ABŞ prezidenti Donald Tramp İranla danışıqlar prosesini davam etdirmək məqsədi ilə Hörmüz boğazından gəmilərin müşayiət olunmasına yönəlmiş ABŞ missiyası – “Azadlıq Layihəsi” əməliyyatının müvəqqəti olaraq dayandırıldığını elan edib.
Tramp bununla bağlı “Truth Social” platformasında paylaşım edərək bildirib ki, qərar Pakistanın və digər ölkələrin müraciətləri fonunda qəbul olunub.
ABŞ prezidenti qeyd edib ki, İranla aparılan müharibə zamanı əldə edilən “böyük hərbi uğur” və Tehran nümayəndələri ilə “tam və yekun razılaşma istiqamətində ciddi irəliləyişin” əldə olunması bu addımın əsas səbəblərindən biridir.
Trampın sözlərinə görə, blokada tam qüvvədə qaldığı halda razılaşmanın yekunlaşdırılıb imzalanacağına əmin olmaq üçün tərəflər “Azadlıq Layihəsi”nin qısa müddətə dayandırılması barədə qarşılıqlı razılığa gəliblər.
İRADƏ