İranla atəşkəs danışıqları fonunda yeni bir müharibənin siqnalını verən Tramp, müharibənin daha 3 həftə davam edə biləcəyini deyib. ABŞ Tehrana məxsus 8 kiçik sürət gəmisini məhv edib" dedi.
Tramp ABŞ-ın İranla davam edən müharibədə qalib gəldiyini də iddia edib: "Biz müəyyən mənada qalib gəlirik. Ya düzgün razılaşma əldə edərik, ya da çox asanlıqla qalib gələrik. Hərbi baxımdan artıq qalib gəlmişik. Bunu milyon dəfə dediyimi eşitmisiniz, başqaları da deyir".
İran gəmilərini batırdıqlarını vurğulayan ABŞ prezidenti, bu gün onların səkkiz kiçik qayığını vurduqlarını iddia edib: "Onların 159 gəmisi var idi, İndi yoxdur. Hamısı dənizin dibindədir. İndi isə kiçik, sürətli qayıqlar qalıb. Və bu gün onlardan səkkizini məhv etdik".
Tramp iki ölkə arasında atəşkəsin hələ də qüvvədə olub-olmadığı ilə bağlı suala cavab verməkdən isə yayınıb: "Əgər bu suala cavab versəm, deyəcəksiniz ki, “Bu adam ABŞ-ı idarə edəcək qədər ağıllı deyil".
Tahir TAĞIYEV