Cümə günü, 09 oktyabr 2026
     

“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

Image


Elşən Manafov: “Yaxın perspektivdə dünyanın geosiyasi mənzərəsini müəyyənləşdirəcək danışıqlar məhz Pekində aparılacaq”

Məlum olduğu kimi, ABŞ-İran danışıqlarında tərəflər anlaşmaya yaxındırlar. Son İran-ABŞ proseslərində Çinin pərdəarxasında çox böyük rol oynadığı deyilir. Tramp bildirib ki, Çinin İranı ötən ay əldə edilən kövrək atəşkəsə razılaşmağa təşviq etməsində rol oynadığına inanır.

Çinin pərdəarxası səyləri ilə tanış olan üç diplomat da təsdiqləyib ki, İranın ən böyük neft alıcısı olan Pekin danışıqların iflasa uğraması ərəfəsində Tehranı danışıqlar masasına geri qaytarmaq üçün öz təsirindən istifadə edib.

Çünki çox maraqlı proseslər gedir. Bir tərəfdən ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə bildirib ki, “Epik qəzəb” əməliyyatı başa çatıb və məqsədlərinə çatıblar: “Əlavə bir vəziyyətin baş verməsini dəstəkləmirik. Biz sülh yoluna üstünlük veririk. Prezident Tramp razılaşmaya üstünlük verir”.

Daha sonra prezident Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiətinə yönəlmiş “Azadlıq layihəsi” missiyasının qısa müddətə dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu qərar İranla mümkün yekun razılaşmanın əldə olunması və imzalanması perspektivini qiymətləndirmək məqsədi daşıyır. Halbuki, bir neçə gün əvvəl Tramp İranı yer üzündən siləcəyi ilə hədələyirdi. Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi Pekində görüş keçirir. Tramp da 15-16 mayda Pekinə səfər etmək istəyir.

Maraqlıdır, nə baş verir? Bütün bu proseslərdə Çin nə kimi rol oynadı?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqama toxundu: “ABŞ-ın İsrailin təhriki ilə İrana qarşı başladığı hərbi əməliyyatların pərdəarxası səbəblərindən biri və bəlkə də ən başlıcası iqtisadi inkişaf tempinə görə Birləşmiş Ştatları geridə qoyan və yaxın perspektivdə dünyanın iqtisadi gücünə görə bir nömrəli dövləti ola biləcək Çindir. Çinin bu sürətli sıçrayışının qabağını almaq üçün ABŞ İranla müharibəni başlayıb. Çinin enerji təhlükəsizliyində mühüm rol oynayan Tehranda siyasi hakimiyyəti dəyişmək, bu ölkəni enerji kollapsına salmaq fikrində olub. Çin dünyada ən böyük neft idxalatçısı olan dövlət kimi tanınır. İranla müharibəni başlayıb, üstəlik Hörmuz boğazına nəzarəti ələ keçirməklə ABŞ dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə artmasına nail olmaqla Çinin iqtisadi yüksəlişinin qarşısını almaq məqsədi güdüb. Mütəxəssislər hesablayıblar ki, Çin uzun müddət nefti 200 dollara yaxın qiymətlərlə almaq məcburiyyətində qalardısa bu onun iqtisadiyyatının əksər sahələrinə investisiyalar qoymaq imkanlarının qarşısını ala, inkişafı lənğidə bilərdi. Nəticə etibarı ilə Çinin Avropa, Asiya və Afrika bazarlarına nüfuzu, geosiyasi çəkisi azala bilərdi. Məhz elə buna görədir ki, İrana təcavüzün ilk günlərindən Çin Rusiya ilə yanaşı rəsmi Tehranın yanında durub, ona siyasi, maliyyə, hərbi dəstəyini əsirgəməyib”.

Politoloqun fikrincə, ABŞ-la danışıqların həlledici mərhələsində İranın xarici işlər naziri Əraqçinin Çinin baş diplomatı Van Min tərəfindən Pekinə məsləhətləşmələr üçün dəvət olunması faktoru göstərir ki, ABŞ-ın İrana qarşı apardığı müharibədə pərdəarxası proseslərin əsas oyunçusu və nizamlayıcısı məhz rəsmi Pekindir: “Danışıqlarda Çinin İranın suveren dövlət kimi hüquqlarını, o cümlədən onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanıyır. Çin İran probleminin həllinə dair ABŞ-ın baxışlarını bölüşmür. Hərçənd problemin dinc yolla, diplomatik danışıqlar vasitəsilə həllində beynəlxalq birliklə bir yerdə olduğunu bildirir. Çin problemin İranın dövlət maraqları nəzərə alınmaqla həllinin tərəfdarı olduğunu bildirməklə əslində ABŞ-ın bu oyundan qalib kimi çıxmasını əngəlləmək istəyir. Əslində Çin Trampın iki həftədən sonra baş tutacaq səfərində onun Pekinə qalibiyyətlə təşrif buyurmasında da maraqlı deyil. Trampın isə danışıqları uzatmaq və guya ki, İrana qərar qəbul etmək üçün vaxt ayırmasında da əsas məqsəd İrana ABŞ-ın şərtlərini qəbul etdirmək və bununla da Vaşinqtonun hələ də dünya jandarmı rolunda çıxış etməyə gücü və iqtidarının çatdığını Çinə göstərməkdən ibarətdir. Bəllidir ki, ABŞ İrana yaxın 15 il ərzində nüvə çalışmalarını dayandırmaq, zənginləşdirilmiş uranının ona təhvil verilməsi şərtlərini irəli sürüb. Ancaq rəsmi Tehran da bu şərtlərlə razı olmadığından danışıqlar uzanır. Maraqlıdır ki, Trampın Çinə olan səfərindən cəmi bir həftə sonra Rusiya prezidenti Putinin Çinə səfəri gözlənilir. Bu isə ona dəlalət edir ki, yaxın perspektivdə dünyanın geosiyasi mənzərəsini müəyyənləşdirəcək danışıqlar məhz Pekində aparılacaq. İran isə Rusiya və Çinin dəstəyi şəraitində Yaxın və Orta Şərqdə ABŞ-ın geopolitik maraqlarına qarşı çıxış etmək iqtidarında olan regional gücə malik olduğunu bu danışıqlar vasitəsilə təsdiqinə nail olmağa çalışacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ