Cümə günü, 06 noyabr 2026
     

Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

Image


(İkinci yazı)

Azərbaycan Ordusunun giziri Vüsal Mehdi oğlu Tahirov 1997-ci il mayın 1-də Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Beş yaşı olanda ailəsi Abşeron rayonunun Xırdalan şəhərinə köçüb. Vüsal beşinci sinfə qədər Xırdalandakı 5 nömrəli tam orta məktəbdə oxuyub, sonra təhsilini buradakı 9 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirib.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi təhsil alaraq gizir rütbəsinə yiyələnib, Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib. 2019-cu ildə xüsusi snayper tapşırıqları kursunu müvəffəqiyyətlə bitirib. 2020-ci ildə N saylı hərbi hissədə təşkil olunmuş atletika və gimnastika üzrə qaçış yarışında birinci yeri tutub, fəxri fərmanla təltif edilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən mü­hari­bəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüş­lərdə iştirak edib, şücaət göstərib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı başından qəlpə yarası alıb, noyabrın 16-da şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vüsal Mehdi oğlu Tahirov ölkə Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Şücaətə görə” medalı ilə də təltif edilib.

Ailə tərkibi

Atası: Tahirov Mehdi Hüseyn oğlu

Anası: Tahirova Rəsmiyyə Kərim qızı

Bacıları: Eyyubova Gülnar Mehdi qızı

Xəlilli Aysel Mehdi qızı

Həyatı və fəaliyyəti

Doğum tarixi: 01.05.1997-ci il

Doğum yeri: Şərur rayonu Danyeri kəndi.

Təhsili: Orta

Təhsil aldığı məktəb: Xırdalan şəhər 9 saylı tam orta məktəb

Ailə vəziyyəti: Subay

Qoşun növü: Quru Qoşunları

Mükəlləfiyyəti: Həqiqi hərbi xidmət

Rütbəsi: Gizir

Döyüşdüyü yerlər: Xocavənd, Şuşa

Medal və Ordenləri: “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni

Yaralandığı tarix: 08.11.2020

Şəhid olduğu tarix: 16.11.2020

Şəhid olduğu yer: Xocavənd, Şuşa istiqaməti

Dəfn olunduğu yer: Bakı şəhəri, II Fəxri xiyaban

Ailəcanlı, dostcanlı, olduqca mehriban insan, Vətən fədaisi 23 yaşlı şəhidimiz Tahirov Vüsal Mehdi oğlu Xocavənd və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib, şücaət göstərib, döyüşlərin çoxunda fərqlənib, qorxmaz kəşfiyyatçı və kəskin snayperçi kimi ad qazanıb. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərin birində yanına mərmi düşüb, başından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. 8 gün komada qalıb.

Noyabrın 16-sı şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 17-si 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Qeyd: Tahirov Vüsal Mehdi oğlunun əziz xatirəsi dünya durduqca ürəklərdə yaşayacaq, Vətən uğrundakı misilsiz xidmətləri unudulmayacaq. Nəsillər daim onun məzarını qürur hissi ilə ziyarət edəcək, onun qəhrəmanlığını özləri üçün bir nümunə, bir örnək biləcəklər.

Əlbəttə, “şəhidlər ölməz, Vətən bölünməz!”...

Şəhidini uca tutan xalqı tarix də uca tutar... Bu anlamda Azərbaycan xalqı Vüsal kimi cəsur oğullarını əbədiyyətin sönməz işıqlarına çevirib...

Vətəni şair də vəsf edir, yazıçı da, rəssam da, bəstəkar da... Bu vəsflər yalnız sənətkarlıq xüsusiyyətləri kimi ehtiva edir. Ancaq cəsur oğullar sərrast hünər və əzmləri ilə vətəni elə vəsf edirlər ki, adam heyrət edir. Bu vəsf əbədiyyət üfüqü kimi daim işıqlı qalır...

Tahirov Vüsal Mehdi oğlunun ürəyi bu baxımdan Vətən eşqində təcəlla edirdi; könül aləmi də Vətən sevdaları ilə süslənmişdi. İndinin özündə onun üçün deyilən ağrı-acılar istər-istəməz sinə deşir...

Şəhidə isə ağı deməzlər. Çünki səslənən ağılar qəhrəman oğulların süst xəyallarına toxunur, onların mübarizlik sevdalarına sədd olur. Bir insanın ki, iç sevgisində əsas xətt Vətən, Ana, Yurd aspektləridir, onun üçün yas saxlamaq, zənnimizcə, doğru deyil.

Ailəsinin dediklərindən belə bir fəhm çıxarırıq ki, Vüsal yalnız Vətən üçün doğulmuşdu. O, hərbi xidmətinin başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün qarşısına ciddi məqsəd qoymuş, böyük israrla ata-anasına, bacılarına bu şərəfi üzərində daşımaq istəyini ifadə etmişdi. Doğrudur, ailəsi onun bu israrı qarşısında tərəddüd etməmişdi, sanki onların da istəyi Vüsalın istəyi ilə üst-üstə düşmüşdü... Bu, o anlamı ifadə edir ki, Vüsalın tərbiyə aldığı ailə, o ailənin üzvləri də əsl Vətən sevdalılarıdır.

Bəllidir ki, Vüsal Tahirov və onun kimi cəsur oğullar işğal əzablarını dadmaqdan təngə gəlmişdilər. Buna görə onlar vətənin yarımçıq qalmış arzularına ağ rəng qatmaq üçün ruhən duruldular, ağ sevdaların sorağına düşüb cəmi 44 günə xalqımıza sevinc yaşatdılar.

Nədəndirsə, həqiqi Vətən oğullarında həmişə fərqli bir milli sima, mənlik, qürur, kişilik əzmi olur. Bunlar yalnız məqam yetişəndə özünü parlaq şəkildə büruzə verir...

Vüsalın içindəki eşq, sevgi adi həyatdakı eşq və sevgi kimi deyildi. O, əsl Vətən sevgisi idi. Vüsal o eşqin sağlam qalması üçün qəlbini məyusluq doğuran iztirablara yaxın qoymadı, o eşqi qəlbinin ağ pərdəsi kimi qorudu; imkan vermədi ki, oraya çat düşsün.

Nəhayət, zamanı yetəndə o, bu eşq ilə vətəni sevinc hislərinə qərq etdi...

Vüsal Tahirovun Vətən eşqi, Yurd niskili xüsusi dəyərlərdir. Onun ömür anı, döyüş yolu beş-on kitablıq yazıdır. Biz də onun şəhid adına ehtiram olaraq bu kitaba xeyir-dua verdik. Əminik ki, biz dünyada olmayanda da bu kitab məhz Vüsal Tahirovun xatirinə oxunacaq...

Vüsalın Vətən eşqi onun sınmaz hünəri idi. O, şərəfli ölümü ilə elə bir himn bəstələdi ki, bugünkü və gələcək nəsillər bu himni elə cəsur oğulların qəhrəmalığı və şücaəti ilə lərzəyə gətirəcək, düşmənlərimiz bu səsdən qorxub-çəkinəcək.

***

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci ildə şəhidlərin Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı demişdi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Xalqımıza müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayamaq səadəti nəsib edən ümummilli liderimiz Heydər Əliyevə və ölkə başçımız İlham Əliyevə sonsuz minnətdarıq!

Həmçinin, bu səadəti xalqımıza yaşadan qeyrətli, qorxmaz, cəsur oğullara əbədi borcluyuq...

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ