Cümə günü, 27 noyabr 2026
     

İqtisadçı ekspert : "Ölkəmiz müstəqillik tarıxındə heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi"

Image


"Azərbaycan I Avropa Oyunları kimi möhtəşəm bir idman yarışlarının ev sahiblik etdi. Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropa bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyini inanmasalar da, Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı: qısa zamanda nəinki qədim qitəni, bütövlükdə bütün dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırdı".

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Milli.Az-a açıqlamasında ilk Avropa Oyunlarının ölkəmiz üçün iqtisadi səmərəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanının Avropada ilk dəfə olaraq bu oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi.

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi məhz hazırlıq və eləcə də yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi. Azərbaycan prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyalarının aparılmasına baxmayaraq Azərbaycan xalqınının həmişəki kimi cənab prezidentin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm oyunlarının uğurunun digər səbəbi idi. Siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın dəstəyi və təbii ki, güclü iqtisadiyyat məhz bu uğur zəncirinin əsas tərəfləri idi", - deyə o vurğulayıb.

İqtisadçı ekspert təəssüf hissi ilə bildirir ki, bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman bəzi hallarda, sadəcə, xərcləri cari gəlirlər ilə müqayisə edilirdi. O hesab edir ki, I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli oldu.

"Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər demək idi. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil oldunduğu və artıq geridə qalan müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız iqtisadi qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqram oldu", - ekspert əlavə edib.

Vüqar Bayramov hesab edir ki, artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır. Birinci Avropa Oyunlarının iqtisadi faydalılığını hiss etmək üçün heç də uzun müddət gözləmək lazım gəlmədi. Məhz yarışların keçirildiyi müddətdə kiçik və orta sahibkarlıq daxil olmaqla ölkə iqtisadiyyatının fərqli seqmentləri məhz bu faydalılığı hiss etdilər.

"Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Əslində, turizm sektoru Avropa oyunlarının keçirilməsindən öncə də bu möhtəşəm yarışların təşkilindən ən çox qazanan sahə kimi qiymətləndirilirdi. Turizm üçün sözügedən oyunların təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşli oldu. Əvvəlla, I Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq xaricdə də sözügedən oyunlara marağın yüksək olmasını göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər, təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər, sadəcə, paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhvə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalandı və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir.

Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə bildi", - deyə ekspert əlavə edib.

İqtisadçı Vüqar Bayramov oyunlardan öncə ən çox müzakirə edilən məsələlərdən biri - I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi barədə də fikirlərini bildirib.

"Qitədə ilk dəfə təşkil edilən bu oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu. Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb oldu. Bu isə Avropa oyunlarının ölkəmizdə təşkil edilməsinin maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhvə verməsi kimi qiymətləndirilməlidir. Avropa oyunları keçirilən müddətdə apardığımız monitorinqlər göstərdi ki, bütün valyuta dəyişmə məntəqələrində xarici valyuta bolluğu yaranıb. Bu isə bilavastə möhtəşəm oyunların təşkili nəticəsində ölkəmizə daxil olan valyutanın həcminin artması ilə əlaqədar idi. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirdilər və valyuta bolluğu formalaşdı. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacib idi. Nəticədə, dövlət rezervlərinin milli valyutanın stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalır və dövlət ehtiyatlarının artmasına zəmin yaranır", - o vurğulayıb.

İqtisadçı hesab edir ki, belə bir tədbirin ölkəmizdə keçirilməsindən udan tərəflərdən biri də kiçik və orta sahibkarlıq oldu. I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb formalaşdırdı. Ölkəyə gələn turistlər çox fərqli xidmətlərdən istifadə etdilər.

"Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artmasına səbəb oldu. Apardığımız monitorinqlər göstərdi ki, turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönəldi", - ekspert qeyd edib.

İqtisadçı kiçik və orta sahibkarlar, fərdi iş adamları arasında sorğu keçirdiklərini də söyləyib və bildirib ki, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi onların gəlirlərinin artmasına səbəb olub: "Xidmətə tələb artıb və bu da ümumi dövriyyənin yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün əsas prioritet istiqamət olduğu üçün bu möhtəşəm oyunların təşkilinin əsas iqtisadi hədəflərindən biri məhz bu sektora dəstək idi. Suvener istehsalı və satışı daxil olmaqla çox fərqli məhsulların və xidmətlərin satışını həyata keçirən fərdi sahibkarlar məhz bu oyunların təşkilindən gəlir əldə edən iş adamları oldular".

Onun sözlərinə görə, tək paytaxtda deyil, regionlarda yerləşən və fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri də oyunların ölkəmizdə təşkilindən gəlir əldə edə bildilər. Gələn tursitlərin bir qisminin regionlara səfər etməsi məhz bu imkanın reallaşmasına imkan verdi. Praktik olaraq, birinci Arvopa Oyunları kiçik və orta sahibkarlar üçün həm cari, həm də strateji faydalılıq demək oldu. Strateji baxımdan da sahibkarlıq bu oyunların təşkilindən faydalanmaq imkanı əldə etdi.

"Əslində, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarət idi ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Azərbaycan Formula-1, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda tursitlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz İ Avropa Oyunlarının keçirməklə, əslində, strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabliyyətini artırır və bu da sərmayə qoyuluşların çoxalması baxımdan vacibdir", - deyə o qeyd edib.

Ekspert deyir ki, Avropa oyunlarının ölkəmizdə təşkil edilməsi Azərbaycanın makro-iqtisadi göstəricilərinin, o cümlədən makro-iqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsiri oldu.

"Əvvəlla, sözügedən oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makro-stabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. Üçüncüsü, mövcud infrastrukturun inkişafı, eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir.

Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. İ Avropa Oyunları aspektindən infrastrukturun daha genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artırdı. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, İ Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərir. Yarışların başa çatmasına baxmayaraq, xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Avropa Oyunları vasitəsi ilə Azərbaycanın daha da tanıdılması mümkün oldu. Bu ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər, sadəcə, qısa müddətli dövrü əhatə etmədi, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək", - ekspert bildirib.

Ekspert oyunların 100-dən artıq xarici kanallar vasitəsilə yayımlandığına da diqqəti cəlb edib və bildirib ki, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaratmaqla yanaşı yeni strateji faydalılığın əsasını qoydu.

"Birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici fakt idi. Bu eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində və ölkəmizin artan iqtisadi gücünün nəticəsində mümkün oldu. Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixindən yeni bir mərhələnin başlatmağına imkan verdi", - o vurğulayıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ