Bazar günü günü, 08 noyabr 2026
     

Kremldən Qərbə 3-cü dünya müharibəsi xəbərdarlığı...

Image


NATO Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır. Bunu alyansın hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib. O, Portuqaliyanın “RTP” telekanalına verdiyi müsahibədə qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra alyans Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniyaya əlavə qüvvələr göndərməklə NATO-nun şərq cinahını gücləndirmək qərarına gəlib: “Düşünürəm ki, bu, mövqeyimizin dəyişdiyinə dair ruslara vacib bir siqnaldır: NATO-ya tərəf gəlmək fikirləri olarsa, onlara hazır olduğumuzu nümayiş etdirmək”.

Bu fonda Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında gərginliyin qarşısını alacağına söz verib. O qeyd edib ki, bu, Almaniya hökumətindəki hər kəsin məqsədidir: “Bu müharibədə heç bir NATO ölkəsinin birbaşa iştirakı yoxdur. Bu baş verməyəcək. Buna ciddi yanaşan Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi etməlidir". O bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır, onlar davam etdirilməlidir: “Putinlə yenidən telefon danışığım olacaq, çünki bir-birimizlə danışmalıyıq”. Onun sözlərinə görə, vəziyyətlə bağlı tamamilə fərqli fikirlərə baxmayaraq, belə söhbətlər zamanı ton ədəbsiz olmur. Şolts bu kontekstdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəhşətli və mənasız müharibə adlandırıb: “Bəzən söhbət məhbusların mübadiləsi, taxıl ixracı, “Zaporojye” AES-in konkret məsələlərindən gedirdi. Amma mənim üçün vacibdir ki, söhbət həmişə konkret mövzuya qayıdır – dünya bu dəhşətli vəziyyətdən necə çıxa bilər? Bunun şərtləri bəllidir:  rus qoşunlarının çıxarılması”. Qeyd edək ki, Şolts və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar. Bundan öncə isə  Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putinin qrafiki ilə bağlı razılaşdırılmış danışıqlar yoxdur. Rusiya əvvəlki kimi Qərb texniksının Ukraynaya tədarükündən narazıdır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu xüsusda vurğulayır ki, Ukraynaya zirehli texnikanın və digər silahların tədarükü üçüncü dünya müharibəsinin qarşısını ala bilməyəcək: “Avropada heç kimə lazım olmayan Ukraynanı müdafiə etmək, əgər nəsə baş versə, köhnəlmiş “köhnə dünya”nı qisasdan xilas etməyəcək. İkincisi, əgər üçüncü dünya müharibəsi başlayarsa, təəssüf ki, nə tanklar, nə də döyüşçülər olacaq. Onda mütləq hər şey viran olacaq. Britaniya hakimiyyəti bir daha bəyan edir ki, NATO-nun əlində olan bütün silahlar Kiyevə verilməlidir. Və qırıcı təyyarələr, yüzlərlə tank və uzaqmənzilli raket sistemləri. Guya bu, Rusiyanın genişlənməsinin və yeni dünya müharibəsinin qarşısını almağın yeganə yoludur. Avropanın güc strukturlarında olan axmaqların sayı-hesabı yoxdur”. Məsələni şərh edən britaniyalı ekspert Lorens Fridman bu fonda Rusiyanın nüvə silahına əl ata biləcəyini istisna etmir: “Çoxumuz Rusiyanın müharibəyə də gedəcəyinə şübhə edirdik. Amma bu oldu. Düzdür, Rusiyanın Ukraynadakı ilkin hərbi əməliyyatları da uğurlu olmayıb. Bu, müharibələrin planlaşdırıldığı kimi getməməsinin, məsələn, 2003-cü il İraq müharibəsindən daha yaxşı misalıdır. Çünki 2003-cü ildə İraqda müharibənin hərbi hissəsi ilk vaxtlar plan üzrə getdi. Problem sonrakı gedişatda idi. Bu müharibədə isə onlar heç vaxt sonrakı gedişata gedib çıxa bilmədilər. Kiyevdə marionet hökumətlə nəticələnəcək bir neçə günlük müharibə əvəzinə indi bütün Ukraynanı lərzəyə gətirmiş, Rusiyanın müasirləşməsini on il geri salmış, on minlərlə, bəlkə də 100 mindən çox insanı öldürmüş qanlı müharibəni görürük. Özü də çox cüzi qazanc müqabilində. Rusiyalılar daha çox müharibənin başlanğıcında mənfəət əldə ediblər. Onların da bir hissəsi sonradan itirildi, çünki qazandıqlarını saxlaya bilmədilər. …Əldə etdikləri azsaylı ərazilər də proses gedişində məhv edilib. Buna görə də onların böyük aktivlər ələ keçirdiklərini deyə bilmərik. Ona görə də bu, qeyri-adi dərəcədə faydasız müharibədir. Bəs görəsən, Rusiya nə vaxtsa indi etdiyi səhvlərdən öyrənib “bir daha belə etmək olmaz” deyə düşünəcəkmi?
Hazırda bir çox rusiyalının işlərin nə qədər pis getdiyini, Rusiyanın məqsədlərinin heç birinə çatmadığını, bunun ölkəni illərlə geri atdığını görüb anladığı aydın görünür. Ötən il enerji qiymətlərinə görə iqtisadiyyat ayaqda qaldı. Ancaq indi enerji qiymətləri düşüb, onlar öz bazarlarını itiriblər. Rusiyaya heç bir investisiya getmir. Buna görə də Rusiya indi, sürətindən asılı olmayaraq, iqtisadi tənəzzül dövründədir. Rusiyalıların çoxu da bundan xəbərdardır. Ancaq bir növ ralli effekti var. Bu, insanların xəyanət kimi başa düşüləcək fikirlər səsləndirməsi üçün uyğun atmosfer deyil. Bir də məndə belə bir şübhə var ki, rusiyalıların çoxu inkar halındadır. Düşünürəm ki, Putin üçün problem müəyyən mənada bunu məqsədlərinə çatmadan bitirə bilməməsidir. Məncə, müharibəni bitirmək onun üçün çox çətindir. Çünki müharibəni bitirən kimi ardınca hesablaşma gələcək. Bu müharibənin qiyməti əldə edilənlərlə müqayisə olunacaq. Məncə, hazırda bu, strategiyaya təsir edir. Mənim baş verənlər və onların Baxmutun üzərinə bu qədər amansız getməkləri ilə bağlı izahım ondan ibarətdir ki, onlar hələ də düşünürlər ki, bütün Donetski ələ keçirsələr və Luqanskı əllərində saxlasalar, bu bəs edə bilər. Bu, onların xalqa sata biləcəyi qələbə yerinə işə yaraya bilər. Onların problemi odur ki, ukraynalılar maksimum atəşkəsi qəbul edə bilərlər. Onların suverenliyin dəyişməsi qarşılığında razılaşmayacağı isə dəqiqdir. Praktikada isə bu səni o qədər də uzağa aparmır. Bu, sadəcə o deməkdir ki, mahiyyətcə qeyri-sabit vəziyyətin əlində qalırsan. Ancaq bunun nəticəsində əldə edəcəyin onsuz da elə bu olacaq. O vaxta qədər ki, Rusiyanın hökuməti fərqli olacaq, onun Ukraynaya yanaşması fərqli olacaq”. Ekspertə görə, müharibələrin öyrətdiyi ən sadə dərs ondan ibarətdir ki, onları başlamaq bitirməkdən asandır: “Unutmamalıyıq ki, bu müharibə əslində 2014-cü ildə başlayıb. Ancaq o dayandırılıb. Gələcəklə bağlı problemlərdən biri də odur ki, müharibə yenidən hansısa formada dayandırıla bilərmi. Münaqişənin gələcəkdə hansısa formada dondurulub-dondurulmayacağını bilmirəm. Dondurulmuş münaqişə digər ehtimallar qədər mümkündür. Təzminatlar və müharibə cinayətləri məsələlərinə görə hazırda tam sülh razılaşmasını qeyri-mümkün görürəm. Bu müharibəni bitirmək üçün Moskvada başqa hökumətin olması lazımdır. Ya da Putinin hansısa formada ikinci plana çəkilməsi lazımdır. Hazırda isə bunun hər hansı əlaməti gözə dəymir. Ancaq bu baş verə bilər”. Fridman hesab edir ki, Ukraynanın Rusiya ordusunu ölkədən tam çıxarması Rusiya üçün məğlubiyyət olardı. O bunu qeyri-mümkün hesab etməsə də, hazırda bunun çox çətin olduğunu düşünür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ