Cümə günü, 13 noyabr 2026
     

Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi...

Image


“Bakı-Xəbər” qəzetinin redaksiyasına müraciət edən Azərbaycan vətəndaşı Məmmədov Vəli Murtuz oğlu orqan transplantasiyası əməliyyatı edən tanınmış cərrah Mircəlal Kazımidən şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə, cavan yaşda olan qardaşı oğlu Məmmədov Murtuz Yasif oğlu məhz həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Vəli müəllim səhlənkarlığa hansı həkim tərəfindən yol verildiyini media müzakirələri və prokurorluğun araşdırmaları ilə üzə çıxaracağını bildirir. Mircəlal Kazımi və onun məsləhəti ilə müraciət edilən bir qrup həkimlərin müdaxilə və müayinəsindən sonra Məmmədovların başına gəlmiş müsibətlə bağlı təfərrüatın əks edildiyi ətraflı müsahibəni təqdim edirik:

- Özünüzü təqdim edin.

- Məmmədov Vəli Murtuz oğlu, Bakıda Bakıxanov qəsəbəsi 2/6, mənzil 30-da yaşayıram.

- Şikayətiniz nə ilə bağlıdır?

- Qardaşım oğlu Məmmədov Murtuz Yasif oğlu qara ciyərində olan xəstəlikdən əziyyət çəkirdi. Biz bununla bağlı müracət etdik Mərkəzi Gömrük Xəstəxanasında fəaliyyət göstərən Mircəlal həkimə. Çox get-gəldən sonra bu ilin may ayının 21-nə əməliyyat təyin edldi. Əməliyyatdan əvvəl Mircəlal həkimlə bizim çoxlu söhbətlərimiz oldu, analizlər verildi, yalnız bundan sonra əməliyyat təyin olundu. Çünki müayinələrdən sonra məlum oldu ki, xəstənin qara çiyəri, demək olar ki, funksiyasızdır. Mircəlal həkim onu əməliyyat edəndən sonra orda 21 gün yatdı. Sonra tam yaxşı olduğu qənaətinə gəldikləri üçün onu evə buraxdılar.

- Sonra xəstə müayinə olunmurdu?

- Olunurdu, demək olar ki, hər həftə ondan analizlər görtürülürdü. Həkim deyirdi ki, həmin analizləri harda istəyirsiniz verin, təki bizə sərf edən qiymət olsun. Biz hər həftə verilən analizlərin cavablarını Mircəlal həkimə göstərirdik. O da deyirdi ki, nəticələr əladı, xəstə irəli gedir.

- Bəs xəstə realda sizə necə təsir bağışlayırdı?

- İnsafla danışmalıyıq. Xəstə əməliyyatdan sonra çox yaxşı idi. İki ay yarıma qədər olan müddəti çox normal oldu. Hətta özü öz ayağı ilə gedib analizlər verirdi.

- Xəstənin neçə yaşı vardı?

- 39 yaşı vardı.

- Bəs sonra nə oldu ki, xəstə dünyasını dəyişdi?

- Bir müddət sonra xəstənin öd yolunda problem yarandı. Mircəlal həkim onu göndərdi Rəfael Hüseynov adlı həkimin yanına. Dedi ki, ona stend qoyulacaq, problem həllini tapacaq. Rəfael həkim xəstəyə “Diaqnoz” klinikasında baxmışdı. Ancaq dedi ki, aparatlar olmadığı üçün əməliyyatı Milli Onkologiya Mərkəzində edəcək. Rafael həkim də dedi ki, stend qoyub, ancaq dar hissəyə girməyə qorxub. Sonra Mircəlal həkim bizi göndərdi Ağakişi Yəhyayev adlı həkimin yanına. Həmin həkim də Diaqnostika Mərkəzndə çalışır. Birinci dəfə mən xəstə ilə birlikdə getmədim. Ancaq rəhmətlik mənə dedi ki, Ağakişi həkim ilk andan onunla çox hörmətsiz rəftar edib. Səhər saat 9-dan günorta 14-ə qədər xəstəni orda saxlamışdı. Məndə olan məlumata görə, Mircəlal həkimlə onun arasında müqavilə də var. Yəni belə problemlər yarananda Ağakişi həkim onu ödənişsiz aradan qaldırmalıdır. Məhz buna görə belə qənaətə gəlirəm ki, yəqin biz ona pul ödəmədiyimiz səbəbindən xəstə ilə belə soyuq rəftar olunub.

Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi...

Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi...

- Ağakişi həkim mərhumu əməliyyat edib?

- Bəli, edib. Murtuzun özünün dediyinə görə, həkim çox çətinliklə iki dəfə həmin yerə girməyə cəhd edib, ancaq alınmayıb. Üçüncü cəhddən sonra isə girə bilib. Məhz həmin əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşməyə başladı. Bilmirəm, bəlkə nəyisə zədələdi həmin vaxt, buna görə belə oldu? Xəstənin həmin əməliyyatdan sonra gecəsi-gündüzü olmadı. Ağrılar onu çox narahat edirdi. Əməliyyatdan sonra biz xəstə ilə getdik Mircəlal həkimin yanına. Mən ona etiraz edib dedim ki, bizi niyə belə bir adamın yanına göndərib? Çünki onun xəstə ilə rəftarı heç insani münasibət çərçivəsinə sığmırdı.

- Sonra nə oldu?

- Sonra xəstədə qanaxma başladı. Ona katetr qoymuşdular. Ordan qan gəlirdi. Sonra Mircəlal həkim bizi yerləşdirdi “Xətai” metrosu tərəfdə olan “Mediland” klinikasına. Orda Qulam adlı həkim başladı bunu müalicə etməyə. Soruşduq ki, niyə əməliyyat olunduğu xəstəxanaya yerləşdirmirsiniz? Mircəlal həkim dedi ki, burda qiymətlər bahadı, Qulam həkim sizə güzəşt edəcək. Orda 9 gün müalicə getdi və qanaxma dayandı. Dedilər yaxşıdı, buraxdılar evə. 2-3 gündən sonra qanaxma yenə başladı. Təzədən apardıq Qulam həkimin yanına. Üç dəfə bu hal təkrar olundu. Nəhayət, elə Qulam həkimin yanında dünyasını dəyişdi. - Xəstənin dünyasını dəyişdiyi tarixi dəqiq deyə bilərsinizmi? - Bu ilin sentyabr ayının 16-da rəhmətə gedib. Əməliyyatla dünyasını dəyişməyi arasında təqribən 4 ay vaxt oldu. - Bütün bu dediklərinizə nə qədər maddi məsrəfiniz çıxıb? - 40 min manat ödəmişik Mircəlal həkimin çalışdığı Gömrük Xəstəxanasına, 1000 manat ödəmişik Rəfael Hüseynovun xəstəxanasına.

- Axı dediniz ki, həmin həkim heç nə etməyib...

- Təəssüf ki, belədi, depozitə pul qoymasan baxmırlar. Hətta nəsə eləməsələr belə, həmin pulu qaytarmırlar. Ağakişi həkimə də ödəniş etmişik. Analizləri də qatsaq, 60 minə yaxın xərcimiz çıxıb. Mən yalnız çeklərdə öz əksini tapan qiyməti deyirəm. Elə xərclər olub ki, onu heç rəsmiləşdirməmişik.

- Vəli müəllim, niyə rəhmətə gedənin valideynləri deyil, məhz əmi kimi siz bu şikayəti edirsiniz?

- Çox sağ olun. Elə bu sualı sizdən gözləyirdim. Onun, demək olar ki, ən yaxın adamı mənəm. Çünki rəhmətə gedənin atası, yəni mənim qardaşım 1989-cu ildə dünyasını dəyişib. Qardaşım hərbçi zabit idi. Gəncədə keçirilən hərbi təlim zamanı xidməti avtomobili aşmışdı, nəticədə qardaşım dünyasını dəyişib. Bu uşaqları mən böyütmüşəm. Ailədə iki bacı, bir qardaş olublar.

- Danışdıqlarınızdan belə nəticəyə gəlmək olar ki, burda bir həkimin səhlənkarlığı olmayıb. Daha çox hansı həkimi günahkar sayırsınız?

- İnsafla danışanda mən başlıca səhlənkarlığı Ağakişi həkimdə görürəm. Ancaq mütəxəssis olmadığımız üçün deyə bilmərik ki, Mircəlal Kazımi həmin əməliyyatı hansı peşəkarlıqla həyata keçirə bilib. Bəlkə elə onun səhlənkarlığı ucbatından bu olub. Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi...

Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi...

- Hətta başqa həkimlərin günahı olsa da, sizi onlara Mircəlal həkim göndərib. Elə deyil?

- Bəli, elədi. Hətta mənə deyirlər ki, bunlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Yəni bir-birinə “pas” ötürürlər. Mircəlal həkim bu üsulla dostlarına da pul qazandırır. Mən hətta Mircəlal həkimə dedim ki, gəlin bunu açıq əməliyyat etdirin ki, zədə-filan olmasın. Bunu etmədi. Sonra vəziyyətin pisləşdiyini görəndə dedi ki, kaş sizin dediyinizə qulaq asardım. Ağakişinin yanına göndərməyinə peşman olmuşdu.

- Xəstə rəhmətə gedəndən sonra həkimlərlə təmasınız olubmu?

- Əlbəttə, dəfələrlə Mircəlal həkimlə görüşüm olub. Sizə maraqlı bir faktı da deyim. Murtuz rəhmətə gedəndə “Mediand”da qan olmayıb ki, ona vursunlar. Həmin gün səhər saat 4-də aparıb yerləşdirdim ora. Depozitə də 400 manat pul qoydum. Axşam tərəfi saat 6-ya 20 dəqiqə işləmiş rəhmətlik mənə zəng etdi. Dedi ki, onu reanimasiyaya endiriblər. Səbəbini soruşdum. Dedi ki, orda yaxşı baxırlar, belə məsləhət oldu. Birdən vəziyyətim pisləşsə, burda dərhal müdaxilə etsinlər. Mən dərhal Qulam həkimə zəng etdim, vəziyyətlə maraqlandım. Qulam həkim şəxsən mənə dedi ki, xəstəxanada qan yoxdu. Bütün Bakını axtarıb tapa bilməyib. Sən demə, bu zaman xəstə artıq rəhmətə gedibmiş, sadəcə Qulam həkim bu xəbəri bizə birbaşa vermək istəmirmiş. Sonra səbəbini izah etdi ki, belə xəbərləri birbaşa xəstə yiyələrinə verə bilmir. Hətta həkim mənə bildirdi ki, istəyib öz qanından verə, ancaq müsbət iki olduğu üçün xəstəyə düşməyib. Dəfndən sonra Mircəlal həkimlə görüşdüm. Ona səhlənkarlıqlarının nədən ibarət olduğunu bildirdim.

- Hər halda, nəticə budur ki, ortada bir cavan adamın dünyasını dəyişməsi faktı var. Tələbiniz nədən ibarətdir?

- Tələbim bundan ibarətdir ki, bu məsələ obyektiv araşdırılsın. Rəhmətə gedənin iki uşağı var. Onlar da qaldı yetim. Düzdür, əlimizdən gələn köməyi edəcəyk ki, onlar böyüsün. Bununla iş bitmir axı. İnsanların taleyi hesabına pul qazanan bu şəbəkəınin bütün üzvləri cəzalanmalıdır. Sonra mən internetdə araşdırma apardım. Məlum oldu ki, Mircəlal həkimin Gürcüstanda da xeyli sərgüzəştləri olub. Orda da bir neçə nəfər dünyasını dəyişib. Hətta Fərman adlı şəxsin klinikasında bunu türkiyəli həkim kimi qələmə veriblər. Bax, burda adını çəkdyim Qulam həkimin özü də orda iştirak edib. İki ay bundan əvvəl isə 17 yaşlı nehrəmli qızı əməliyyat edib, o da dünyasını dəyişib. Bunu da ona dedim. Deyir, əməliyyatda ölməyib ki, Nehrəmdə ölüb də. Bu adam elə bilir ki, əməliyyat masasında adam ölmədisə, məsuliyyət ondan yan keçir.

- Sizinlə əməliyyatdan əvvəl hər hansı müqavilə bağlanıbmı? Söhbət xəstə ilə bağlı məsuliyyətdən gedir.

- Müqavilə olub, amma orda ölsə kim məsuliyyət daşıyacaq kimi söhbət olmayıb. Onu mən də bilirəm ki, adi sadə əməliyyatdan da adam dünyasını dəyişə bilər. Burda isə vəziyyət tam fərqlidir. Bizim xəstənin başına bu oyunlar əməliyyatdan sonra açılıb. Mən artıq bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Qoy qanunun tələblərinə uyğun şəkildə bu adamlar öz layiqli cəzalarını alsınlar.

“Bakı-Xəbər” qəzeti olaraq, müsahibədə adları çəkilən həkimlərin hər biri ilə əlaqə saxlayıb, səslənən ittihamla bağlı onların da fikirlərini öyrənməyə çalışdıq. Mircəlal Kazımi qəzetimizi hədələdi, biz ona “Sizin hüququnuzdur” dedik... 

Mircəlal Kazıminin əməliyyatından 4 ay sonra dünyasını dəyişmiş 39 yaşlı Murtuz Məmmədovun əmisi hüquq-mühafizə orqanlarına şikayət etdi... İlk əməliyyatı edən cərrah-transplantoloq Mircəlal Kazımi suallarımıza çox qısa açıqlamasında bildirdi ki, sözügedən xəstə əməliyyat masasında dünyasını dəyişməyib: “Əməliyyatdan bir neçə ay sonra dünyasını dəyişibsə, burda heç bir səhlənkarlıqdan söhbət gedə bilməz. Həkimə qarşı səsnən istənilən ittiham ekspert rəyinə əsaslanmalıdır. Bu yoxdursa, hansısa ittiham səsləndirmək doğru deyil. Bu artıq böhtan olur. Mən hələ bilmirəm o adam mənim barəmdə nə deyib. Ancaq sizi xəbərdar edirəm, belə bir yazı çıxsa, mən birbaşa Mətbuat Şurasına və məhkəməyə müraciət edəcəm”. Vəli Məmmədovun dedikləri əsasında suallarımızın çox olmasına baxmayaraq, Mircəlal həkim qısa açıqlama ilə kifayətləndi. Biz isə ona işimizi qanun əsasında qurduğumuzu və onun istənilən yerə şikayət etmək hüququ olduğunu xatırladaraq söhbətə yekun vurduq. 

Həkim Rəfael Həsənov: “Xəstə qanaxmadan vəfat edib”

Müsahibədə adı çəkilən həkim Rəfael Həsənov bizimlə söhbətində bunları dedi: “Məndən sonra həmin xəstəni başqa bir həkim əməliyyat edib. Bu, iki həftə sonra baş verib. Bizim əməliyyat normal keçib, ancaq 100 faiz effekt görmədiyi üçün bir radioloji əməliyyata ehtiyac duyulub. Göndərilib bu sahə üzrə respublikada bir nömrə olan Ağakişi həkimin yanına. Son əməliyyatı o edib. Xəstədə qara çiyər köçürülməsi olub. Onun problemi anostomozla bağlı idi. Yəni loru dildə izah etsək, başqa bir qara ciyəri onun orqanlarına tikiblər, calaq ediblər. Elə adam var ki, əli kəsilir, tez sağalır, eləsi də var sağalma gec olur. Bu yaranın da özünün sağalma müddəti var. Həmin yara xəstədə sağalan vaxt onda öd qaçırması olub. Yəni ödü qarın boşluğuna axıb. Bu səbəbdən də qarın boşluğuna drenaj qoyublar. O öz-özünə də bağlana bilir. Ancaq öz-özünə bağlanmadığı halda öd yolunun bağırsağa keçən yerində bir spiktr var, hansı ki, təzyiq yaradır. Biz həmin spiktrı kəsdik ki, təzyiqin düşməsi olsun və yara bağlansın. Qaçaq əvvəlcə azaldı, sonra yenə baş verdiyinə görə bu zaman çöldən drenaj qoydular. Həmin yer sağaldı, ancaq sonrakı mərhələdə bir qanaması oldu. Bugünkü günə kimi də qanaxmanın hardan olduğu bəlli deyil. Xəstə də qanamadan vəfat edib. Burda mənim hər hansı bir məsuliyyətim yoxdur”.

Həkim Qulam Rüstəmzadə: “Xəstə massiv qanaxmadan dünyasını dəyişib”

Yazıda adı çəkilən digər həkim Qulam Rüstəmzadə isə bizimlə söhbətində bunları dedi: “Sizdə olan məlumatlar o qədər də doğru deyil. Xəstə profuz qanamadan ölüb. Bu cür əlaməti yalnız qanköçürmə ilə müalicə etmirlər axı. Əgər xəstə bir dəqiqədə iki litr qan itirirsə, onun yerini necə doldurmaq olar? Xəstənin ölüm sənədində də bu yazılıb. Əmisi deyə bilər ki, xəstəxanada qan olmayıb, ona görə dünyasını dəyişib. Bu, ekspert sözü deyil ki, siz onun əsasında mənə sual verirsiniz. Xəstəyə ayrı yerdə müdaxilələr olunub. Həmin əməliyyatların heç biri bizim xəstəxanada aparılmayıb. Yəni xəstənin ölüm səbəbi qanın olmaması ilə bağlı deyil. Mən tibbi dildə daha dəqiq sizə deyim. Xəstə massiv qanaxmadan dünyasını dəyişib. Alın, xəstənin rəsmi kağızlarına baxın”.

Həkim Ağakişi Yəhyayevlə israrlı danışmaq səylərimiz alınmadı 

Müsahibədə adı çəkilən digər həkim Ağakişi Yəhyayevlə 5 gün ərzində əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Bununla belə, həkim Ağakişi Yəhyayevin də hadisə barədə fikirlərini almaq üçün səylərimizi davam etdirəcəyik. Bədbəxt hadisə ilə bağlı prokurorluq tərəfindən aparılan araşdırmaların gedişi barədə də qanunun imkan verdiyi həddə məlumatlar almağa çalışacağıq. 

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ