şənbə günü, 17 oktyabr 2026
     

Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

Image


Məlumat verildiyi kimi, prezident İlham Əliyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib. Görüşdə Kallas Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu vurğulayıb. Azərbaycan prezidenti isə Aİ ilə enerji, nəqliyyat bağlantıları, təhlükəsizlik və ticarət sahələrindəki əməkdaşlığın inkişaf perspektivlərini qeyd edib.

Söhbət zamanı tərəflər rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji sahələrində tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, Aİ-nin Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib. Bundan öncə isə xarici işlər naziri Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanla Aİ arasında dialoq mexanizmlərinin canlandırılması, yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və "Tərəfdaşlıq Prioritetləri" sənədi ətrafında aparılan müzakirələrin əhəmiyyəti xüsusi vurğulanıb: "Tərəflər həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, eləcə də "yaşıl enerji" və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və etibarlı tərəfdaş rolu yüksək qiymətləndirilib". Kallas Azərbaycanın Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşı olduğunu bildirərək, Bakıda olmaqdan məmnunluğunu ifadə edib: "Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur. Biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlıq formatını müzakirə etməyə hazırıq. Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır".

Qeyd edək ki, Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama həmçinin Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxildir. Ukrayna, Moldova və Gürcüstanla artıq assosiasiya sazişləri imzalanıb və onlara namizəd statusu verilib. Lakin Gürcüstanda qəbul edilən "xarici agentlər" və cinsi azlıqlarla bağlı mübahisəli qanunlar, habelə 2024-cü il parlament seçkilərindən sonrakı gərginlik səbəbindən Tiflisin Aİ-yə inteqrasiya danışıqları dayandırılıb. Belarus isə lap əvvəldən proqramda iştirakını dayandırdığını elan edib.

Ermənistanla illər öncə hərtərəfli tərəfdaşlıq sazişi imzalansa da, Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildə başlayan danışıqlar hələ də yekunlaşmayıb. Onu da qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və zəngin təbii resursları onu Aİ üçün etibarlı və uzunmüddətli tərəfdaş edir. İlk növbədə, Azərbaycanın enerji resursları Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Avropanın enerji təhlükəsizliyi məsələsi son illərdə daha da aktuallaşıb və bu baxımdan Azərbaycan alternativ enerji mənbəyi kimi ön plana çıxır. Xüsusilə Xəzər dənizi hövzəsində yerləşən zəngin neft və qaz yataqları Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu çərçivədə Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Aİ ilə əməkdaşlığının əsas sütunlarından biridir. Bu layihə vasitəsilə Azərbaycan qazı birbaşa Avropa bazarlarına çatdırılır və bu, Aİ-nin enerji asılılığını azaltmağa kömək edir. Digər tərəfdən, Azərbaycan Aİ üçün mühüm tranzit ölkə kimi də çıxış edir. Ölkə Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrdə fəal iştirak edir. Bu dəhlizlər Asiya ilə Avropa arasında ticarətin sürətlənməsinə və logistikanın daha effektiv qurulmasına şərait yaradır. Azərbaycanın bu sahədə oynadığı rol Aİ-nin regional ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verir. Bundan əlavə, Azərbaycan Aİ ilə siyasi və diplomatik sahədə də əməkdaşlığı gücləndirir. Tərəflər arasında imzalanmış müxtəlif sazişlər və tərəfdaşlıq proqramları münasibətlərin inkişafına təkan verir. Azərbaycan regional sabitliyin qorunmasında mühüm rol oynayan ölkələrdən biridir və bu baxımdan Aİ üçün etibarlı tərəfdaş kimi qiymətləndirilir. İqtisadi əməkdaşlıq da tərəflər arasında münasibətlərin vacib istiqamətlərindən biridir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkəyə yönələn xarici investisiyaların əhəmiyyətli hissəsi məhz Avropa ölkələrindən gəlir. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, texnologiya transferinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir. Eyni zamanda, Azərbaycan Aİ ilə bərpa olunan enerji sahəsində də əməkdaşlığı genişləndirməyə çalışır. Günəş və külək enerjisi potensialı yüksək olan ölkə bu sahədə Avropa təcrübəsindən faydalanaraq enerji sektorunu daha dayanıqlı hala gətirməyi hədəfləyir. Bu isə Aİ-nin yaşıl enerji siyasəti ilə uyğunluq təşkil edir və tərəfdaşlığın yeni istiqamətlərini formalaşdırır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ