şənbə günü, 26 sentyabr 2026
     

Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

Image


Sədrəddin Soltan: "Xomeyninin hakimiyyətə gəlməsində əsas dəstəkçi ABŞ ilə Böyük Britaniya olub"

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İran inqilabının lideri Ayətullah Xomeyninin Türkiyədəki iqamətgahı ilə bağlı 1964-cü il tarixli məxfi sənədi ictimaiyyətlə paylaşıb. Sənəd MİT-in rəsmi saytının "Xüsusi kolleksiya" bölməsinə əlavə edilib.

MİT-in o dövrkü sədri Ziya Selışık tərəfindən imzalanmış sənəd İstanbul Mərkəzi İdarəsinə göndərilmiş əmrdən ibarətdir. Sənəddə bildirilir ki, Xomeyni 4 noyabr 1964-cü ildə Türkiyəyə gətirilmiş və Bursada yerləşdirilmişdir. Onun işləri MİT-in nəzarəti altında aparılmış, yazışmalarda isə "Belli" təxəllüsündən istifadə edilmişdir. Xomeyni 5 oktyabr 1965-ci ilədək Türkiyədə qalmışdır.

Demək olarmı ki, İranda Xomeyninin hakimiyyətə gəlişində və dini rejimin qurulmasında Türkiyə də iştirakçı olub?

Türkiyənin Xomeynini 1964-1965-ci illərdə öz ərazisində saxlaması bir həqiqətdir. Lakin bu, Türkiyənin İran inqilabını planlaşdırdığı və ya dəstəklədiyini sübut etmir. O dövrdə Türkiyə NATO üzvü, Qərb tərəfdarı bir dövlət idi. Xomeyninin Türkiyəyə göndərilməsi isə əslində İranın, daha dəqiq desək, şah rejiminin qərarı idi. Şah Məhəmməd Rza Pəhləvi Xomeynini öldürtmək istəmirdi, amma ölkədə də saxlamaq mümkün deyildi. Türkiyə bu məsələdə bir növ "təhlükəsiz sürgün məntəqəsi" funksiyasını yerinə yetirdi.

Türkiyənin Xomeyniyə "nəzarət" etməsi isə onu dəstəkləməkdən çox, izləmək mənasını daşıyır. Kəşfiyyat təşkilatları öz ərazisindəki xarici şəxslərə, xüsusilə siyasi cəhətdən həssas olanlara nəzarət edir. Bu, standart kəşfiyyat praktikasıdır.

1979-cu il İran inqilabına gəldikdə isə, Xomeyni 1965-ci ildən sonra Nəcəfdə, ardınca Parisdə sürgündə yaşadı. İnqilab hərəkatı əsasən İranın daxilindən qidalandı. Türkiyənin bu prosesdə birbaşa və ya dolayı iştirakına dair ciddi tarixi sübut yoxdur.

Beləliklə, Türkiyənin Xomeyninin hakimiyyətə gəlişinə şüurlu töhfə verdiyi iddiası faktlara deyil, məntiqi ehtimallara dayanan bir nəticədir. Tarixi hadisələri dəyərləndirərkən "iştirak etmək" ilə "şərait yaratmaq" arasındakı fərqi nəzərə almaq lazımdır. Türkiyə şərait yaratdı, lakin bunun nəticəsinə nəzarət edə bilmirdi və çox güman ki, 15 il sonra İranda belə bir inqilabın baş verəcəyini o dövrdə heç kim proqnozlaşdırmırdı.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, Ayətullah Xomeyni Məhəmməd Rza Şahın təqib və təzyiqindən qaçaraq Türkiyəyə sığındı. Orada çox qısa müddət qaldı və sonra İraqa köçdü. Daha sonra isə o, Fransaya mühacirət etdi. Fransadan isə İrana artıq lider kimi döndü. O məntiqlə demək olar ki, Xomeyninin hakimiyyətə gəlməsində İraqın və Fransanın da rolu var. Fikrimcə, bunların hamısı ehtimallardır. Xomeyninin hakimiyyətə gəlməsində, İranda İslam rejiminin qurulmasında əsas dəstəkçi ABŞ ilə Böyük Britaniya olub. Çünki həmin dövrdə dörd siyasi xətt çox güclü idi: Xomeyninin rəhbərlik etdiyi dindarlar, yəni ruhanilər, Məhəmməd Musəddiqdən qalma Milli Cəbhə, Xalq Mücahidləri və Tudə, yəni İran Xalq Partiyası. Bunların içərisində ən güclüsü Xomeyninin xətti idi. O, güclü olduğundan bütün digər qrupları sıradan çıxardı və hakimiyyətə gəldi.

Məhəmməd Rza Şah ölkədən qaçandan sonra ABŞ-ın əsas hədəfi İranda hərbi rejim yaratmaq, sonra onu tədricən mülki rejimlə əvəz etmək idi. Amma Amerika buna müyəssər ola bilmədi, çünki o zaman hərbçilər 1979-cu il fevral inqilabını edən xalqın tərəfinə keçdi və bununla da ABŞ-ın İranda hərbi rejim yaratmaq cəhdi alınmadı. Bu məntiqlə demək olar ki, İranda Xomeyni rejiminin qurulmasında əsas dəstəkçi ABŞ oldu. Ona görə ki, İranda ruhanilərin hakimiyyətə gətirilməsindən başqa yol yox idi. Onlar gəlməsə ya kommunistlər, ya da Milli Cəbhə hakimiyyətə gələcəkdi. Milli Cəbhənin hakimiyyətdən getməsi üçün vaxtilə Amerika Məhəmməd Rza Şaha yardım etmişdi, bu səbəbdən onun hakimiyyətə gəlməsi məqbul sayılmırdı. Şərait üçün ən uyğun qüvvə Xomeyninin rəhbərlik etdiyi siyasi qüvvələr sayılırdı, ona görə də məhz onun hakimiyyətə gəlməsinə yardım edildi.

Sonrakı dövrdə Xomeyni ilə ABŞ arasında münasibətlərin pozulmasının əsas səbəblərindən biri Məhəmməd Rza Şah Pəhləvinin İrana ekstradisiya edilməməsi oldu. ABŞ onun İrana ekstradisiya edilməsinə şərait yaratmadı, ondan sonra İranda anti-Amerika şüarları başlandı və münasibətlər korlandı.

Eyni zamanda Xomeyni və tərəfdarlarının əsas hədəflərindən biri İranı ABŞ müstəmləkəsindən xilas etmək idi. Bu böyük bir tarixi əhatə edir. Nəticə etibarilə məsələnin “bu prosesdə Türkiyənin də iştirakı olub” tərəfinə gəldikdə, Türkiyədə ötən əsrin 60-cı illərindəki vəziyyətə nəzər salanda görürük ki, o dövrdə ölkədə türk-islam xəttinin zəiflədilməsi istiqamətində proses gedirdi. Adnan Menderesin edam edilməsi, parlament üzvlərinin öldürülməsi və s. bütün bu hadisələrdən sonra Türkiyədə hərbi rejim quruldu. Həmin dövrdə Türkiyəni Amerikanın nəzarəti altında olan, Qərb yönlü hakimiyyət idarə edirdi. Bunların İranda radikal İslam tərəfdarı olan Xomeynini hakimiyyətə gətirmək, yaxud da orada iştirak etmək imkanları məhdud idi. Ölkədəki türk-islamçı kəsim təqib və təzyiq altında idi. Odur ki, Türkiyənin İranda İslam Respublikasının qurulmasına yardım imkanları çox məhdud idi.

1979-cu il İslam inqilabı ərəfəsində də Türkiyədə hərbi çevriliş baş verdi. General Kənan Evrenin başçılığı ilə çevriliş oldu. Onlar da yenidən İranda İslam Respublikasının inkişafına inanmırdı.

Onu da qeyd etmək lazımdır ki, Məhəmməd Rza Şahın vaxtında da, Xomeyninin hakimiyyəti dövründə də İraqdakı kürd silahlı qruplaşmaları Türkiyəyə təzyiq vasitəsi kimi daima istifadə olunub. Odur ki, Türkiyənin İranda Xomeyninin qurduğu İslam Respublikası kimi məsələlərdə iştirak etməsi o qədər də ağlabatan sayılmır. Çünki onlar bir-biri ilə əks-qütblü rejimlər idi. Türkiyədəki hakimiyyət hərbçi rejim, Amerika yönümlü, İslam Respublikası isə hələ yolunu tam müəyyənləşdirməyən - üçüncü yol axtaran bir rejim idi. Hesab etmirəm ki, Türkiyənin İranda Xomeyninin hakimiyyətə gəlməsində hər hansı bir rolu olub.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ