Bu gün günorta saatlarında İrəvanda atışma hadisəsi baş verib.
News .am saytının xəbərinə görə, nəticədə bir nəfər ölüb.
Cinayət-axtarış şöbəsi və polis gələnə kimi güllə yarası alan şəxs xəstəxanaya aparılsa da, onun özünə gəlmədən öldüyü müəyyən edilib.
Şenqavit İstintaq İdarəsi qətl maddəsi ilə cinayət işi açıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır, mərhumun və vuran şəxsin kimliyi araşdırılır.