Cümə günü, 09 oktyabr 2026
     

Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

Image


“Zəngəzur dəhlizinin alternativi yaradılır. Rusiya, İran və Gürcüstan Zəngəzur dəhlizinə qarşı yeni plana başlayıblar”. Politoloq Aydın Quliyev Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin alternativi Gürcüstan üzərindən yaradılır: “Paralel olaraq İran Araz dəhlizini sürətləndirir. Hədəf Ermənistandan Naxçıvana keçən dəhlizin gecikdirlməsi və açılmamasıdır”.

Bəs bu plan nə vaxtdan işə başlanıb?

Suala cavab olaraq A.Quliyev bildirib ki, belə alternativ planların konkret başlanma vaxtı olmur. Onun sözlərinə görə, bu, regional geosiyasətlə bağlıdır: “Proseslərin gedişi özü həmin planın əlamətlərini zaman-zaman ortaya çıxarır. Rusiya və İranın Zəngəzur dəhlizinə dərin qısqanclığı əvvəlcədən bəlli idi. İran dəhlizə Ermənistanla sərhəd rejimini dəyişdirə biləcək bir təhlükə kimi baxır. Rusiya bu dəhlizi özünün bölgədəki geosiyasi rolunu zəiflədən amil kimi görür. Son bir ildə Bakı ilə Yeravan daha dərin sülh içinə keçdilər və bu, Gürcüstanı da Zəngəzur dəhlizinə qısqanc etdi. Bir vaxtlar Gürcüstan Zəngəzurun açılmasına real baxmırdı, onu ciddi qəbul etmirdi. Düşünürdü ki, bu dəhliz açılmayacaq və Bakı da, Yerəvan da Gürcüstana əsas tranzit məntəqə kimi baxacaqlar, ona ehtiyac duyacaqlar. Lakin zaman bir çox şeyləri dəyişdi. Zəngəzur dəhlizinin reallaşma imkanları artdıqca, Gürcüstanın paxıllığı qaynamağa başladı.

Hazırkı gürcü hakimiyyəti Rusiyaya daha çox meyllidir və o, Rusiya üçün sərfəlidir. Rusiya hesab edir ki, Gürcüstan bölgədə əsas tranzit məntəqə kimi qalsa daha yaxşı olar. Çünki bu halda Tiflisin mövqeyi ilə Bakıya da, Yerevana da təsir göstərmək olar. Gürcüstan fərqindədir ki, Zəngəzur dəhlizi açılsa, onun üzərindən keçən Çin, Mərkəzi Asiya yüklərinin miqyası azalacaq, Azərbaycanın da, Ermənistanın da ona ehtiyacı zəifləyəcək”.

A.Quliyev qeyd edib ki, Zəngəzur dəhlizinə Trampın qoşulması İranın, Rusiyanın və Gürcüstanın planlarını xeyli dərəcədə aşkara çıxardı: “Böyük ehtimalla demək olar ki, Zəngəzur dəhlizinə qarşı İranın, Gürcüstanın və Rusiyanın üçlükdə aletrnativ planı 2025-ci ilin 8 avqustunda Vaşinqtonda sənəd imzalanması ilə aşkara çıxdı. Nə İran, nə Rusiya, nə də indiki Gürcüstan iqtidarı Zəngəzur dəhlizinin Amerika himayəsi ilə açılmasını qətiyyən istəmirlər.

Zəngəzura alternativ dəhliz planının iki bir-biri ilə əlaqəli variantı var:

1. Çindən Avropaya Orta dəhlizin Gürcüstan üzərindən keçən marşrutu.Yəni Mərkəzi Asiyadan Azərbaycana və Gürcüstan vasitəsilə qismən Türkiyə və Avropaya gedən marşrut.

2. Azərbaycanın şimal-qərbindən İran ərazisi ilə Naxçıvana doğru Araz dəhlizi. Bu marşrut Gürcüstanı tam təmin etməsə də, İranı daim Zəngəzur dəhlizinə əks mövqedə saxlamaq üçün onu dəstəkləməyə məcbur olur.

Hər iki variantın açılacağı təqdirdə Rusiya və İran bir ağızdan "daha Zəngəzur dəhlizinə nə ehtiyac var?!" deyəcəklər”.

“İranın Araz dəhlizini sürətləndirməsi dedikdə nəyi nəzərdə tutursunuz?” sualına politoloq belə cavab verib: “Alternativ dəhlizin sürətlənməsi dedikdə Gürcüstanın öz daxilində yol-logistika infrastrukturlarına son aylarda böyük sərmayələr yatırması nəzərdə tutulur. 30 ildir Gürcüstan bunu etmirdi, onun ərazisindən əksər avto və dəmiryollarına sərmayəni başqa ölkələrin yatırmasını istəyirdi. Məsələn, Bakı-Tiflis-Qars. Onun xərcini Azərbaycan çəkib. İndi Gürcüstan heç kimi gözləmədən özü bütün yollarının yenidən işlənməsinə 100 milyonlarla vəsait ayırır. Niyə, maraqlı deyil?

İran isə Araz dəhlizində avtomobil yolu keçidini sürətləndirir. İranın ABŞ-yə dirəniş göstərməsi Gürcüstanı xeyli ürəkləndirib ki, İran Zəngəzur dəhlizinin açılmasına daha güclü müqavimət göstərəcək. İranın Zəngəzura müqaviməti artdıqca Gürcüstan öz üzərindən alternativ dəhliz kimi istifadə olunmasına daha çox fikir verir”.

Alternativ dəhliz nə zaman yekunlaşa bilər?

Saytın bu sualına cavab olaraq A.Quliyev bildirib ki, alternativ dəhlizin açılması hansısa zamana bağlı deyil, bəzi geosiyasi hadisələrə bağlıdır: “Fikrimcə, İran-ABŞ müharibəsi davam etdikcə, Zəngəzur dəhlizinin Tramp resepti ilə açılması çətin baş tutar. İran Zəngəzur dəhlizi açılana qədər Araz dəhlizinin avtoyolunu açmağa çalışacaq və ardınca Araz dəhlizində Naxçıvana dəmiryolunun çəkilişini də sürətləndirəcək. Zəngəzur dəhlizi gecikdikcə, alternativ dəhlizin gerçək imkanları artır”.

Zəngəzur dəhlizinin alternativinin yaradılması planının gerçəkləşməsi nə dərəcədə mümkün görünür?

A.Quliyevin fikrincə, ABŞ-İran müharibə vəziyyətinin davam etməsi və Gürcüstanda indiki hakimiyyətin Rusiya ilə gizli həmrəyliyi Zəngəzurun alternativinin yaranma imkanını xeyli gücləndirir: “Daha doğrusu, bu iki faktor ortada ikən Zəngəzur dəhlizinin açılması mümkünsüzləşir”.

Nailə Qasımova,
Medianews.az



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ