən şirkətləri birləşdirən Kontent İstehsalı və Nəşriyyatı Birliyi İran vətəndaşları üçün təhlükəsiz internet çıxışı tələb edib. Mayın 4-də yayılan ehtiyatlı bəyanatda hökumətin fövqəladə şəraitdə qəbul etdiyi qərarların dəstəkləndiyi bildirilir, lakin bu sahədəki siyasətin özəl sektorun iştirakı ilə hazırlanmasının vacibliyi vurğulanır: "Milyonlarla iranlının rəqəmsal iqtisadiyyata söykənən dolanışığı siyasi maraqların oyuncağına çevrilməməlidir". Bu arada İran rialı da kəskin dəyər itirir. Hazırda açıq bazarda ABŞ dollarının məzənnəsi 1.9 milyon rialdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Enerji eksperti Dalğa Xatınoğlu "Azadlıq" radiosuna bildirib ki, ABŞ-ın dəniz blokadası davam edərsə, İran neft və qaz hasilatını azaltmağa məcbur olacaq, çünki ehtiyat saxlama imkanları tükənir. Onun hesablamasına görə, blokada daha bir ay davam edərsə, İranın neft hasilatı gündə 1.2 milyon barel azalacaq: "Bu, İran üçün çox ağrılı olacaq".

İranlı iqtisadçı Məcid Səlimi Boruceni isə "Cahan-e Sənət" qəzetindəki məqaləsində qeyd edib ki, Hörmüz boğazının bağlanması fonunda neft gəlirlərinin artması müvəqqətidir, müharibədən sonrakı bərpa xərcləri bu qazancları xeyli üstələyəcək. Onun fikrincə, etibarlı gəlir mənbələri olmadığı müddətdə büdcə kəsirinin pul çapı hesabına maliyyələşdirilməsi yeganə çıxış yolu kimi görünür. Bu isə artıq 70 faizi keçmiş inflyasiyanı daha da sürətləndirər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

17.09.2026 / 07:16
Nümayəndələr Palatası mərhum senatorun “cəhənnəm sanksiyaları”nı qəbul etdi - Putin boyun əyəcək?..

17.09.2026 / 07:02
Trampdan Avropa İttifaqına təhdid dolu mesaj - “Kanada ilə tərəfdaşlıq davam edərsə…”

17.09.2026 / 06:17
Hacıyevin Qandzasar ziyarəti Ermənistan parlamentində emosiyaları coşdurdu

16.09.2026 / 23:15
ABŞ və Avropada sui-qəsdlər və terror aktları planlaşdıran Rusiya agentləri ifşa edildi – ŞOK DETALLR…

16.09.2026 / 22:47
Trampın oğlunun toy xərclərini Putinin dostu, rus oliqarx ödədi – ABŞ qarışdı… Demokratlar hərəkətə keçdi...

16.09.2026 / 22:23
Trampın Zelenskiyə məsləhətinin arxasında 2 niyyət var - Putinə dəstək və...

16.09.2026 / 22:06
Ermənilər də Şərqi Zəngəzur terminini qəbul etmir, Altay Göyüşov da...

16.09.2026 / 21:48
Səudiyyə Ərəbistanının neft bazarı tam iflasda...

16.09.2026 / 21:33
Qafqaz, türk və islam dünyaları Azərbaycanın sayəsində birləşir...

16.09.2026 / 21:17
Həmin Avropadır ki, müharibədən 4 ay sonra Azərbaycanı cəzalandırmaq istəyirdi...

16.09.2026 / 21:01
Rusiya ilə sanksiyalardan gizli iş görən ölkələr də cəzalanacaq - Konqres qəbul etdi...

16.09.2026 / 20:55
Birinci kurs tələbələrini hədələyən şəxs ADMİU-dan qovuldu

16.09.2026 / 20:53
Avrokomissiya sədri anti-Rusiya sanksiyalarına yenidən baxmağı təklif etdi

16.09.2026 / 20:46
Dünya islam həmrəyliyi naminə praktik addımlar atan Azərbaycan kimi 2-ci ölkə yoxdur...

16.09.2026 / 20:38
Səudiyyə husilərə “Məkkə xəbərdarlığı” etdi, iddiaları rədd edildi

16.09.2026 / 20:32
Avropa təsisatları ilə heç vaxt bitməyəcək “müharibəyə” hazır olmalıyıq...

16.09.2026 / 20:14
“Türk dünyası, Qafqaz və İslam birliyi” - İlham Əliyev böyük gələcəyin əsas şərtini göstərdi...

16.09.2026 / 20:01
Paşinyan “Artsax” deyən deputatın ağzından vurdu - “Sizin qeyd etdiyiniz struktur mövcud ola bilməz”…

16.09.2026 / 19:47
Azərbaycan Türk və İslam həmrəyliyinin nümunəvi modelinə çevrilir

16.09.2026 / 19:33
"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var" - Hikmət Hacıyev

16.09.2026 / 19:28
Ukraynanın səssiz əks-hücumu və Liman cəbhəsində Rusiya ordusunun ağır məğlubiyyəti...

16.09.2026 / 19:11
Avropa İttifaqı Gürcüstanı köləyə çevirməyə çalışır, tərəflər barışmaz düşmənə çevrilir...

16.09.2026 / 18:50
Avroparlamentin rüşvət yuvasına çevrilməsinin sübutları tarix boyu yaşayacaq...

16.09.2026 / 18:34
“Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib” - Əhliman Əmiraslanov

16.09.2026 / 18:15
Rusiya 102-ci bazanı Ermənistandan çıxarmır, ermənilər isə bazaya ehtiyac olmadığını deyir...

16.09.2026 / 18:01
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay aldı...

16.09.2026 / 17:33
ABŞ-ın orbitdəki kosmik silahları Rusiya və Çin üçün təhlükəyə çevrildi...

16.09.2026 / 17:18
2008-dən sonrakı 18 il - Azərbaycan dünyanın dialoq və humanitar əməkdaşlıq məkanına necə çevrildi...

16.09.2026 / 16:53
Tramp Husilərin basqısı altında Səudiyyənin müdafiəsindən imtina etdi... Niyə?

16.09.2026 / 16:44
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

16.09.2026 / 16:38
İslam dininə qarşı elan olunmamış müharibə - İlham Əliyev qorxunc, lakin real təhlükəni təsdiqlədi...

16.09.2026 / 16:25
Paris Azərbaycandakı vətəndaşlarının azadlığı qarşılığında Usmanov üzərindən sanksiyaların götürülməsini istəyir

16.09.2026 / 16:21
Şahin Mustafayev Stolüstü Tennis Federasiyasına prezident seçildi

16.09.2026 / 16:12
Sosial şəbəkədə ADMİU tələbələrini hədələyən şəxslər polisə çağırıldı

16.09.2026 / 16:07
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi

16.09.2026 / 16:04
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edildi

16.09.2026 / 15:56
Vüqar Rəhimzadə: Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır

16.09.2026 / 15:50
İlham Əliyevin bu sözlərində Ermənistanı qane etməyən nə var ki... Sülh Xocalını unutmaq deyil...

16.09.2026 / 15:40
Üç bölgə Brutaniyadan ayrılmaq qərarı verdi - başqasının ərazi bütövlüyünə qəsdin cavabı belə olur...

16.09.2026 / 15:36
Xudavəng monastırı: Alban irsinin saxtalaşdırılması və mədəni soyğunçuluq reallığı...

16.09.2026 / 15:23
ABŞ iki Belarus şirkətinə sanksiyaları ləğv etdi, qarşılığında Minsk 25 məhbusu azadlığa buraxdı…

16.09.2026 / 15:10
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb edəcək…

16.09.2026 / 14:43
2027-ci ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi

16.09.2026 / 14:35
Prezidentin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - VİDEO

16.09.2026 / 14:15
Ermənilər Xudavəng monastrında Həsən Cəlal irsini son anda məhv etdilər...

16.09.2026 / 13:50
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP-lə bağlı qərarını açıqladı - konstitusiyaya uyğundur…

16.09.2026 / 13:37
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16.09.2026 / 13:25
Rusiya Ukraynanın qərbini bombaladı – Polşa qırıcıları havaya qaldırdı, aeroportları bağladı…

16.09.2026 / 13:11
Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi - keçmişin səhvlərini təkrarlamayın...

16.09.2026 / 12:54
Türk dövlətlərinin ortaq inkişaf bankı yaradılır... DETALLAR açıqlandı...

16.09.2026 / 12:41
Avropanın sanksiya qoyduğu rus oliqarx Usmanovun Bakıda həbsdə olan casus fransızlarla nə əlaqəsi?.. Ərdoğan da işin içindədir...

16.09.2026 / 12:23
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16.09.2026 / 12:15
“Qobustan” Günəş Elektrik Stansiyasının açılışı oldu - FOTO

16.09.2026 / 12:09
Küləyin səsi...

16.09.2026 / 12:03
Azərbaycan Türk dünyası və İslam aləmində həmrəylik və birləşdirici gücə çevrilib

16.09.2026 / 11:47
İran Qeşm adası üzərində ABŞ PUA-sını vurdu - Amerika 52-ci MQ-9 dronunu itirdi…

16.09.2026 / 11:35
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edildi

16.09.2026 / 11:33
Prezident Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanladı

16.09.2026 / 11:26
"İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb" - QMİ sədri

16.09.2026 / 11:12
ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı ilk addım atıldı…

16.09.2026 / 10:53
ABŞ-dan İsrailə nəhəng silah paketi – 40 min bomba, 20 min döyüş başlığı…

16.09.2026 / 10:19
ABŞ Belarusun dondurulmuş aktivlərini geri qaytarır - xüsusi nümayəndə Lukaşenkonu haqlı saydı…

16.09.2026 / 09:56
Bakıda TDT aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir

16.09.2026 / 09:41
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

16.09.2026 / 09:15
Tramp prezident olduqdan sonra 2,7 milyard dollar artıb...

16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ