Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq. Trend-in məlumatına görə, bunu "Azərbaycan” qəzetinə müsahibəsində I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, bu nüfuzlu yarış üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur.
A.Rəhimovun sözlərinə görə, I Avropa Oyunlarında 291 atlet Azərbaycanı layiqincə təmsil etdi: "Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycan idman sahəsində də Avropada liderlərdən biridir”.
Nazir əlavə edib ki, Yay Olimpiya Oyunlarını keçirmək üçün müəyyən standartlar mövcuddur və bunun təlimatları da var. Ancaq qitədə ilk dəfə keçirilən Avropa Oyunlarının standartları yox idi. Bu standartları Azərbaycan müəyyənləşdirdi: