İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi hələ də İsfahan şəhərindəki nüvə kompleksinin ərazisində yerləşir. Bu obyekt dəfələrlə ABŞ-ın hava hücumlarının hədəfi olub. RBC-Ukrayna bu barədə “The Jerusalem Post”-a istinadən xəbər verir.
MAQATE-nin baş direktoru Rafael Qrossinin sözlərinə görə, İranın nüvə proqramı ətrafında vəziyyət kritik olaraq qalır. İyun ayında İsraillə 12 günlük müharibə zamanı İsfahandakı nüvə mərkəzinə ciddi ziyan dəyib. Kompleks həmçinin ABŞ tərəfindən “Rəyan Aslan” və “Epik Qəzəb” əməliyyatları çərçivəsində hücuma məruz qalıb.
İradə SARIYEVA