Bazar günü günü, 08 noyabr 2026
     

İran rejiminin daha dəhşətli Urmiya planları üzə çıxdı

Image


Edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, İran rejimi Urmiyə gölünün qurumasının qarşısının alınması üçün hələ də heç bir əməli addım atmır.

Real vəziyyətin təhlili göstərir ki, əslində, gölün qurudulması ilə İran rejimi daha böyük məqsədə nail olmaq istəyir. Söhbət Cənubi Azərbaycanda türk əhalinin yaşadığı ərazilərdə insanların butradan köçürülməsinə nail olmaqdan gedir. Bura hətta Təbriz də daxildir.

Elə bundan irəli gəlir ki, Cənubi Azərbaycanda Urmiyə gölünə İran rejiminin laqeyd münasibəti daha sərt tənqid hədəfinə çevrilir. Şərqi Azərbaycan vilayətinin Binab şəhərinin millət vəkili hökumətin Urmiyə gölünün canlandırılması ilə bağlı laqeydliyini tənqid edib. Binab şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Baqeri Bənayi İLNA ilə müsahibədə hazırkı hökumətin Urmiyə gölünün bərpası məsələsinə laqeyd olduğunu bəyan edərək, inşa edilməkdə olan neçə bəndin tikintisindən sonra Urmiyə gölünün tamamilə quruyacağını bildirib. Baqeri Bənayi Şərqi Azərbaycan vilayətinin İranın diğər bölgələri kimi su qıtlığı ilə üz-üzə olduğunu vurğulayıb, vilayətin kənd təsərrüfatı və hətta içməli sudan çətinlik çəkdiyini söyləyib. Binabın İran parlamentindəki millət vəkili Urmiyə gölünün hövzəsində tikilən bəndlərin bir çoxunun tədqiqsiz tikilməsindən narazılığını bildirib. O, hazırda gölün hövzəsində tikilməkdə olan bir neçə bəndin olduğunu bildirib və bu bəndlərin inşasından sonrə gölün tamamilə quruyacağını söyləyib. Baqeri Bənayi keçmişdən indiyə kimi araşdırma aparılmadan tikilən bəndləri ölkənin ən böyük problemlərindən biri adlandırıb. Bu millət vəkili bölgədə davam edən tendensiyanı həm ətraf mühit və həm də insanlar üçün yaxın gələcəkdə ciddi təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq verib. Baqeri Bənayi bu böhrandan xilas edilmək üçün gölə ötürülməsi nəzərdə tutulan su miqdarının tamamının verilməsini tələb edib. Xatırladaq ki, İranda illərdir əhali İran Azərbaycanından olan milli fəallar, həmçinin ətraf mühit fəalları Urmiyə gölünün quruması ilə bağlı xəbərdarlıqlar verib və aksiya keçirmək kimi fərqli yollarla dövlətin bu məsələyə ciddi yanaşmasını tələb edib. Tədqiqatçılar və ətraf mühit mütəxəssislərinə görə, Urmiyə gölünün qurumasında ən çox təsiri olan məsələlərdən biri gölün ətrafında tikilən və hələ də inşa edilməkdə olan çox sayıda bəndlər, bu bölgədə ənənəvi əkinçilik və suvarma üsullarından istifadə etməyə davam etmək də su böhranının mühüm amillərindən biridir.

İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiyə gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri baş verənlər fonunda maraqlı məqamlara diqqət çəkir: “Heç bir hökumət Urmiyə gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”. Onun sözlərinə görə, hələ də Urmiya gölünün bərpasına əhəmiyyət verməyən insanlar ola bilər, ancaq bu göl bərpa olunmasa, Təbriz kimi böyük və əhəmiyyətli bir şəhərin boşaldılması risqi var. O bildirib ki, Urmiyə gölünün bərpasına gedən yol çətin olmaqla, texniki problemlərlə üzləşməklə yanaşı, siyasi təzyiqlərin də təsirinə məruz qalmışdı. İ.Kələntəri vurğulayıb ki, Qərbi Azərbaycan əyaləti başçısının bəzi nümayəndələrinin uğursuz fəaliyyəti səbəbindən ən azı bərpa proqramının bəzi bəndləri heç yerinə yetirilməyib. O qeyd edib ki, onlar üçün bu dayaz və duzlu göl təəssüratı bağışlasa da, oradan havaya sovrulan duz tozları Azərbaycan regionunun həyatını təhlükə altına sala bilər: “Urmiyə gölü ətrafında yaşayan heyvanlarda dəri xərçəngi 20 faiz artıb. Belə ki, Urmiyə gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatı məlumat vermişdi ki, Urmiyə gölünün şimal-qərbində yerləşən Salmas bölgəsində heyvanlarda dəri xərçəngi 20 dəfəyə qədər çoxalıb”. Sabiq sədrin qənaətincə, Urmiyə gölü quruyarsa, yay və qış mövsümləri arasında temperatur fərqi 7 dərəcə artacaq: “Bu 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblarda nə kimi dəyişikliklərə səbəb olacağı məlum deyil”. bunlar fonunda qeydb edək ki, ekoloji ekspertlər yaxın illərdə ölkədə susuzluğun vəziyyəti ilə bağlı proqnozlar verib. Bəziləri yaxın 20 il, hətta növbəti 10 il üçün xəbərdarlıq ediblər. Bəzi nüfuzlu araşdırma qurumları, o cümlədən Ümumdünya Resurslar İnstitutu yaxın gələcəkdə 12 Yaxın Şərq ölkəsinda su qıtlığı böhranının yaşanacağını proqnozlaşdırıblar ki, İran bu ölkələrdən biridir. İran Məclis Araşdırmalar Mərkəzi bildirir ki, hazırkı vəziyyət davamı etdiyi təqdirdə, ölkədə adambaşına düşən bərpa olunan şirin su yaxın on ildə min kubmetrdən aşağı düşəcək və gələcəkdə İranın mərkəzi platosundakı su gərginliyi bütün ölkəyə yayılacaq ki, nəticədə müxtəlif vilayətlər arasında su səbəbilə qarşıdurmalar yaşanacaq. Hətta son illərdə su böhranı ölkədə müxtəlif şəkillərdə öz təsirini göstərib. Buna bataqlıqların, göllərin və çayların quruması, toz-torpaq dumanları və havanın çirklənməsi səbəbindən şəhərlərdə normal həyat axının pozulması, xalqın su qıtlığı səbəbindən hökumətə qarşı etiraz aksiyaları keçirməsi, müxtəlif bölgələr arasında su ehtiyatlarının paylanması ilə bağlı qarşıdurmaların yaşanması və elektrik enerjisinin kəsilməsi daxildir. Bu vəziyyətdə Güney Azərbaycanda milli fəallar Urmiyə gölü probleminin İran hakimiyyəti tərəfindən həll olunacağına şübhə ilə yanaşırlar. Bu fonda Güneydə azərbaycanlılar yaşadıqları bölgə üzərində milli suverenlik məsələsini də gündəmə gətirir və hesab edirlər ki, azərbaycanlılar öz regionları üzərində suverenliyə malik olsaydılar, gölün qurumasının qarşısı alına bilərdi.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ