Cümə günü, 27 noyabr 2026
     

Alman xalqı Azərbaycan xalqına da borcludur

Image


Görün bizə kimlər dərs verir? Görəsən bunlar boşboğazlığın altından imza qoymazdan əvvəl, bir anlıq da olsa, keçmişlərini yada salırlarmığ İnanmıram! Onlar öz keçmişlərini çoxdan unudublar və ancaq «gələcəyə» baxırlar... Elə bu səbəbdən də onlarla onların anlaya biləcəyi dildə və həm də keçmişlərini başlarına vura-vura danışmaq lazımdır... Xatırlatmaq lazımdır ki, bəşər tarixinin qara səhifələrinin, nəinki insanın haqları ilə, həm də insanın özü ilə vandalcasına davranmanın ən eybəcər nümunələrinin müəllifi məhz onlardır. Açıq danışmağın zamanıdır!

Bundestaqda oturan cənab deputatlar və xanım Merkel!
Sizin Azərbaycana qarşı ədalətsiz və bütün normalardan kənar münasibətiniz cəmiyyətimizdə təkcə sizlərə deyil, bütövlükdə alman xalqına qarşı nifrət hissi yaradacaq qədər təhlükəli və ziyanlıdır. Yenicə öz müstəqilliyinə qovuşmuş və demokratik cəmiyyət qurmağa çalışan, beynəlxalq aləmdə öz müstəqil siyasətini aparmaq istəyən bir dövlətə bu qədər basqılar əxlaq və etikadan kənar davranışdır. Görünür, bu addımları atanda nə keçmişiniz, nə də keçmişdəki əməlləriniz barədə düşünürsünüz. Düşünsəydiniz, tarixin silinməz faciəvi mərhələlərinin banisi olduğunuzu xatırlayıb 24 yaşlı gənc bir ölkənin üstünə hikkə dolu iddialarınızla şığımazdınız, ədalətsiz və qərəzli münasibət göstərməzdiniz.
***
Tarix boyu bütün dünyaya mədəniyyət dərsi verməyə çalışmısınız. Amma tarix öz yaddaşına bunun əksini yazıb. Təkcə XX əsrin birinci yarısında törətdiyiniz cinayətləri nə tez unutdunuzğ Nə tez unutdunuz ki, mənsub olduğunuz alman xalqı keçən əsrin 30 ildən artıq bir dövründə iki böyük bəşəri cinayətin altından imza atıb. Bu cinayətlər nəticəsində - bir və ikinci cahan müharibələrində həyatını itirən insanların sayı 50 milyonu keçib... Bu cinayətin müəllifləri bizim deyil, sizin atalarınız, babalarınız olub. Əgər kimlərsə etika xatirinə bunu bütövlükdə alman xalqının deyil, bir neçə şizofrenikin ayağına yazırsa, siz çox gözəl bilirsiniz ki, bu belə deyil! Bu cinayətlər bilavasitə alman xalqının bəşəriyyət qarşısında törətdiyi cinayətlərdir!!! Siz yəhudiləri, qaraçıları məhv etmək planını ortaya qoyan və bunu reallaşdıran millətin nümayəndələrisiniz. İndi siz hansı haqla «demokratiya»dan, «insan haqlarından» danışırsınızğ İnsanların haqqını onların özləri ilə birlikdə konslagerlərdə od vurub yandıran sizlər deyilsinizmi? Əlli milyondan artıq insanın məhvinə nail olmuş bir millətin nümayəndələrinin insan haqlarından, söz azadlığından, hansısa dəyərlərdən danışmağa üzü olmalıdır axı... İnsanları diri-diri yandırmış, milyonlarla günahsızı işgəncələrlə məhv etmiş bir millətin günümüzə gəlib çıxmış təmsilçiləri başqa millətlərə humanizmdən dərs keçməyə haqlı ola bilərmi? Tarix sizə başınızı dik tutmaq haqqını verməyib. Siz bəşəriyyət qarşısında borclu bir millətin nümayəndələri kimi dünya durduqca başınızı yerə dikməlisiniz. Məgər təkcə yəhudilərəmi qan uddurmusunuz? Bəlkə elə düşünürsünüz ki, İsrailə ödədiyiniz soyqırım bədəli ilə günahlarınızı yumuş hesab olunursunuz? Yox, qətiyyən belə deyil. Siz hətta azərbaycanlılara da borclusunuz. Hər iki dünya müharibəsində həyatın itirmiş insanların nəvə-nəticələrinə də təzminat ödəməli, onlardan da üzr istəməlisiniz.
***
Azərbaycanda insan haqlarının pozulmasından, söz azadlığının olmamasından «rahatsızlıq» ifadə edirsiniz. Kimlərəsə «siyasi məhbus» statusu verir və onların guya müdafiəçisi kimi Azərbaycan dövlətinə təzyiq göstərməyə çalışırsınız. Hələ üstəlik, Avropa Məhkəməsi vasitəsilə bəzilərinin hüquqlarını da «bərpa» edirsiniz. Bəs sizin bir millət kimi törətdiyiniz cinayətlərin cavabını kim verəcək? Babalarınızın məhv etdiyi milyonlarla insanın ailə üzvlərinə kim təzminat ödəyəcək? Bu gün Azərbaycanda az adam tapılar ki, atası-babası Böyük Vətən Müharibəsində iştirak etməsin. Babalarınızın öldürdüyü babalarımıza görə kiməsə təzminat ödəmisinizmi? Kimdənsə üzr istəmisinizmi? Azərbaycanda hansısa müharibə veteranının əlindən öpüb demisinizmi ki, bizi bağışlayın, babalarımız sizin gəncliyinizi əlinizdən alıb, arzularınızı məhv edib, rahat yaşamaq haqqından mərhum edib? Deməmisiz! Gəlib qarşımızda baş əyib bağışlanmağınızı istəməmisiniz. Unutmayın, Hitlerin cinayətlərinin qarşılığında İsrailə təzminat ödəməklə faşist Almaniyasına görə məsuliyyət daşıdığınızı dolayısı ilə etiraf etmisiniz və deməli, babalarını öldürdüyünüz bütün insanlara, başladığınız müharibələrə məcburən cəlb olunmuş bütün xalqlara da borclusunuz. Özünüzü hamıdan ağıllı, hamıdan mədəniyyətli və insanpərvər göstərməyə çalışmayın. İnsanların görmə qabiliyyəti zəifləyə bilər. Fəqət, tarixin gözü həmişə görür!
***
Sizə Azərbaycanda «insan haqları», «söz və mətbuat azadlığı», «demokratiya» kimi dəyərlər gərəkli deyil. Sizə Cənubi Qafqaz regionunun bütün mənalarda zəngin ölkəsi olan Azərbaycanı öz təsir dairənizdə saxlamaq lazımdır. Coğrafi cəhətdən nə qədər uzaqda olsanız da, gözünüz həmişə bizim torpaqlarda olub. Elə ulu babanız Hitler də öz ad günündə keçmış Sovetlər Birliyinin xəritəsi şəklində hazırlanmış tortun yalnız bir hissəsini yemək istəmişdi ki, o da Azərbaycanın ərazisi idi...
İslam amili sizi və bütün Avropanı rahatsız edir. Bütün müsəlmanları terrorçu kimi təqdim etməkdə də haqsızsınız. İslam dəyərləri əsl ümumbəşəri dəyərlərdir və Azərbaycan bunun belə olduğunu tolerantlıq və multikulturalizm prinsiplərinə söykənən yeni dövlətçilik modeli sərgiləməklə hər kəsə sübut edir. Bizi daha böyük uğurlara aparan qatar çoxdan yola düşüb və o öz mənzilinə doğru sürətlə irəliləyir, onu dayandırmaq eyni cinslilərin nikahına əl çalan, bunu demokratiyanın və insan haqlarının təntənəsi kimi göstərməyə çalışan sizlərin gücündə deyil. Gənc bir dövlətin müstəqil siyasət yürütməsini, sürətlə inkişaf etməsini bu qədər qısqanclıqla qarşılamaqla heç nəyə nail ola bilməyəcəksiniz. Yaxşı olardı ki, bunun əvəzində bəşəriyyətə bəxş etdiyiniz iki böyük cinayəti hər rübdə bir dəfə Bundestaqda müzakirəyə çıxarıb, məhvinə fərman verdiyiniz insanların yaxınlarına, qohumlarına ödəməyə borclu olduğunuz təzminatlar barəsində düşünəsiniz...
***
İnsan haqlarından ağız dolusu danışarkən, əsassız və qərəz dolu bəyanatlar verərkən, tarixin yaddaşında əbədi qalacaq ölüm düşərgələrini, qaz kameralarını, insan orqanizmi üzərində ağlasızmaz dəhşətli tədqiqatların aparıldığı laboratoriyaları, babalarınızın «Lebensunwertes Leben» adlandırdığı günahsız insanları xatırlayın. Unutmayın ki, əsrin əvvəlində milyonlarla insanın boynundan «YAŞAMAQ HAQQI OLMAYAN» lövhəsi asdıran məhz siz olmusunuz. İctimai nəqliyyatda biletsiz hərəkət edən sərnişinləri yerindəcə güllələmək kimi insanlığa sığmayan təcrübənin də müəllifləri biz deyilik...
Fikrət Yusifov,
«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ