İsrail müdafiə naziri Yisrael Katz, İsrailin atəşkəsdən bəri Livanın paytaxtı Beyrutu ilk dəfə hədəfə aldıqlarını açıqlayıb.
X sosial media platformasında paylaşım edən Katz, hücumun onun və Baş nazir Benyamin Netanyahunun əmri ilə həyata keçirildiyini bildirib.
Bunun atəşkəsdən bəri Beyruta ilk hücum olduğunu deyən Katz, “Hizbullah”ın Radvan Qüvvələrinin komandirini hədəf aldığını iddia edib.
İsrail mediası isə, “Hizbullah”ın Livandakı Radvan Qüvvələrinin komandiri Malik Balutun İsrailin Beyruta hücumunda öldürüldüyünü iddia edib..
Tahir TAĞIYEV