Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyə zəlzələsi - dünya fəlakəti öncədən görmək üçün baş sındırmağa başladı...

Image


Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş vermiş 7,8 və 7,5 bal gücündə iki güclü zəlzələ minlərlə insanın həyatına son qoydu. Qeyd edək ki, Türkiyədə zəlzələ tez-tez baş verir. Adətən, bunu ölkənin geoloji qırılmalar bölgəsində yerləşməsi ilə izah edirlər. Zəlzələlər yeni qırılmalar yaratsa da, böyük zəlzələlərin əksəriyyəti səthin bütövlüyünün artıq zədələndiyi yerlərdə baş verir.

Qırılmaları üç əsas növə bölmək olar: normal, tərs və sürüşmə qırılmaları. Sürüşmə qırılması iki plitənin bir-birinin yanından üfüqi istiqamətdə hərəkət etməsi zamanı baş verir; adətən, şaquli olur və dərinliyi 15-20 kilometrə çatır. Türkiyənin Anadolu və Ərəbistan plitələri arasındakı sərhəd boyunca uzanan 700 kilometrlik Şərqi Anadolu qırılması məhz bu növdəndir.

Türkiyə və Suriyada baş vermiş 7,5 və 7,8 bal gücündə iki zəlzələ məhz lövhələrin üfüqi müstəvidə hərəkət etdiyi bölgədə əmələ gəlib. Dağıntılar həm də ona görə çox olub ki, zəlzələ və afterşoklar nisbətən az dərinlikdə baş verib. İndi bu faciə “Zəlzələni niyə əvvəldən proqnozlaşdırmaq olmur” sualını növbəti dəfə aktuallaşdırdı. Bu zəlzələlərin baş verdiyi Şərqi Anadolu qırılma xətti üç tektonik plitənin - Anadolu, Ərəbistan və Afrika plitələrinin bir-birinə sürtündüyü "üçtərəfli qovşağın" bir hissəsidir. 1970-ci ildən bəri bölgədə çox az sayda 6 baldan yuxarı zəlzələ baş verdiyi üçün geoloqlar burada güclü zəlzələ olacağını təxmin edirdilər. Bəs onlar niyə bu fəlakətin vaxtını dəqiq proqnozlaşdıra bilmədilər?

Əslində, zəlzələləri elmi baxımdan proqnozlaşdırmaq çox çətindir. ABŞ Geologiya Xidməti qeyd edir ki, real proqnoz üç məsələni əhatə etməlidir: zəlzələnin harada olacağını, nə vaxt olacağını və nə qədər güclü olacağını. Qurum indiyədək heç kimin bunu edə bilmədiyini bildirir. Geoloqlar bir neçə ili əhatə edən zəlzələ ehtimalını hesablayaraq "təhlükə xəritələri" hazırlayır və bu xəritəyə əsasən proqnoz verirlər. Bu imkan verir ki, ən çox risq altında olan ərazilərdə tikinti standartlarının təkmilləşdirilməsi kimi müəyyən planlaşdırma işləri görülsün. Amma uzunmüddətli proqnozlar zəlzələ barədə erkən xəbərdarlıq imkanı yaratmır. İtaliyanın “Roma Sapienza” Universitetinin və ABŞ-ın Pensilvaniya ştatının “Penn State” Universitetinin geologiya professoru Kris Marone məsələ ilə bağlı bildirir: “Türkiyə və Suriyada binaların dağılmağa hazır olduğunu göstərən bir çox amil vardı. Lay yavaş-yavaş qırıldıqca elastik dalğalar qırılma xətti boyunca irəliləyir. Elastik mühitdəki bu dəyişikliklərə və qırılma zonalarındakı ilkin seymsik təkan gurultusuna əsasən laboratoriyada qırılmanın nə vaxt baş verəcəyini proqnozlaşdıra bilərik. Bunu bütövlükdə Yer kürəsi üçün də etmək istərdik, amma hələ ki, o nöqtədə deyilik".Zələlələr qırılma zonalarının üstündəki maqnit sahəsində dəyişikliklərə səbəb olur. Çin alimləri zəlzələdən əvvəl ionosferdə, yəni atmosferdəki elektromaqnit dalğalarını əks etdirmək üçün kifayət qədər ionun və sərbəst elektronun olduğu 70-400 km aralığındakı hissədə  elektrik yüklü hissəciklərin dalğalanmalarını izləyirlər. Pekindəki Zəlzələni Proqnozlaşdırma İnstitutunun əməkdaşı Jing Liunun başçılıq etdiyi qrupun mütəxəssisləri bildirirlər ki, 2010-cu ilin aprel ayının əvvəlində - Meksikanın Baja Kaliforniya ştatında baş vermiş zəlzələdən 10 gün əvvəl bu zəlzələnin episentrinin üstündəki atmosfer elektronlarında dəyişiklik müşahidə ediblər. İsraildəki araşdırmaçılar qrupu isə bu yaxınlarda iddia edib ki, son 20 il ərzində ionosferin elektron tərkibindəki dəyişiklikləri tədqiq etməklə güclü zəlzələləri 48 saat əvvəl 83% dəqiqliklə proqnozlaşdırmaq üçün texniki tətbiqdən istifadə edə bilərlər.

2018-ci ildə Çin ionosferdəki elektrik anomaliyalarını izləmək üçün seysmo-elektromaqnit peykini kosmosa göndərib. Keçən ilsə Pekindəki Çin Zəlzələ Mərkəzinin alimləri bu ölkədə 2021-ci ilin mayında və 2022-ci ilin yanvarında baş vermiş zəlzələlərdən əvvəl (birincisindən iki həftə, ikincisindən bir həftə əvvəl) ionosferin elektron sıxlığında azalma aşkar etdiklərini iddia ediblər. Amma onlar əvvəlki dövrə aid məlumatlardan istifadə etdikləri üçün retrospektiv baxışın verdiyi üstünlüyünə malik olublar. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, hətta peyk məlumatlarına əsasən də zəlzələni proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Digər tədqiqatçılar müxtəlif siqnallara istinad edir. Yaponiyanın bəzi alimləri iddia edirlər ki, zəlzələ zonalarının üstündəki su buxarında baş verən dəyişiklikləri analiz edərək proqnoz verə bilirlər. Testlər belə proqnozlarda dəqiqliyin 70% olduğunu göstərir: bu üsul növbəti ay ərzində hansı nöqtədə zəlzələ ola biləcəyini təxmin etməyə imkan verir. Digərləri isə Yerin cazibə qüvvəsində zəlzələdən əvvəl baş verə biləcək kiçik dalğalanmalardan istifadə edərək proqnoz verməyə çalışırlar. Amma bütün bu iddialara baxmayaraq, indiyə qədər alimlərin heç biri zəlzələnin harda və nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdıra bilməyib. Amma bir sıra heyvanlar zəlzələ baş verəcəyini əvvəldən duyur. Heyvanların zəlzələdən əvvəl qorxub çaxnaşması haqda məlumatlar minlərlə il əvvələ gedib çıxır. Amma bu müşahidələrdən faydalanmaq çətindir. Çünki heyvanların davranışı heç də həmişə düzgün proqnoz verməyə imkan vermir. Məsələn, bildirilir ki, Çində onilliklər əvvəl baş vermiş zəlzələni heyvanların qeyri-adi davranışlarının köməyilə proqnozlaşdırıblar, amma növbəti zəlzələlərdə bu hal müşahidə olunmayıb. Almaniyanın Maks Plank adına Heyvan Davranışları İnstitutunun alimləri İtaliyanın zəlzələ zonalarında inək, qoyun və itlərin davranışlarını analiz edirlər. Tədqiqatçılar deyir ki, qarşıdan gələn təkanlar və zəlzələlər episentrinə yaxınlaşdıqca heyvanlar davranışlarını daha tez dəyişir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ