Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın əllərindən alınan övladları ailəyə qaytarılıblar. Bu barədə G.Abdullayeva sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, 9 ay öncə Fransadan Azərbaycana qayıdarkən Məhəmməd Quliyev və Gültac Abdullayevanın uşaqları Almaniya hökuməti tərəfindən əllərindən alınmışdı. Onların övladları "Jugendamt”in (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) qərarı ilə Paris hava limanında onlardan alınıb, Almaniya dövlətinə təhvil verilmişdi.
ZÜMRÜD