Orta əsrlərə aid Ani körpüsünün Ermənistanla birlikdə bərpasına Türkiyənin də imza atması tarixilik, emlik və siyasilik baxımından səhv və ziyanlıdır. Şərqi Anadoluda Arpaçay üzərində 11-ci, 12-ci əsrlərdə Səlcuklar dövründə salınmış körpünün Ermənistana nə dəxli var?!... Bu coğrafiyada erməni dövləti adında dövlət olub? Olmayıb... Onun guya Ani adında paytaxtının olduğu fikirləri tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Ani orta əsrlərə aid sadəcə bir səlcuklu qalasıdır.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Ermənistan bu gün Ani körpüsünün bərpası layihəsinə Türkiyə ilə birgə imza atmaqla dünya ictimaiyyətinə, alimlərə və rəsmi dairələrə mesaj vermək istədi ki, "bu coğrafiyada erməni dövləti və onun Ani adında paytaxtı olub"...
Çox pis və heyf ki, Türkiyə əslində erməni tələsi olan bu oyuna getdi...
Məgər Türkiyənin Ani körpüsünü təklikdə bərpa etmək gücü yox idi? Ermənistanı bura soxmağın mənası nə idi? Həm də bunu İrəvandakı 2 Avropa sammiti ilə eyni vaxtda etmək....
Azərbaycanla saziş imzalanmadan Türkiyə-Ermənistan sərhədi açılsa, daha buna təəccüb etmərik...”
Tahir TAĞIYEV