Bazar günü günü, 08 noyabr 2026
     

İran rejiminin xalqa zülm taktikası dəyişir

Image


İranın Tehran da daxil bir sıra şəhərlərində xalq etirazları yenidən geniş vüsət almağa başlayıb. Tehranın Ekbatan məhəlləsində etirazçılar pəncərələrdən və evlərin damlarından “diktatora ölüm!” şüarı səsləndiriblər. Etirazçılar “diktator” dedikdə ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyini nəzərdə tuturlar.

Buna bənzər səhnələr paytaxtın başqa məhəllələrində, eləcə də Amol, Kələçay, Bojnurd və Həmədan şəhərlərində də yaşanıb. Sosial media şəbəkələrində yayılmış videolarda İranın şimalındakı Gilan ostanında 1979-cu il inqilabının ildönümünə həsr edilmiş küçə plakatlarına od vurulduğu görünür. Xatırladaq ki, İranda ətən il sentyabrın ortalarında hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb. Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü bildirir. O vaxtdan bəri etiraz aksiyaları azalan və artan xətt üzrə davam edir. Aksiyaların yenidən başlanması bu qənaətə gəlməyə əas verir ki, bu müstəvidə xalq etirazları davam edəcək. Yeni vəziyyəti dəyərləndirən Cənubi Azərbaycanan olan ekspert Taha Kirmani İranda son aylarda baş qaldıran geniş etirazlardan sonrakı mərhələdə hakimiyyət və müxalif qüvvələrin yeni vəziyyətlə necə uyğunlaşa biləcəklərini dəyərləndirib. Taha Kirmaninin sözlərinə görə, etirazlardan sonra yaranan siyasi reallıq həm hakimiyyətin yeni nəslin suallarını cavablandıracaq vəziyyətdə olmadığını, həm də klassik müxalifətin bu nəslin etirazını yönləndirməkdə yetərsiz olduğunu göstərdi: “İranda klassik mənada siyasi davranışlarda passiv hesab edilən qüvvələr və ya qruplar bu etirazlarda son dərəcə aktiv bir şəkildə meydanda oldular və bu da etirazların kimliyini müəyyənləşdirdi. Bunun təsiri ikitərəfli idi. Bir tərəfdən, hakimiyyətə qarşı yeni bir etiraz modeli və yeni etirazçıların varlığını gördük. Digər tərəfdən də klassik müxalifəti ümumi mənada yenidən dizayna məcbur edəcək bir müxalifətin formalaşdığını gördük”. Kirmani hesab edir ki, artıq İranda nə hakimiyyət nə də müxalifət öz varlıqlarını öncəki siyasi modellər əsasında sürdürə bilməyəcəklər: “İranda iqtidar-müxalifət savaşı kəsinliklə etirazların öncəsindəki vəziyyətə qayıtmayacaq. Hər iki tərəfin - həm hakimiyyət, həm müxalifətin  öz varlıqlarını sürdürə bilmələri üçün öncəki modellərlə yürümələri imkansızdır. Artıq yeni addımlar atıb və yeni mövqelər əldə etmələri zəruridir”.

İran məhkəmə sistemi küçə etirazlarının azalması ilə birlikdə Əli Xameneyinin “əfv sərəncamı” əsasında “şəraitə uyğun olan” bəzi məhbusları həbs müddətləri başa çatmadan sərbəst buraxmaya başlayıb. Taha Kirmaninin sözlərinə görə, hökümət bu addımla nəzarətin əlində olduğu görüntüsünü vermək istəyir: “İran İslam Cümhuriyyətinin son illərdə hər növ etirazla bağlı reaksiyasına baxdığımızda xalqın istəyi qarşısında geri oturmamaq kimi bir xarakteri var. Bu tip məsələlərdə xalqın istəyinə boyun əyməyi zəiflik kimi dəyərləndirir. Ona görə, çalışır ki, belə addımlarını güc mövqeyində olduğu zaman atsın. Yəni, tam bu zamanda ki, küçələrdə etiraz dalğası ciddi mənada yenib, bu addımı zəfər və uğur kimi, güc nümayişi kimi cəmiyyətə göstərir... Bir də ki, bu etirazlara qatılan yeniyetmələrə “mən sizin xətanızı görməzdən gələ bilərəm” mesajını verməyə çalışır”. Kirmani müxalifət sıralarındakı vəziyyətə diqqət çəkərək deyir ki, son etirazlara baxanda, klassik müxalifətin işin buraya gəlməsində nə bir planı, nə də belə bir potensialı var idi: “Etirazların bu dərəcədə ümumiləşməsi klassik mənada müxalifətin cəhdləri ilə olmadı. Əlbəttə ki rolları var idi, ancaq, bunu deyə bilmərik ki, müxalifət bir proses başlatdı və nəticəsində bu etirazlar meydana gəldi”. Ekspert İranda müxalifət qüvvələrinin əvvəlki siyasi modellər ilə yeni nəsil etirazçıları yönləndirə bilməyəcəklərini vurğulayır: “O klassik müxalifət ortaya çıxan bu etiraz qüvvəsini cəlb etməyə çalışır. Çünki, meydanda daha öncə görünmədiyi qədər şəxs var, keçmiş etirazlarda aktiv olmayan yeni nəsil, yeni kütlələr var. Müxalif qüvvələr bundan pay qoparmağa çalışır. Ancaq yeni nəslin istəkləri keçmişdəki klasik siyasi müxalifət tərifi ilə cavablanmır. Bu, dünyanın bir çox yerinə belədir. Yeni nəslin istəklərinə köhnə üsullar ilə cavab axtarmaq imkansızdır. Bunu nə hakimiyyət edə bilir nə də müxalifət... Nə hakimiyyət belə göstərməlik bir əfv ilə xalqı razı salıb evinə göndərə bilər, nə də klassik müxalifət yaranan bu istəkləri və bu cəmiyyəti yönləndirib və istədiyi yerə götürə bilər”. Digər siyasi şərhçi Yunus Şamili müxalif qüvvələr arasında mümkün ittifaqlara diqqət çəkərək deyir ki, İran müxalifətində ittifaqlar və fərqli siyasi blokların yaranması ölkənin gələcəyi üçün arzu edilən siyasi alternativ əsasında olmalıdır: “Bu gün qurulan ittifaqlar gələcək üçün arzu edilən siyasi sistem və ya siyasi alternativ əsasında qurulmalıdır. İranın gələcəyi üçün forma olaraq üç alternativ meydandadır: şahlıq, cümhuriyyət və federal cümhuriyyət. Amma məzmun və içərik olaraq iki alternativ var: təmərküzləşən sistem və təmərküzləşməyən sistem. Ona görə, bu gün İran rejimini devirmək istəyən qüvvələrin iki bloka ayrılması lazımdır. Birisi, təmərküzləşən bir siyasi sistem istəyənlər, ikincisi təmərküzləşməyən sistem istəyənlər bir araya gəlməli və İran rejiminin devrilməsində rol oynamalıdırlar. Bu iki blok, yeri gələndə taktiki ittifaqlarla bəzi işlər görə birlərlər. Amma bir arada olmaları böyük yanlışlıq olar və böyük xətalara, hətta toplumda şübhələrə yol aça bilər”. Başqa siyasi fəal Mahmud Bilgin “Amerikanın Səsi”nə müsahibədə digər maraqlı məqamlara diqqət edir: “Xoy zəlzələsində Azərbaycan Milli Hərəkatı bütün varlığı ilə ortada oldu. Türklər hər yerdə, özəlliklə Azərbaycan bölgəsində səfərbər olub və böyük bir birlik ortaya qoydular. Bu çox sevindirici idi ki, bizim millətin potensialı özünü göstərə bilir. Fikirləşin ki, Qaşqay türklərindən, Qəzvindən, hətta Kürdüstan vilayətinin türklərindən, Urmiyədən, Təbrizdən və başqa başqa şəhərlərdən yüzlərlə maşın yemək, yorğan və başqa məlzəmələri çatdırmağa başladılar”. O, bu fonda İranda türklərin daha sürətlə bir araya gəldiyini qeyd edir. Mahmud Bilgin müsahibədə həmçinin İranda küçə etirazlarının səngiməsi ilə bərabər ali lider tərəfindən verilən “əfv və cəzaların azaldılması sərəncamı2 haqqında düşüncələrini açıqlayıb: “Bu xüsusda əsas sözü parlamentin sədri Qalibaf dedi. Dedi ki, hakimiyyət metodunu və işlərinin formasını dəyişdirməlidir. Elə bu əsasda, Bəsic qüvvələrinin  imkanlarını artırdılar. Bir tərəfdən də bilirik ki, hakimiyyətin potensialı bundan artıq deyil. Həbsxanalar dolub və əgər yeni bir hərəkat başlasa bunun yeri yoxdur ki, insanları həbs edə. Ona görə, biraz yumşaq gedir və çalışır desin ki, mənim taktikalarım fərqlənib. Bu əsasda da bir çox məhbusu buraxdı”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ