Cümə günü, 27 noyabr 2026
     

Avropa Oyunlarından yazan qalib jurnalistlər MOK-da bir araya gəldilər

Image


KİV DF və MOK-un birgə "tarixi müsabiqəsi" bitdi

İyunun 24-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizi təmsil edən və nəticə etibarilə son mükafat qazanan idmançılarla ənənəvi görüş formatı bir qədər yenilənmişdi. Bu dəfə də mükafatlar təqdim edildi, ancaq idmançılara deyil, media mənsublarına.
Tədbirin bütün dekorasiyası əvvəlki qaydada saxlanmışdı. Həttə ənənəvi olaraq "Lider" televiziyasının canlı yayımı da öz işini davam etdirirdi. Tədbir başlamazdan əvvəl ölkənin tanınmış media orqanlarının rəhbərləri görünməyə başladı. Sanki bir qanunauyğunluq yaşanırdı. Bu tədbirin keçirilməsi əvvəlcədən planlaşdırılmışdı. Elə bil idmançılarımız da bugünkü zəfəri jurnalistlərə ərməğan etmişdi. İlk dəfə idi ki, məhz bu gündə qalib idmançı yox idi. Tədbirin aparıcısı da qeyd etdi ki, bir gün əvvəl idmançılarımız böyük uğurlara imza atıb və zəfər davamlı olacaq. Xüsusilə də boksçularımızın artıq medal əldə etdikləri, yalnız qazanılacaq medalların əyarını müəyyən etmək ərəfəsində olduqları diqqətə çatdırıldı.
Beləliklə, tədbirin mahiyyəti elan edildi.
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) birgə elan etdiyi "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına başlandı.
MOK-un inzibati binasında təşkil olunan tədbirdə qurumun baş katibi Ağacan Abıyev, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Olimpiya çempionu Zemfira Meftəhəddinova, media kapitanları və digərləri iştirak edirdi.
Əvvəlcə söz musiqiyə verildi. Tanınmış müğənni Ayan Babakişiyeva öz ifasını təqdim etdi.
İlk çıxışı KİV DF-nin icraçı direktoru Vüqar Səfərli etdi. O bildirdi ki, tarixdə ilk dəfə keçirilən İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması bütün dünyanın diqqətini ölkəmizə yönəldib: "Azərbaycanda böyük idman bayramı keçirilir. İlk Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasından qürur duyuruq. Bu tarixi hadisənin əhəmiyyətini ictimaiyyətə çatdırmaqda media nümayəndələri böyük rol oynayır".
KİV DF-nin icraçı direktoru daha sonra qeyd etdi ki, elan olunan müsabiqənin məqsədi I Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır: "Müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. 6 jurnalist əsas, 10 media nümayəndəsi isə həvəsləndirici mükafata layiq görülüb. I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat, həvəsləndirici yer (10 nəfər) üçün isə 150 manat məbləğində mükafat nəzərdə tutulub".
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev isə İlk Avropa Oyunlarında idmançılarımızın uğurlu çıxışından, Oyunların ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, qalib idmançılarımızı və yazı müsabiqəsinin mükafatçılarını təbrik etdi.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov I Avropa Oyunlarının ölkəmizdə yüksək şəkildə təşkil edildiyini, Azərbaycanın Oyunların dünya tarixində yeni səhifə yazdığını bildirdi. O belə möhtəşəm idman tədbirinin əhəmiyyətinin ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin əvəzsiz rol oynadığını qeyd etdi: "İdmançılarımız qələbələrilə bizi sevindirirsə, həmin qələbələri dünyaya çatdıran sizlər olursunuz. Buna görə də mən hər birinizə təşəkkürümü bildirirəm".
Mətbuat Şurasının sədri Əflatun Amaşov İlk Avropa Oyunlarının ölkəmizdə keçirilən ən böyük idman yarışı olduğunu, bütün xalqımızın bu Oyunların keçirilməsinə dəstək verdiyini dedi. O, I Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurla çıxış etdiklərini vurğuladı. Ə.Amaşov bu istiqamətdə yazı müsabiqəsinin önəmliliyindən danışdı və qalib jurnalistləri təbrik etdi: "Bu, eyni zamanda, jurnalistlərin peşəkarlaşmasına xidmət edir. Əminəm ki, Avropa Oyunları zamanı təcrübə toplayan həmkarlarımız üçün təcrübə baxımından Azərbaycanda keçiriləcək digər idman yarışlarını işıqlandırmaq daha asan olacaq".
Sonra müsabiqənin qalibi olmuş jurnalistlərə müvafiq olaraq qələbə mükafatı və həvəsləndirici mükafatlar təqdim edildi. Qeyd edək ki, keçirilən bu müsabiqədə birinci yeri "Bakı-Xəbər" qəzetinin əməkdaşı Vaqif Cəliloğlu tutub.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ