Cümə günü, 13 noyabr 2026
     

Övladlığa uşaq götürmə sahəsində qeyri-şəffalıq, hətta cinayət hallarından danışılır...

Image


“Bu sahədə ən böyük problem əcnəbilərə övladlığa verilən uşaqlarla bağlıdır”

“Uzun illər Azərbaycanda övladlığa uşaq götürmə sahəsində ciddi problemlər, qeyri-şəffaflıq, hətta cinayətə yol açan faktlar baş verib”

Övladlığa götürülən uşaqların taleyi hər zaman narahatlıq doğuran məsələlərdən biri kimi cəmiyyəti düşündürür. Bilirik ki, Azərbaycanda müxtəlif uşaq və körpələr evlərindən övladlığa uşaq götürmək ənənəsi olub. Nəinki Azərbaycan vətəndaşları, eləcə də əcnəbi vətəndaşlar ölkəmizdəki uşaq evlərindən övladlığa uşaq götürüblər. Övladlığa götürülən uşaqlar isə bir çox hallarda övladına çevrildiyi ailədə “yağ-bal içində” yaşamayıb, hətta elə uşaqlar olub ki, bir yolla həmin evləri tərk edərək yenidən uşaq evinə sığınıb. Belə hallar çox baş verib və uşağı övladlığa götürən “ata-ana” ilə bağlı tədbirlər görülüb. Məsələ burasındadır ki, vaxtilə Azərbaycanda övladlığa uşaq götürmə sahəsində qanunvericilkdəki bəzi boşluqlar o uşaqların özünün sonrakı taleyinin müəmmalı olmasına şərait yaradıb. Əvvəllər ölkəmizdə övladlığa uşaq götürmə sahəsində qeyri-şəffalığın olması, hətta bunun cinayət səviyəsinə qədər gəlib çatması tendensiyası mövcud olub. Övladlığa götürülən uşaqların hamısı olmasa da, xeyli bir qismi həmin ailələrdə zorakılıqla, döyülmə ilə qarşılaşıb. Hətta elə ailələr olub ki, uşaq evindən övladlığa uşaq götürdükdən sonra özlərinin də övladları dünyaya gəlib və bu zaman ailə uşaq evindən götürdüyü uşaqdan imtina edib. Cəmiyyətdə gəzən söz-söhbətlərə görə, bəzi hallarda övladlığa götürülən uşaqlar müxtəlif şəkillərdə istismar da ediliblər. Bu baxımdan, cəmiyyətimizdə ən həssas məsələlərdən biri övladlığa uşaq götürməklə bağlıdır ki, bu da həm dövləti, həm də ictimaiyyəti dərindən düşündürür. Ekspertlərin bildirdiyinə görə, bu gün cəmiyyətdə daha çox yayılan və müzakirə edilən problemlərdən biri də övladlığa götürülən uşaqların sonrakı taleyidir. Fakt budur ki, uşaq övladlığa verildikdən sonra onun taleyi ilə nə övladlığa verən tərəf maraqlanır, nə də övladlığa götürənlər bu barədə informasiya verirlər. Ortada qalan talesiz, kimsəsiz uşaqlar olur. Ekspertlər qeyd edir ki, bir sıra hallarda uşaq evlərinin rəhbərləri pul müqabilində müəyyən adamlarla danışıqlara gedib uşaqları “övladlığa” veriblər, beıə demək mümkünsə satıblar. Uşaq evlərində uşaqların satılması barədə məlumatlar dəfələrlə medianın gündəmində yer tutub. Söz yox ki, əlaqədar dövlət qurumları uşaq evlərində uşaq alveri ilə məşğul olan rəhbərliyi cəzalndırıblar, amma bu cəzalandırma prosesi də bu yolu tutanları öz əməllərindən çəkindirə bilməyib. Bu sahədə bəzi neqativ hallar və qeyri-şəffaflıq hələ də qalmaqdadır.

Keçən ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa uşaqgötürmə sahəsində yeni qaydalar və mexanizmlər hazırlamağa başlayıb. Nazirlikdən deyiblər ki, bu sahədə yeni Alt sistemdə bu model yenidən nəzərdən keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə yeni övladlığa götürmə modeli tətbiq olunması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə sözlərinə görə, bu prosesin mərkəzində uşağın mənafeyi dayanmalıdır:“Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədləri sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq üç aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdırsa, rəy əsasında məhkəməyə müraciət ediləcək”.

Nazir müavini bildirib ki, əvvəllər ailələr sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürməyə maraq göstərmirdi:“Təxminən 1500 belə uşaq valideynlərdən məhrum olunub. Onlar gələcəkdə övladlığa götürülə bilər. Statistikaya nəzər salsaq, son üç il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır. Bütün bunları nəzərə alaraq sistemin çatışmazlıqlarını bir daha nəzərdən keçirdik. Bu məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Düşünürük ki, noyabrın 1-dən artıq övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistem tətbiq olunacaq”-deyə o qeyd edib.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, bu gün övladlığa uşaq götürmə məsələsi doğrudan da ciddi problemdir və bu problem daha çox o uşaqların gələcək taleyi ilə bağlıdır. “Bilirsiz ki, uzun illər Azərbaycanda övladlığa uşaq götürmə sahəsində ciddi problemlər, qeyri-şəffaflıq, hətta cinayətə yol açan faktlar baş verib. Vaxtilə bəzi uşaq evlərinin rəhbərləri özbaşına uşaqları xarici vətəndaşlara övladlığa verib və o uşaqların heç birinin indiyə qədər taleyi məlum deyil. Bu sahədə ən böyük problem əvnəbilərə övladlığa verilən uşaqlarla bağlıdır. Bu uşaqlar adları, soyadları dəyişdirilərək fərqli xarici ölkələrə aparılıblar. Bu gün ortada xarici vətəndaşlara övladlığa verilən uşaqların siyahısı belə yoxdur, bəlkə bu siyahı rəsmi dövlət qurumlarında var, amma ictimaiyyətə açıqlanmayıb. Əcnəbilərə övladlığa verilən uşaqlar qeyri-azərbaycanlı kimi böyüdülüb, tərbiyə ediliblər, bəlkə sabah onlardan Azərbaycan dövlətinin əleyhinə də istifadə ediləcək, kim bilir. Ümumiyyətlə, uzun illərdir ki, övladlığa verilən uşaqlarla bağlı mütəxəssislər tərəfindən həyəcan təbili çalınır, o uşaqların taleyindən xəbərsizik. Bu gün küçə uşaqlarından çox danışılır. Hər birimiz o uşaqlarla rastlaşırıq, onların arasında övladlığa verilən və övladlığa verildiyi ailədə şiddət görüb qaçan uşaqlar da olmamış deyil. Övladlığa verilən uşaqların taleyi hər bir vətəndaşı narahat etməlidir. Bu uşaqların öz doğmaları tərəfindən küçələrə, uşaq evlərinin qarşısına atılması azmış kimi, onların çoxunu sonradan qaranlıq tale də gözləyir. Artıq dövlət bu sahədə yeni qaydalar hazırlayır, övladlığa götürmə mexanizmini dəyişir və bir qədər şərtləri çətinləşdirir. Bu çox yaxşı haldır. Bundan sonra övladlığa uşaq verilərkən həmin ailə incələnəcək və övladlığa verilən uşağın taleyi nəzarətdə saxlanacaq. Düzdür, hələ bu mexanizm işə düşməyib. Amma mexanizm işə düşdükdən sonra bu sahədə qeyri-şəffalığa son qoyacaq. Əvvəllər eşidirdik ki, hanısa uşaq evinin rəhbəri körpələri satır və aktı rəsmləşdirmir. Yeni qaydaların bəzi uşaq evlərinin rəhbərlərinin neqativ əməllərinə də  son qoyacağını düşünürəm”-deyə F.Hacıbəyli qeyd etdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ