Bazar günü günü, 08 noyabr 2026
     

Güney Azərbaycan etiraz aksiyaları ilə yenidən çalxalanır

Image


Güney Azərbaycanda molla rejiminin siyasətinə qarşı başlanan yeni etiraz aksiyaları İran hakimiyyətinin yenidən ciddi əndişəsinə yol açıb. Xatırladaq ki, budəfəki aksiyalar Güney Azərbaycanda may qiyamının ildönümü fonunda başlanıb. May qiyamı ilə bağlı hadisələr isə 17 il əvvələ təsadüf edir.

Belə ki, 12 may 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinin müvafiq sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd kimi şəhərlərdə qısa müddət sonra kütləvi etirazlar başlayıb. İran hüquq-mühafizə orqanları aksiyaların böyüməsinin qarşısını almaq məqsədilə gücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmaq üçün sərt  tədbirlər görməyə başlayıb. Etirazlar zamanı 30-dan çox soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, həmçinin çoxsaylı aksiya iştirakçısı həbs edilib. “Xordad qiyamı” kimi də tanınan bu hadisələrin indiki ildönümü əvvəlkilərdən fərqlənir. Aksiyaların keçirilməsinə daha mütəşşəkil hazırlıq işləri görülüb.  Belə ki, Güney Azərbaycanın şəhərlərində milli fəallar “may qiyamı” etirazlarının ildönümü ərəfəsində xalq arasında vərəqələr paylayaraq, küçələrin müxtəlif yerlərində afişalar asıb. Ərdəbil şəhərində quraşdırılan afişalarda son illərdə Güney Azərbayanda etiraz aksiyalarında və stadionlarda dəfələrlə səsləndirilən “Azadlıq, ədalət, milli hökumət” şüarı yer alıb və onunla birlikdə “May qiyamını unutma” yazısı da dərc edilib. Ərdəbil şəhərində quraşdırılan afişalarda “Azərbaycan Milli Hərəkatı Azərbaycan türk millətinin azadlıq səsidir” yazılıb. “Rasizmə son qoyun”, “Türk dilində mədrəsə”, “Qadın və kişi bərabərdir”, “Mədənlərimizin talanmasını dayandırın” və “Müəllimlərimiz və işçilərimizin haqları verilməlidir” şüarları həmin vərəqələrdə qeyd edilib. İranla yanaşı, Avropadakı güneyli fəallar “may qiyamı” ildönümündə mayın 20-də Berlində “Azadlıq, ədalət, milli hökumət” adı ilə İran rejiminə qarşı etiraz aksiyası keçirib.

Aksiyasının sonunda yekun bəyanat oxunub. Bəyanatda deyilir: “Azad dünyanın ayıq vicdanları, İran vətəndaşları uzun illərdir ki, demokratiyanın bərqərar olması üçün mübarizə aparır və bunun üçün çox ağır bədəllər ödəyiblər. Xüsusilə son aylarda bütün ölkəyə bir inqilab dalğası yayıldı, amma təəssüf ki, İslam Respublikası rejimi bu dalğanı zorakılıq və qəddarlıqla yatırtdı, yüzlərlə insanı qətlə yetirdi, minlərlə insanı yaraladı, on minlərlə insanı həbs edib işgəncələrə məruz qoydu. İran rejimi dərin siyasi, iqtisadi, sosial və ekoloji böhranlarla üzləşsə də, normal bir dövlətin əsas tələblərini yerinə yetirə bilməsə də, ölkədə yoxsulluq, işsizlik və korrupsiya tüğyan etsə də, təəssüf ki, hələ də daxildə vətəndaşlara zülm etməyə, eləcə də regionda və dünyada terror yaymağa davam edir. Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Milləti ölkə əhalisinin nisbi əksəriyyətini təşkil edib, ölkənin tarixində və quruluşunda mərkəzi rol oynasa da, İrandakı digər əzilən xalqlar kimi bu gün öz təməl iqtisadi, siyasi, mədəni və ictimai hüququndan məhrumdur. Millətimiz bir əsrdən artıqdır ki, öz fundamental hüquqları uğrunda mübarizə aparır və bu gün də “Azadlıq, ədalət, milli hökumət” strateji şüarı ilə demokratik tələbləri uğrunda mübarizəsini davam etdirir. Millətimiz bu mübarizəyə görə çox əziyyətlər çəkib, lakin azadlıq və ədalət uğrunda mübarizəsini heç vaxt dayandırmayıb. Keçirdiyimiz mitinq 2006-cı il mayın 22-də Güney Azərbaycanda Türk Millətinin milli zülmə və irqçiliyə qarşı ümumxalq qiyamının il dönümü mübasibətiylədir. Hansı ki onda bir çox vətəndaşımız İran İslam rejimi tərəfindən qətlə yetirilmiş, yaralanmış, həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Nəticədə həmin irqçilik əleyhinə üsyan millətimizin tarixində dönüm nöqtəsi olaraq səbt olmuşdur. Həmçinin, bu gün biz şahid oluruq ki, zalim İran İslam Respublikası rejimi vətəndaşlarımıza qarşı zülm və təzyiqləri o həddə çatdırıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz hissəsini, tələbə qızları kimyəvi hücumlarla hədəfə alır. Aylardır ki İran rejimi hələ bu cani hücumların məsul şəxslərini tapmayıb, bir haldaki həmin rejim bir neçə gün ərzində küçə etirazçılarında iştirak edən insanları müəyyən edib, həbs edib, edam edir. Biz bu mitinqin iştirakçıları olaraq bununla bütün azad dünyadan tələb edirik ki, İrandakı bütün əzilən xalqlara, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Millətinə, orta əsr zehniyyətli bu rejimdən qurtulmaq və demokratik hüquqlarını əldə etmək üçün kömək etsinlər. Biz ayrıca, Güney Azərbaycanın hüquqlarını beynəlxalq aləmdə müdafiə edənlərə də təşəkkür edirik. İsrail parlamenti millət vəkillərinin millətimizin hüquqlarının müdafiəsi ilə bağlı məktubu İsrail və Azərbaycan millətlərinin dostluq və məhəbbətinin mükəmməl nümunəsi idi və ona görə də təqdirəlayiqdir. Təbii ki, Güney Azərbaycanın hüquq və azadlıqlarını beynəlxalq aləmdə dəstəklədiyinə və müdafiə etdiyinə görə Azərbaycan prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığımızı və şükranlarımız bildirməliyik, çünki onun səylərinin sayəsində Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində yer almışdır”. Politiloq və siyasi fəal Sina Mirzayi bunlar fonunda 2006-cı ilin may ayında Güney Azərbaycanda baş verən böyük etirazların İrandakı islahatçı-mühafizəkar və ya sekulyar-islamist ikiliklərindən qopan üçüncü siyasi yolun başlanğıc nöqtəsi olduğunu ifadə edib. O, 2006 may qiyamının təsirlərinin hələ də davam etdiyini vurğulayıb: “2006 may qiyamı ola bilər ki, bir tarix və ya bir təqvim olaraq yeni nəslə, gənc nəslə, yəni bu etirazları görməyən və yaşamayan nəslə keçməyib. Amma o qiyamın təsirləri hələ də bu yeni nəslin də içində olduğu milli hərəkat adlandırdığımız o hərəkatın dinamikalarında önəmli bir amildir”. Mirzayi may qiyamını İran Azərbaycanındakı mill hərəkatın yayılma və konsolidasiya nöqtəsi olaraq dəyərləndirir: “Bu qiyam təbii ki, hərəkatın başlanğıcı deyil. Çoxları istəyir qiyamın önəmini azaltmaq üçün belə göstərsin ki, milli hərəkat 2006-da bir karikaturaya etiraz olaraq başlamışdı. Bu qiyam başlanğıc deyil, amma bir yayılma və konsolidasiya nöqtəsidir. Mərkəziyyətçi zehniyyət istəyir desin ki, bu qədər problemin olduğu yerdə bir karikaturaya bu genişlikdə etiraz niyə? Yəni reduksionist bir anlayışla yanaşır. Halbuki, may etirazları Azərbaycanda mövcud olan iqtisadi, ictimai, milli və çeşid-çeşid narazılıqların birləşməsi və yayılması idi. O qəzetdə karikaturalarla birlikdə dərc edilən mətndə bizim dilimizi, yəni bizim varlığımızı özgə görürlər. Yəni ki, biz iranlı tərifinə sığışmırıq. Bizi özgələşdirən bir yanaşma görürük. O etirazlar da ona görə önəmlidir ki, İrandakı o islahatçı-mühafizəkar ikiliyi, sekulyar-islamist ikiliyi və ya cümhuriyyətçi-şahçı ikiliklərinin arasından qopub üçüncü bir yol yaradan bir hərəkatdır. Mən bu hərəkatı post-müstəmləkə və dekolonizasiya hərəkatı, yəni daxili müstəmləkəçiliyə qarşı bir müqavimət hərəkatı kimi görürəm”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ