Cümə günü, 13 noyabr 2026
     

Digah kəndinin yeni massiv sakinləri fəlakət içində - uşaqlar məktəbə gedə bilmir, “köçüb qohumlargildə yaşayırıq”...

Image


Abşeronun orta əsr kəndlərindən biri olan Digah (yerli camaat kəndi Dügah adlandırır - İ.S.) böyük bir qəsəbəyə çevrilib. Öz adət-ənənəsi, yaşam tərzu, xüsusi şirin ləhcəsi olan Digah camaatı kənddəki maddi-mədəni abidələri, adətləri, dəyərləri qorumaqdadır.

Digah sözünün mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Biz isə sözün etimiologiyası ilə bağlı daha çox səsləndirilən iki mülahizənin üzərində dayanmaq istəyirik. Etnoqraf və tarixçi-alimlər hesab edirlər ki, Digah sözünün bir mənası “yüksək suvarılmayan yer”, ikinci mənası isə “iki təpə arasında yer, məkan, kənd”dir. Hazırda ərazisi 417 hektar, əhalisi isə 4656 nəfər olan Digah

Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbədir və qeyd etdiyimiz kimi, Abşeron yarımadasında yerləşir.

Onu da bildirək ki, Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi, Digah kəndinində tarixi tam öyrənilməyib və bu kəndin tarixinin, etnoqrafiyasının dərindən öyrənilməsinə ciddi ehtiyac var.

Buna baxmayaraq, bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göl də, digər abidələr də mövcuddur. Qeyd edilənə görə, kəndin əsasını tərəkəmə türk tayfasından olan insanlar təşkil edib, bu gün orada yaşayan yerli sakinlər də tərəkəmələrin törəmələridir. Alimlərin qeyd etdiyinə görə, sonrakı dövrlərdə isə kəndə müxtəlif ərazilərdən, o cümlədən, Cənubi Azərbaycandan insanlar köçüb gəlib. Hazırda Digahda qədim türk tayfalarından biri olan Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri də aşkar olunub və bu da kəndin tarixinin daha qədim olduğunu sübut edən amillərdən biridir.

Tarixçilər vurğulayırlar ki, Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Digah kəndi də 1918-ci ildə erməni işğalçılarının hücumuna məruz qalıb və bu da kəndin viran qoyulması ilə nəticələnib. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun əsgərlərinin Digaha da daxil olması nəticəsində ərazi ermənilərdən təmizlənib. Onu da bildirək ki, Digahda doyüşən türk şəhidlərimizin qəbirləri hələ də qalmaqdadır və hətta onların məzarları üzərində abidə də ucaldılıb.

Qeyd edək ki, Digah kəndi hər zaman kinematoqrafların da diqqətini çəkib və müxtəlif filmlərin müəyyən kadrları bu kənddə lentə alınıb. Məlumatlara görə, 1986-cı ildə Cəlil Məmmədquluzadənin əsəri əasında çəkilən “Qəm pəncərəsi” filminin bir neçə səhnəsi Digahda lentə alınıb.

Digahdan yazmağımız, onun tarixi ilə bağlı qısa arayış verməyimiz təsadüfi deyil. Böyük tarixə malik və müasir dövrün tələblərinə uyğun inkişaf etməli olan Digahın yol infrastrukturu və kanalizasiya sistemi normal vəziyyətdə deyil.

  • “Ümid edirəm ki, sizin qəzet vasitəsilə bizim problemlər əlaqədar qurumlara çatacaq və onlar bu istiqamətdə işlər görəcəklər”

Digah qəsəbəsi, Xətai küçəsində yaşayan sakinlər “Bakı-Xəbər”ə müraciət edərək yolların bərbad olmasından və kanalizasiya xəttinin olmamasından şikayətləndilər. Öz adından və qonşular adından redaksiyamıza müraciət edən sözügedən ünvanın sakini Gülnarə Cəbiyeva bizimlə söhbətində bildirdi ki, Digahın son illər salınan məhəlləsində yaşayırlar. Digahın mərkəzində yolun normal olduğunu deyən G.Cəbiyevanın sözlərinə görə, yeni məhəllədə sakinlər əməlli-başlı problem yaşayırlar. Yağış yağan kimi yolların gil-palçıq olduğunu deyən G.Cəbiyevanın sözlərinə görə, bu da uşaqların məktəbə normal şəkildə gedib-gəlməsinə ciddi əngəl törədir. Həmçinin, işə gedən sakinlər də əməllicə problem yaşayırlar. G.Cəbiyeva qeyd etdi ki, məktəb onların yaşayış yerlərindən xeyli uzaqda yerləşir və uşaqların məktəbə getməsi üçün çətinliklər var. “Biz 2002-ci ildə Digahda salınan yeni yaşayış yerinə köçmüşük. Biz bura gələndə qonşuların sayı elə də çox deyildi, amma ilbəil burada əhalinin sayı artır. Bu gün yeni salınan yaşayış ərazisinin özü əməlli-başlı bir qəsəbəyə çevrilib. Bizim nə qaz, nə işıq, nə də su ilə bağlı heç bir problemimiz yoxdur. Onlar qaydasındadır. Əsas problemimiz məktəb, yol infrastrukturu və kanalizasiya sisteminin olmaması ilə bağlıdır. Bir az yağış yağan kimi yollarda yerimək, hərəkət etmək müşkülə çevrilir. Kanalizasiyanın olmaması da problemlər yaradır. Məktəb və uşaq bağçası bizim yaşayış yerindən uzaqda yerləşdiyi üçün, uşaqları məktəbə, bağcaya aparmaq üçün əməlli-başlı əziyyət çəkirik”.

G.Cəbiyeva bildirdi ki, problemin həlli üçün sakinlər yerli bələdiyyəyə və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər, lakin bələdiyyədən onlara “biz camaatdan pul yığa bilmirik, pulumuz olmadığı üçün, bu problemi həll edə bilmərik”, İcra Hakimiyyətindən isə “probleminiz həll ediləcək” deyilib, lakin 1 ildən artıqdır hələ də Digah qəsəbəsinin Xətai küçəsində yaşayan sakinlərinin problemlərinin həlli istiqamətində heç bir addım atılmayıb.

G.Cəbiyevanın sözlərinə görə, Digahın yeni salınan yaşayış ərazisinin yollarının asfaltlanması, kanalizasiya sisteminin qurulması əraziyə turist axınının baş verməsinə böyük şərait yarada bilər. “Bizim yaşadığımız ərazi Yanardağa lap yaxındır. Bilirsiniz ki, Yanardağ qoruğu da turistlərin ən çox maraq göstərdiyi obyektlərdən biridir. Yollarımız asfaltlansa, kanalizasiya sistemi düzəlsə, turistləri bura da cəlb etmək olar.

Yollar çal-çamır olduğu üçün, kanalizasiya olmadığına görə burada yaşamaq çox çətindir. Çox zaman gedib şəhərdəki qohumların evində qalırıq, əsasən də yağmurlu havalarda. Suyun, palçığın əlindən günlərlə evdən çölə çıxa bilmirik. Bu amil, yenə də deyirəm, uşaqların da məktəbə getməsinə əngəl törədir. Ümid edirəm ki, sizin qəzet vasitəsilə bizim problemlər əlaqədar qurumlara çatacaq və onlar bu istiqamətdə işlər görəcəklər” - deyə G.Cəbiyeva bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ