Cümə günü, 26 iyun 2026
     

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

Image


Güm­rü­dən Qar­sa qə­dər uza­nan də­mir­yo­lu­nun üzə­rin­də­ki Ak­ya­ka sər­həd-ke­çid mən­tə­qə­si və İğ­dır­dan ke­çən qu­ru yo­lu üzə­rin­dən Əli­can sər­həd-ke­çid mən­tə­qə­si Er­mə­nis­ta­nın Tür­ki­yə­yə qar­şı əra­zi id­dia­la­rı, “er­mə­ni soy­qı­rı­mı”nı ta­nıt­ma­sı id­dia­la­rı, Azər­bay­can əra­zi­lə­ri­ni iş­ğal et­mə­si sə­bə­bin­dən Tür­ki­yə tə­rə­fin­dən bağ­lan­mış­dır. Er­mə­nis­tan­la sər­həd ke­çid qa­pı­la­rı­nın açıl­ma­ma­sı Azər­bay­can-Tür­ki­yə qar­daş­lıq mü­na­si­bət­lə­ri­ni sü­but edən amil­lər­dən bi­ri­dir. Sər­hə­din açıl­ma­sı yal­nız Cə­nu­bi Qaf­qaz­da hər­tə­rəf­li və da­vam­lı nor­mal­laş­ma­nı tə­min edə­cək in­ki­şaf­lar çər­çi­və­sin­də ola bi­lər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmadan Türkiyənin Ermənistanla sərhədlərini açması məqsədə müvafiq deyildir. Sərhədlər bağlandıqdan sonra ayrı-ayrı iş adamları sərhədləri müxtəlif yollarla açmağa çalışmışlar.

Tarixən belə hallar olmuşdur, lakin müsbət nəticə verməmişdir. 1995-ci ilin ap­rel ayın­da Tür­ki­yə Er­mə­nis­tan ilə ha­va yo­lu­nu aç­dı. Tür­ki­yə dü­şü­nür­dü ki, bu ad­dım ilə Er­mə­nis­ta­na tə­sir et­mək, onun möv­qe­yi­ni də­yiş­dir­mək olar. Prezident Hey­dər Əli­yev Türkiyə Pre­zi­denti Sü­ley­man Də­mi­rə­lin də­və­ti ilə 1997-ci ilin ma­yın­da İs­tan­bul­da olar­kən Tür­ki­yə­nin mət­bu­at nü­ma­yən­də­lə­ri ilə gö­rüş­də müx­bi­rin: “Tür­ki­yə ilə Er­mə­nis­ta­nın əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si­ni ne­cə qiy­mət­lən­di­rir­si­ni­z?” sua­lı­na Hey­dər Əli­yev Tür­ki­yə­nin Er­mə­nis­ta­na ha­va yo­lu­nu aç­ma­sın­dan na­ra­zı ol­du­ğu­nu bil­dir­di: “... Er­mə­nis­tan­la Azər­bay­can ara­sın­da sülh ya­ran­ma­lı­dır. Be­lə olan hal­da, ümu­miy­yət­lə, bu böl­gə­də iq­lim ta­ma­mi­lə də­yi­şər və Er­mə­nis­tan da böl­gə­də­ki bü­tün döv­lət­lər­lə əmək­daş­lıq edə, əla­qə­lə­ri­ni ge­niş­lən­di­rə bi­lər. Tür­ki­yə Azər­bay­ca­nın ya­xın dos­tu, qar­da­şı ol­du­ğu­na gö­rə hə­mi­şə Er­mə­nis­ta­nın bu tə­ca­vü­zü­nün əley­hi­nə çı­xıb və ona də­fə­lər­lə de­yib­dir ki, siz Azər­bay­ca­nın iş­ğal olun­muş tor­paq­la­rın­dan çıx­ma­sa­nız, tə­ca­vü­zə son qoy­ma­sa­nız, Tür­ki­yə heç vaxt Er­mə­nis­tan­la əla­qə­lə­ri­ni bər­pa et­mə­yə­cək­dir. Biz bu­nu məm­nu­niy­yət­lə qə­bul edi­rik. Məm­nu­niy­yət­lə qə­bul edi­rik ki, Tür­ki­yə ilə Er­mə­nis­tan ara­sın­da dip­lo­ma­tik əla­qə­lər yox­dur, heç bir baş­qa döv­lət­lə­ra­ra­sı əla­qə­lər yox­dur. Bu, be­lə də ol­ma­lı­dır. Çün­ki Azər­bay­can­da qı­rı­lan in­san­lar si­zin, türk­lə­rin ba­cı­la­rı, qar­daş­la­rı­dır. Azər­bay­can tor­pa­ğı, Tür­ki­yə tor­pa­ğı, xalq­la­rı­mız bir-bi­ri ilə bağ­lı­dır. Er­mə­nis­tan gə­lib Azər­bay­can tor­pa­ğın­da qan tö­küb, in­san­la­rı­mı­zı qı­rıb və Tür­ki­yə Er­mə­nis­tan­la əla­qə sax­la­sa bu, an­la­şıl­maz olar, türk xal­qı özü bu­na yol ver­məz, Tür­ki­yə­nin ic­ti­mai rə­yi bu­na yol ver­məz, – bu­nu mən bi­li­rəm. An­caq tə­əs­süf­lər ol­sun ki, son vaxt­lar Tür­ki­yə­də bə­zi adam­lar qa­zanc əl­də et­mək, ya­xud baş­qa məq­səd­lər üçün cür­bə­cür yol­lar­la Er­mə­nis­tan­la əla­qə­lər ya­rat­maq is­tə­yir­lər. Bir müd­dət ön­cə çox tə­kid et­di­lər ki, Er­mə­nis­ta­nın "H-50" ha­va yo­lu var, ona im­kan ver­mək la­zım­dır. Biz bu­na eti­raz et­dik. Am­ma Tür­ki­yə hö­ku­mə­ti tə­rə­fin­dən bi­zə mü­ra­ci­ət et­di­lər ki, bu­nu aç­saq bəl­kə Er­mə­nis­tan yum­şa­lar, bəl­kə be­lə olar, elə olar. Yax­şı, biz bu­na ra­zı­lıq ver­dik, "H-50" yo­lu açıl­dı. Am­ma Er­mə­nis­ta­nın möv­qe­yin­də heç bir müs­bət də­yi­şik­lik ol­ma­dı”. “İrə­van­dan Trab­zo­na təy­ya­rə­lər uçur. De­yir­lər ki, bun­lar özəl təy­ya­rə­lər­dir. İn­di elə hər şey özəl­dir. De­mək, adı­nı özəl qo­yan­da özü­nü kə­na­ra çə­kə­cək­sən ki, mə­nim bun­dan xə­bə­rim yox­du­r? İn­di hər şey özəl­dir, bun­dan son­ra da özəl ola­caq­dır. …Bun­lar bir tə­rə­fə, in­di si­zin iş adam­la­rı­nın bə­zi­lə­ri mə­sə­lə qo­yub­lar ki, biz gə­rək Er­mə­nis­tan­la ti­ca­rət edək. Er­mə­nis­tan­la nə ti­ca­rət edə bi­lər­si­niz, ora­da nə var, nə itir­mi­si­niz ora­­da­­? Daş­la­rı ge­dib al­maq is­tə­yir­si­ni­z?”. İş adamlarının malları İrana satmaları, İranın isə həmin malları Ermənistana satmalarını söyləməsi fikrini Ümummilli lider qəti rədd edirdi: “…Mən si­zə bil­dir­mək is­tə­yi­rəm ki, İran­la Er­mə­nis­tan ara­sın­da çox ge­niş ti­ca­rət apa­rı­lır. İran özü də çox bö­yük ba­zar­lar ax­ta­rır, on­la­rın bi­ri də Er­mə­nis­tan­dır. İran Er­mə­nis­ta­na elekt­rik, tə­bii qaz xət­ti çə­kir. Er­mə­nis­tan ilə İran ara­sın­da 40 ki­lo­metr­lik sər­həd var, ora­da bö­yük bir kör­pü ti­kib­lər. O kör­pü­dən gün­də 100-150 yük ma­şı­nı İran­dan Er­mə­nis­ta­na ke­çir. İran öz mal­la­rı­nı Er­mə­nis­tan­da on­suz da sa­tır. İra­na nə la­zım­dır ki, gə­lib Tür­ki­yə­dən mal apar­sın, Er­mə­nis­tan­da sa­tıb pul qa­zan­sı­n? Bu, yan­lış fi­kir­dir. Bu­nu de­yən adam­lar giz­lin, xəl­vət, cür­bə­cür yol­lar­la öz mal­la­rı­nı Er­mə­nis­tan­da öz­lə­ri sa­tır­lar və hö­ku­mət baş­çı­la­rı­na da de­yir­lər ki, bu­nu İran biz­dən alıb, apa­rıb sa­tır. Ta­ma­mi­lə yan­lış fi­kir­dir. Hət­ta si­zin bə­zi iş adam­la­rı ora­ya ge­dir­lər və ora­dan bə­zi iş adam­la­rı­nı ti­ca­rət əla­qə­lə­ri qur­maq üçün İs­tan­bu­la, İz­mi­rə gə­ti­rir­lər. Ya­xud da bə­zi adam­lar Şərq tə­rəf­də – Qars­da, İq­dır­da de­yir­lər ki, gə­lin bu­ra­dan qa­pı açaq, ti­ca­rət edək, bu bi­zə xe­yir ve­rə bi­lər. Bil­mi­rəm, Er­mə­nis­tan­la hə­qi­qə­tən ti­ca­rət et­mək is­tə­yən iş adam­la­rı bun­dan nə qə­dər pa­ra, xe­yir, fay­da gö­tü­rə­cək­lər. Am­ma nə qə­dər gö­tür­sə­lər, heç vaxt bi­zim mil­li mə­na­fe­yi­mi­zi, məq­səd­lə­ri­mi­zi pa­ra­ya qur­ban ver­mək ol­maz. İş ada­mı iş gör­mə­li­dir, pa­ra qa­zan­ma­lı, öz işi­ni in­ki­şaf et­dir­mə­li­dir. Am­ma heç vaxt öz mil­li­li­yi­ni, mil­li mə­na­fe­yi­ni qur­ban ver­mə­mə­li, qoy­ma­ma­lı­dır ki, öz mil­li mə­na­fe­yi­nə zə­rər gəl­sin. Yox­sa elə sən get qurd­la, ca­na­var­la da, o bi­ri­si ilə də, tə­ca­vüz­kar­la da al­ver et ki, mə­nə qa­zanc la­zım­dı­r? Ona gö­rə si­zə mü­ra­ci­ət edi­rəm, nə­in­ki özü­mün, bü­tün Azər­bay­can xal­qı­nın fik­ri­ni de­yi­rəm. Tür­ki­yə-Azər­bay­can dost­lu­ğu, qar­daş­lı­ğı əbə­di­dir, bi­zim qa­nı­mız, ca­nı­mız, di­ni­miz, di­li­miz bir­dir. Bun­la­rın ha­mı­sı­nın ol­du­ğu yer­də gə­rək Tür­ki­yə­də iş adam­la­rı, döv­lət adam­la­rı, adi bir və­tən­daş da bil­sin ki, Azər­bay­ca­nın mə­na­fe­yi Tür­ki­yə­nin mə­na­fe­yi­dir, Azər­bay­ca­nın dər­di Tür­ki­yə­nin dər­di­dir”. Ümummilli Lider Hey­dər Əli­yev Qazi Mus­ta­fa Ka­mal Ata­tür­kün söz­lə­ri­ni, Azər­bay­can və Tür­ki­yə­nin bir-bir­lə­ri­nə qar­daş­lıq yar­dım­la­rı­nı tez-tez xa­tır­la­dır­dı: “Tür­ki­yə də, biz də bö­yük ön­dər Mus­ta­fa Ka­mal Ata­tür­kün söz­lə­ri­ni tez-tez xa­tır­la­yı­rıq. O, vax­ti­lə de­miş­dir ki, Azər­bay­ca­nın dər­di bi­zim dər­di­miz­dir, Azər­bay­ca­nın se­vin­ci bi­zim se­vin­ci­miz­dir. Biz də de­yi­rik ki, Tür­ki­yə­nin dər­di bi­zim dər­di­miz­dir, Tür­ki­yə­nin se­vin­ci bi­zim se­vin­ci­miz­dir. Mus­ta­fa Ka­mal Ata­türk nə qə­dər müd­rik adam­dır! Bu söz­lə­ri hə­lə 30-cu il­lər­də de­miş­dir. On­da hə­lə Er­mə­nis­tan­la Azər­bay­can ara­sın­da be­lə sa­vaş, mü­na­qi­şə yox idi, qan tö­kül­mür­dü. An­caq o – bö­yük Mus­ta­fa Ka­mal Ata­türk 1918-1920-ci il­lər­də hə­min o er­mə­ni mil­lət­çi­lə­ri­nin, daş­nak­la­rı­nın azər­bay­can­lı­la­rın ba­şı­na nə bə­la­lar gə­tir­dik­lə­ri­ni yax­şı bi­lir­di. Azər­bay­can­da nə qır­ğın­lar et­miş­di­lər, yax­şı bi­lir­di. Məhz Mus­ta­fa Ka­mal Ata­tür­kün və onun ki­mi in­san­la­rın ira­də­si nə­ti­cə­sin­də 1918-1920-ci il­lər­də Tür­ki­yə­nin Qaf­qaz Or­du­su Azər­bay­ca­na gəl­di, Nax­çı­van­da, Qa­ra­bağ­da, Gən­cə­də, Ba­kı­da azər­bay­can­lı­la­rı er­mə­ni qır­ğı­nın­dan xi­las et­di. Biz bun­la­rı unut­mu­ruq. Os­man­lı im­pe­ra­tor­lu­ğu da­ğıl­mış­dı, Tür­ki­yə­nin özü da­ğıl­mış və­ziy­yət­də idi, Tür­ki­yə­yə tə­ca­vüz olun­muş­du. Tür­ki­yə özü­nü xi­las et­mə­li, sax­la­ma­lı idi, qur­tu­luş sa­va­şı ge­dir­di. O vaxt Tür­ki­yə­nin mü­tə­fək­kir adam­la­rı Azər­bay­ca­nı öz doğ­ma və­tə­ni he­sab edir­di­lər. Qaf­qaz Or­du­su Azər­bay­ca­na gön­də­ril­di. Nax­çı­va­na Nu­ru Pa­şa, Ka­zım Qa­ra­bə­kir və baş­qa­la­rı gəl­di­lər, azər­bay­can­lı­la­rı xi­las et­di­lər. Ona gö­rə bun­la­rı heç vaxt unut­maq ol­maz, ta­ri­xi də unut­maq ol­maz, keç­mi­şi də unut­maq la­zım de­yil­dir”. Hey­dər Əli­yev er­mə­ni­lə­rin azər­bay­can­lı­la­rı düş­mən bil­dik­lə­ri ki­mi, türk­lə­ri də düş­mən bil­dik­lə­ri­ni vur­ğu­la­yır­dı: “... bü­tün dün­ya­ya hay sa­lıb­lar ki, türk­lər 1915-ci il­də er­mə­ni­lə­ri qı­rıb­lar. Si­zi gü­nah­lan­dı­rır­lar, si­zin haq­qı­nız­da bü­tün öl­kə­lər­də yan­lış mə­lu­mat­lar ya­yır­lar. Bu, bi­zə də aiddir. On­lar azər­bay­can­lı­nı, tür­kü, tür­ki­yə­li­ni bir-bi­rin­dən ayır­mır­lar. Bi­zə də türk de­yir­lər, si­zə ne­cə mü­na­si­bət bəs­lə­yir­lər­sə, bi­zə də elə mü­na­si­bət bəs­lə­yir­lər. İn­di siz on­lar­la bir ba­la­ca al­ver edir­si­niz, bir-bi­ri­ni­zə "Sa­la­mə­ley­küm, sağ ol, xoş gəl­din" de­yir­si­niz. Bu mə­sə­lə­ni mən bir ne­çə də­fə de­mi­şəm, si­zə, iş adam­la­rı­na da de­yi­rəm ki, bi­zim prob­le­mi­mi­zi bi­lə­si­niz. Əl­bət­tə, biz heç kə­sə heç nə­yi məc­bur edə bil­mə­rik. Tür­ki­yə­nin də heç bir işi­nə qa­rış­mı­rıq və qa­rı­şa da bil­mə­rik. An­caq bu söz­lə­ri de­mə­yə bi­zim qar­daş­lıq haq­qı­mız var. Qar­daş-qar­da­şa hər bir şe­yi açıq de­mə­li­dir, nə qə­dər şi­rin ol­sa da, acı ol­sa da açıq de­mə­li­dir. Ona gö­rə də siz ça­lı­şın ki, bu əmək­daş­lı­ğı, alış-ve­ri­şi – ha­mı­sı­nı gə­lin Azər­bay­can­la edin. Azər­bay­can­da ge­niş im­kan­lar var”.

Fa­tih Uni­ver­si­te­ti­nin fəx­ri dok­to­ru adı­nın ve­ril­mə­si mə­ra­si­min­də çı­xış edər­kən Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da sər­həd xət­lə­ri­ni bə­zi yer­lər­də aç­maq, ti­ca­rət et­mək, iq­ti­sa­di əla­qə­lər qur­maq haq­qın­da Tür­ki­yə­nin mət­bu­at or­qan­la­rın­da bə­zi ya­zı­la­rın get­mə­si­nə qar­şı Hey­dər Əli­yev öz fi­ki­ri­ni bil­dir­di: “Er­mə­nis­tan Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal al­tın­da sax­la­yır, bir mil­yon­dan çox azər­bay­can­lı­nı, tür­kü öz ye­rin­dən-yur­dun­dan çı­xa­rıb­dır, bu qaç­qın­lar ağır və­ziy­yət­də ya­şa­yır­lar. Er­mə­nis­tan Azər­bay­ca­na tə­ca­vüz edib­dir. Er­mə­nis­ta­na heç bir gü­zəşt ola bil­məz, onun­la heç bir ti­ca­rət apar­maq ol­maz, heç bir qa­pı açı­la bil­məz. He­sab edi­rəm ki, əgər Tür­ki­yə­də kim­sə qa­zanc, pa­ra, iq­ti­sa­di əla­qə­lər na­mi­nə be­lə yol­la get­sə, türk xal­qı, Tür­ki­yə­nin ic­ti­ma­iy­yə­ti bu­na qə­tiy­yən yol ver­məz. Hör­mət­li pro­fes­sor­lar və hör­mət­li döv­lət na­zi­ri bu gün bu­ra­da türk dün­ya­sı haq­qın­da çox gö­zəl söz­lər de­di­lər. Bə­li, türk dün­ya­sı ye­ni mər­hə­lə ya­şa­yır. Biz çox məm­nu­nuq ki, bü­tün cüm­hu­riy­yət­lər öz müs­tə­qil­li­yi­ni əl­də edib­lər. Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin keç­di­yi yol, ya­rat­dı­ğı hü­qu­qi, dün­yə­vi­li­yə la­yiq döv­lət ye­ni müs­tə­qil­lik əl­də et­miş türk­dil­li, türk kök­lü döv­lət­lər üçün ör­nək­dir, nü­mu­nə­dir. Be­lə olan hal­da biz hə­mi­şə bax­ma­lı­yıq – bi­zim bö­yük dün­ya­mız­da, bö­yük bə­də­ni­miz­də han­sı nöq­tə ağ­rı­yır, ya­ra­lı­dır, xəs­tə­dir, ora­ya da­ha da diq­qət ye­tir­mək la­zım­dır. Bax, ya­ran­mış bu bö­yük dün­ya­nın için­də türk dün­ya­sı­nın ən ya­ra­lı ye­ri Azər­bay­can­dır. Çün­ki Azər­bay­ca­nın tor­paq­la­rı iş­ğal olu­nub­dur. Çün­ki bi­zim türk dün­ya­sı­nın bir mil­yon azər­bay­can­lı­sı ye­rin­dən-yur­dun­dan di­dər­gin dü­şüb­dür, ça­dır­lar­da qaç­qın və­ziy­yə­tin­də ya­şa­yır. Ona gö­rə də Tür­ki­yə­də ya­şa­yan hər bir dos­tu­muz, qar­da­şı­mız, ba­cı­mız dü­şün­mə­li­dir ki, o ça­dır­da olan adam ne­cə ya­şa­yır, nə cür ya­şa­yır. Mən he­sab edi­rəm ki, bu mə­sə­lə­lər­də Tür­ki­yə­nin döv­lət si­ya­sə­ti çox cid­di ol­ma­lı­dır. Tür­ki­yə­nin bü­tün ic­ti­mai rə­yi, fik­ri də sağ­lam ol­ma­lı­dır. Əgər kim­sə bu mə­sə­lə­lər­də o tə­rə­fə, bu tə­rə­fə əyir­sə, gü­man edi­rəm ki, qəh­rə­man, çox qüd­rət­li, na­mus­lu, qey­rət­li türk xal­qı on­la­rı öz ye­rin­də otur­dar”.

Beləliklə, Ümummilli lider Hey­dər Əli­yev Azər­bay­can-Tür­ki­yə əla­qə­lə­ri­nin bö­yük mə­nə­vi kök­lər, bun­la­rı bir-bi­ri­nə bağ­la­yan mil­li kök­lər üzə­rin­də qu­rul­ma­sı­nı ar­zu­la­dı­ğı­nı, mil­li, mə­nə­vi mə­na­fe­yi ay­rı-ay­rı şəxs­lə­rin qa­zan­cı­na qur­ban ver­mə­mə­yi töv­si­yə edir­di. Hey­dər Əli­ye­vin əsas­lı fakt­la­rı, baş­qa söz­lə, Er­mə­nis­ta­nın Azər­bay­ca­na, Tür­ki­yə­yə kin bəs­lə­mə­si­ni fakt­lar­la əsas­lan­dır­ma­sı, Tür­ki­yə ilə mü­na­si­bət­lə­rin sı­ra­dan de­yil, kö­kü bir olan xalq­lar ki­mi mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nı əsas­lan­dır­ma­sı nə­ti­cə­sin­də Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da sər­həd ke­çid qap­la­rı açıl­ma­dı və in­di də rəs­mi­lə­rin sülh ol­ma­yın­ca sərhəd qa­pı­la­rının açıl­ma­sı ba­rə­də söz ol­ma­ya­ca­ğı­nı bil­dir­mə­si ilə nə­ti­cə­lən­di.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ