İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib. Bu barədə İsrail Səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Səfir Ronen Kraus və missiya rəhbərinin müavini Aviv Zell Bakıda onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır. Xatirəsi daim əziz tutulsun. Allah rəhmət eləsin", - deyə paylaşımda qeyd olunub.
ZÜMRÜD
Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Səfir @AmbRonenKrausz və missiya rəhbərinin müavini @AvivZell Bakıda onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Albert Aqarunovun… pic.twitter.com/M4JYie1byD — Israel in Azerbaijan (@IsraelinAZ) May 8, 2026
Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Səfir @AmbRonenKrausz və missiya rəhbərinin müavini @AvivZell Bakıda onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Albert Aqarunovun… pic.twitter.com/M4JYie1byD