Cümə axşamı günü, 30 iyul 2026
     

Avropa təsisatları Azərbaycana fərqli prinsiplərlə baxır - səbəbsiz deyil...

Image


Arzuxan Əlizadə: “Ermənidən çox ermənilik edən bu Avropa qurumları faktiki olaraq bölgədə yeni münaqişə ocaqları yaratma istəyir”

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesində Avropa Komissiyası xaric heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir:

“Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Avropa İttifaqının bir sıra təsisatları Azərbaycana münasibətdə riyakar mövqedən çıxış edirlər: “Azərbaycan əraziləri 30 il ərzində işğal altında idi. Bu işğal dövründə təəssüflər olsun ki, Avropa institutları, istər Avropa Şurası Parlament Assambleyası, istər Avropa Parlamenti, istərsə də digər qurumlar ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində ciddi addımlar atmayıblar. Heç buna təşəbbüs də göstərməyiblər. 2001-ci ildə Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv qəbul olunublar. Lakin ötən dövr ərzində Avropa Şurası Parlament Assambleyasının bir üzvü AŞPA-nın digər üzvünün ərazilərini işğal altında saxlayıb. Bu fakt qarşısında isə effektiv reaksiya verilməyib və Ermənistana qarşı hər hansı sanksiya tətbiq olunmayıb. Ancaq Azərbaycan 2023-cü ildə öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edir. Faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini təmin edir, BMT qətnamələrini icra edir. Buna baxmayaraq, bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənir. İşğalçı tərəfə heç bir söz deməyən AŞPA işğala məruz qalan, öz hüquqlarını, ərazi bütövlüyü və suverenliyini və beynəlxalq hüququ bərpa edən tərəfə qərəzli yanaşır. Aydın məsələdir ki, Azərbaycan buna heç bir halda biganə qala bilməzdi. Məhz bu səbəbdən, həmin dövrdən etibarən Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dondurdu. Bu addım Azərbaycana qarşı qərəzli mövqe aradan qalxanadək qüvvədə saxlanıldı. Təəssüflər olsun ki, ikili standartlar siyasəti ilə üz-üzəyik. Sülh və sabitliyə dəstək vermək əvəzinə, ermənidən çox ermənilik edən bu Avropa qurumları faktiki olaraq bölgədə yeni münaqişə ocaqları yaratmağa istiqamətlənmiş addımlar atırlar. Sülhə və sabitliyə mane ola biləcək mövqe sərgiləyirlər ki, bu da qəbuledilməzdir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

29.07.2026 / 15:41
İsrail Türkiyəni hədələdi - “imkan vermərik Ərdoğan Suriyanı bizə qarşı gücləndirsin”...

29.07.2026 / 14:41
Balakəndə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlandı...

29.07.2026 / 14:28
Ağdamdakı yanğın təhlükəli şəkildə genişlənir - minalanmış ərazilərdə partlayışlar baş verir...

29.07.2026 / 14:12
Finlandiya Rusiyanın xarici internet trafikini dayandırır...

29.07.2026 / 13:58
Konqresmenlər futbol çempionatı ilə bağlı Trampa ittihamlar irəli sürdülər... Bilet və icarə maxinasiyaları...

29.07.2026 / 13:31
Səudiyyə və ABŞ-ın İraqa hücumun nəticəsində ölənlərin sayı 20-yə çatdı...

29.07.2026 / 13:17
ABŞ-ın tələbi olmadan İsrail İrana hücum etməyəcək - Netanyahu Trampa söz verdi...

29.07.2026 / 13:00
Futbol dünyası ŞOKda... FİFA prezidentinə milyardlarla dollarlıq gizli təklif - Tramp ailəsi Dünya Kubokunu ələ keçirir...

29.07.2026 / 12:25
İran Omanın Hörmüzlə bağlı təklifini rədd etdi – bizim təklifi dəstəkləməsələr...

29.07.2026 / 12:10
Ukrayna Rusiyanın neft sənayesini çökdürür - bir ayda bombalanan 6 böyük neft zavodu işini dayandırdı...

29.07.2026 / 11:57
Ukrayna dayanmır – “Wildberries”in Ryazandakı anbarı da vuruldu...

29.07.2026 / 11:40
FSB-dən “Telegram”ın qurucusuna ağır ittiham – Durovla bağlı ŞOK QƏRAR verildi...

29.07.2026 / 11:27
Putinin Trampa verdiyi qələbə vədləri uğursuz oldu – Ukraynanın müqaviməti hər şeyi dəyişdi...

29.07.2026 / 11:10
Universitetlərə ixtisas seçimi avqustun 10-dan sonra başlayacaq...

29.07.2026 / 11:02
Bir gündə baş verən 42 cinayətin üstü açıldı...

29.07.2026 / 10:46
Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

29.07.2026 / 10:32
DİM 11 saxta beynəlxalq dil sertifikatı aşkarlayıb

29.07.2026 / 10:10
Salyanda keçmiş kürəkənini güllələyən şəxs saxlandı

29.07.2026 / 09:36
Husilər "Saudi Aramco"-nu da vurdu - zavod işini dayandırdı

29.07.2026 / 09:12
SEPAH Hörmüz boğazından keçməyə cəhd edən üç tankeri saxladı...

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ-a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 23:30
BRTK Nümayəndə Heyəti Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Feyziyevlə görüşdü

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ