Körfəzdəki münaqişələr səbəbindən OPEC-in gündəlik xam neft istehsalı 2026-cı ilin aprel ayında 20,55 milyon barelə düşərək, 1990-cı ildən bəri ən aşağı səviyyəyə çaıb.
“Bloomberg”in sorğusuna görə, təşkilatın istehsalında bu kəskin azalma Yaxın Şərqdəki münaqişələrin yaratdığı təchizat fasilələri ilə əlaqələndirilir.
OPEC-in aylıq neft bazarı hesabatına görə, ötən ay istehsalda ən böyük azalma İraq və Səudiyyə Ərəbistanında baş verib. İraqda gündəlik istehsal 2.563.000 barel azalaraq 1.625.000 barelə, Səudiyyə Ərəbistanında isə 2.314.000 barel azalaraq 7.799.000 barelə düşüb.
Körfəz ölkələri arasında ən çox azalma Küveytdə baş verib. Ölkənin neft istehsalı gündə 470.000 barel azalaraq 800.000 barelə düşüb. Bu rəqəm Yaxın Şərq münaqişələrindən əvvəl istehsal olunan miqdarın üçdə birindən azını təşkil edir. Diqqət çəkən digər bir məqam isə, Küveytin neft ixracatı təkcə aprel ayında 22.000 barel azalıb və ölkə 1991-ci il Körfəz müharibəsindən bəri ilk dəfə "sıfır" barel xam neft ixrac edib.
“Bloomberg” sorğusu Birləşmiş Ərəb Əmirliklərinin 1 mayda OPEC və OPEC+-dan çıxmaq qərarından əvvəl aparılıb. BƏƏ, Səudiyyə Ərəbistanı və İraqdan sonra OPEC daxilində üçüncü ən böyük istehsalçı idi. BƏƏ-nin enerji naziri Süheyl əl-Məzrui, Hörmüz boğazının bağlanması kimi amillərin də çıxmaq qərarına təsir etdiyini bildirib.
Tahir TAĞIYEV