Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyədə zəlzələ bu səbəbdən dağıdıcı oldu - nələr olurmuş…

Image


Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə ölənlərin və yaralananların sayı artmaqda davam edir. Məlumatlara görə, azı 5600 bina çöküb, yıxılan binaların sayı 11300-ü keçib.

Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. Bir çox ölkələr hazırda Türkiyəyə yardım resursları göndərməkdə davam edir. Yardım göstərən ilk ölkə Azərbaycan olub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu qeyd edib: “Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Zəlzələ ilə bağlı köməyə də ilk gələn ölkə Azərbaycan oldu. Hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işləri davam etdirilir”. Nazir Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycanın dərhal Türkiyəyə yardım göstərdiyini qeyd edib. Dövlətlə yanaşı, Bakıda insanlar Türkiyədə zəlzələ qurbanlarına ictimai yardım kampaniyasına başlayıb. Yardım kampaniyasının keçirildiyi Bakıdakı “Doğtaş” mebel mağazasından verilən məlumata görə, minlərlə insan mağazaya on tonlarla zəruri məhsullar - yataq, geyim ləvazimatları, generatorlar, ərzaq məhsulları, təmizlik vasitələri təhvil verib. İnsanlar o qədər çox yardım gətirib ki, mağazanın anbarları bəs etmədiyindən, yardımların ünvanı dəyişdirilərək, Heydər Əliyev adına İdman Konsert Kompleksinə daşınıb. Hazırda yüksəktonnajlı TİR-lar vasitəsilə yardımların Türkiyəyə yola salınması başlayıb. Həmçinin yerli banklarda Türkiyəyə yardım məqsədilə pul vəsaitlərinin toplanması kampaniyası davam etdirilir. Hadisəyə gəlincə, seysmoloqlar bildirir ki, Türkiyə və Suriyada fevralın 6-da baş vermiş 7.8 ballıq zəlzələ bəlkə də bu onilliyin ən dağıdıcı zəlzələsi olacaq. Alimlərin fikrincə, bu zəlzələ Yerin litosferində Anadolu və Ərəbistan tavaları arasında 100 kilometrlik çat yaradıb. Zəlzələnin episentri Türkiyənin Nurdağı şəhərinin 26 kilometrliyində, Şərqi Anadolu çatının 18 kilometr dərinliyində olub. Zəlzələnin zərbə dalğası şimal-şərq istiqamətində hərəkət edərək mərkəzi Türkiyə və Suriyada dağıntılara səbəb olub. Bu da qeyd olunur ki, XX əsr ərzində Şərqi Anadolu çatında çox az seysmik fəallıq müşahidə olunub. ABŞ Geoloji Mərkəzinin məlumatına görə, burada 1970-ci ildən bəri 6 baldan güclü olan yalnız üç zəlzələ baş verib. Amma bundan əvvəl, 1822-ci ildə burda baş vermiş 7 ballıq zəlzələdə təqribən 20 min insan ölüb. Əgər hər il gücü 7 baldan çox olan 20-dən az zəlzələnin baş verməsi nəzərə alınarsa, fevralın 6-da baş vermiş zəlzələ dağıdıcı adlandırıla bilər. London Universitet Kollecinin Risq və Fəlakətlərin Önlənməsi İnstitutunun rəhbəri Coanna Uolkerin sözlərinə görə, 2016-cı ildə mərkəzi İtaliyada baş vermiş 6.2 ballıq zəlzələ 300 nəfərin ölümünə səbəb olmuşdusa, Türkiyə-Suriya zəlzələsi zamanı 250 dəfə çox enerji ayrılıb. 2013-cü ildən 2022-ci ilədək yalnız iki belə güclü zəlzələ qeydə alınıb. Bəs zəlzələ niyə bu qədər güclü olub? Alimlər qeyd edir ki, Şərqi Anadolu çatı zərbə-sürüşmə tipli çatdır. Belə çatlarda bərk qaya tavaları çat boyunca şaquli olaraq bir-birinə doğru hərəkət edir. Bu qarşılıqlı itələmə prosesi bu tavalardan biri sürüşərək üfüqi hərəkətə keçəndə dayanır və zəlzələ törədəcək gərginlik yaradır. Kaliforniyadakı San Andreas çatı dünyanın ən iri zərbə-sürüşmə tipli çatı sayılır və alimlərin fikrincə, burada fəlakətli bir zəlzələnin olacağı gözləniləndir. Türkiyə-Suriya zəlzələsində sınma nisbətən dayaz qatlarda baş verib.

Britaniyadakı Açıq Universitetinin planetar geologiya alimi Deyvid Rotberi bildirir ki, episentri dayazda olan zəlzələlər yer səthi üçün daha dağıdıcı olur. Başqa sözlə, bu gücdə zəlzələnin episentri daha dərində olsaydı, bu qədər dağıntı yaratmazdı. Türkiyədə birinci zəlzələdən 11 dəqiqə sonra 6.7 ballıq ard zərbəsi olub. Bundan bir neçə saat sonra baş vermiş 7.5 ballıq ikinci zəlzələdən sonra 6 ballıq daha bir ard zərbəsi baş verib. Alimlərin fikrincə, bu, seysmik fəallığın qonşu çatlara yayıldığını göstərir və bu fəallıq hələ bir müddət davam edəcək. 1822-ci ildə baş vermiş zəlzələdən sonra ard zərbələri bir il ərzində davam etmişdi. Məskun ərazilərdə bu gücdə olan oxşar zəlzələlər nəticəsində minlərlə insan tələf olub. 2015-ci ildə Nepalda baş vermiş 7.5 ballıq zəlzələ təxminən 9 min insanın həyatına son qoymuşdu. Britaniya Geoloji Müşahidə Mərkəzindən Rocer Musson Türkiyə-Suriya zəlzələsi qurbanları sayının on minlərlə ola biləcəyini deyir. “College London” Universitetinin seysmologiya üzrə mütəxəssisi Stepfen Hiks bildirib ki, 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7.8 bal gücündə baş verən əvvəlki ən güclü zəlzələ nəticəsində 30 min nəfər ölmüşdü. O da qeyd edilir ki, bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb. Onlardan çoxu öldürücü həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu. İndiki zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirlər. Alimlərin fikrincə, indiki halda soyuq qış havası xarabalıqlar altında ilişib qalanların sağ qalması ümidlərini azaldır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ