ABŞ-da anadan olmuş Papa XIV Leonun müştərisi olduğu ABŞ-dakı bir banka zəng edərək ünvanını dəyişdirmək istəyi maraqlı bir hadisəyə çevrilib.
“Dailymail” şərhçi Tom Makkartiyə istinadən bildirir ki, Papa Leo Çikaqodakı banka zəng edərək köçdüyünü bildirib. Lakin müştəri xidmətləri nümayəndəsi onun Papa olduğuna inanmayıb.
Makkartinin sözlərinə görə, bank işçisi təhlükəsizlik yoxlama suallarını cavablandırdıqdan sonra Papaya əməliyyatın yalnız filialda şəxsən onun iştirakı ilə tamamlana biləcəyini deyib. Papa Leo isə bank əməkdaşına "Sizə Papa Leo olduğumu desəm, nəsə dəyişər?" deyəsual verib. İşçi isə bunu zarafat hesab edərək telefonu onun üzünəbağlayıb. Makkarti hadisəni yumorla təsvir edərək deyib: "Papaya telefonu bağlayan qadın kimi tanınmağı təsəvvür edə bilərsinizmi?"
Daha sonra yerli kilsə rəsmisi məsələyə müdaxilə edərək bank rəhbərliyi ilə əlaqə saxlayıb. Bildirilir ki, bank rəhbəri əvvəlcə qaydalarda israr edərək "Bu, bizim siyasətimizdir" desə də, Papanın hesabını başqa bir banka köçürmə ehtimalı yarandıqda istisnaya razılaşıb. Makkartinin sözlərinə görə, sonda bank hesabında telefon nömrəsini dəyişdiriblər və Papa da onlara, "nömrəni heç kimə verməyin" deyib.
Tahir TAĞIYEV