İran Hörmüz boğazından keçmək istəyən gəmilər üçün yeni qaydalar hazırlayıb. CNN-in məlumatına görə, bunun üçün İran Körfəz Boğazı İşləri İdarəsi (PGSA) tərəfindən verilmiş “Gəmi Məlumat Bəyannaməsi” adlı sənədin doldurulması tələb olunur. Telekanalın məlumatına görə, sənəddə 40-dan çox sual var - xüsusən də gəminin adı və eyniləşdirmə nömrəsi, istənilən “əvvəlki adlar”, mənşə və təyinat ölkəsi göstərilməlidir.
Bundan əlavə, gəminin sahibləri və operatorlarının milliyyəti, göyərtədəki ekipaj, habelə yük haqqında ətraflı məlumat vermək lazımdır.
İradə SARIYEVA