Bazar günü günü, 27 sentyabr 2026
     

Kütlənin gözü qarşısında vəhşi qətl və zorakılıqlar – həyatımız üçün xas olmayan təzahürlər nədən törəyir…

Image


Son bir ay ərzində qadınlara qarşı, sadəcə, mediaya məlum olan zorakılıq və cinayət faktları hər kəsi dəhşətə gətirib. Cəmi bir neçə gün ara ilə Bakıda iki qadının 18-20 bıçaq zərbəsi ilə öldürülməsi məsələnin aktuallığını bir qədər də artırıb. Son günlər ailə üzvləri tərəfindən qadınlara qarşı törədilən zorakılıq sərhəd tanımır. Bu işdə müxtəlif soyuq silahlardan: balta, dəyənək, bıçaq və sairədən istifadə edilir.

Qeyd edək ki, döyülən və amansızlıqla qətlə yetirilən qadınların sayı ölkə ictimaiyyətini narahat edir. Müxtəlif bəhanələrlə döyülən, öldürülən qadınların statistikasına nəzər salanda tək bir ayda zorakılığa məruz qalan qadınların sayı il ərzində şiddətə məruz qalan qadınların sayına bərabərdir.

Son günlər qadınların necə amansızlıqla qətlə yetirilməsi faktlarını təqdim edirik.

Bakının Binəqədi rayonu, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev həyat yoldaşı Leyla Abdullayevanı 3 övladının gözü qarşısında, 20 bıçaq zərbəsi ilə öldürüb. Əri azyaşlı uşaqları ilə Leylanı atası evinə apararkən ona maşında 1 bıçaq zərbəsi vurub. Özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçmaq istəsə də, əri onu yoldaca tutaraq 19 bıçaq zərbəsi vurub. Hadisəyə ailənin övladları da şahidlik ediblər. Bu hadisədən 3 gün sonra analoji hal yenidən təkrarlanıb.

Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürüb.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. 4 uşaq anası olan Cəmilə aldığı 12 balta yarasından hadisə yerində ölüb. Qətl mərhumun oğlunun gözü qarşısında baş verib.

Xətai rayonu, NZS qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Həmçinin, Abşeronun Masazır qəsəbəsində intihar edən 26 yaşlı Aynurə Abdullayevanın da ailə münaqişəsi zəminində öldürüldüyü iddia olunur.

Nəsimi rayonunda qayın ana və qızını beysbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı, 33 yaşlı Elmira Bayramovanı döyüb və həbsxanada kəsici alətlə ağır xəsarət yetirib.

Qadınların zorakılığa məruz qalması halı bölgələrdə də müşahidə olunur. Belə ki, Ağsunun Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Yoldaşı hərbçi olan gənc ananın ikiaylıq körpəsi qalıb. Qətlə yetirilən Xumar onu öldürməkdə şübhəli bilinən Nərimanın bibisi qızıdır.

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Natavan Mustafayevanın boğazı əri Məhərrəm Sirati tərəfindən kəsilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. 

Bu günlərdə iki qadın qoyun səbəbindən döyülərək xəstəxanalıq edilib. Belə ki, oktyabrın 9-da Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Abdullayeva qayınanası və qayınatası tərəfindən ölümcül döyülüb. Buna səbəb isə gəlinə valideynləri tərəfindən cehiz olaraq qoyun verilməməsi olub. Digər analoji hadisə isə Gədəbəydə baş verib. Qoyunlara görə əmisi oğlu tərəfindən döyülən 65 yaşlı Zərraf Əsgərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ən dəhşətli hadisələrdən biri iki gün öncə qeydə alındı. Belə ki, Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı Sahilə Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edən zaman mübahisə yaranıb. Bu zaman qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.   

Maraqlıdır, son günlər baş verən qadınlara qarşı zorakılığın arxasında nə dayanır? Əks cinsin nümayəndələri niyə qolunun gücünü qadınların həyatına son qoymaq üçün göstərirlər?

Bildirək ki, son günlər qeydə alınan qadınlara qarşı zorakılığa etiraz etmək məqsədilə sosial şəbəkədə #qadınaşiddətəson haştəqi ilə aksiya başladılıb.                                                                                                                                                                                                                               

  • Məlahət İbrahimqızı: “Nə qədər ki, cəmiyyətdə ailələrdəki belə hallara qarşı ciddi reaksiya olmayacaq, belə hallar azalmayacaq”

Millət vəkili Məlahət İbrahimqızı qəzetimiz vasitəsilə hüquq müdafiəçilərinə müraciət etdi: “Nə qədər ki, cəmiyyətdə ailələrdəki belə hallara qarşı ciddi reaksiya olmayacaq, belə hallar azalmayacaq. Hüquq müdafiəçiləri belə hallarla mübarizə məsələlərində nümunə olmalıdırlar”.

  • Elgün Səfərov: “Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bizimlə söhbətində bildirdi ki, son günlər sosial şəbəkələrdə #qadınaşiddətəson haştəqi ilə başladılan aksiya təqdirəlayiqdir: “Komitə bundan əvvəl də bu kimi kampaniyalara dəstək olub. Biz bu aksiyaya dəstək veririk. Azərbaycan qadını hər zaman aparıcı qüvvə olub. Ona görə də hər kəs birdəfəlik beyninə həkk etməlidir ki, qadına qarşı zorakılıq cinayətdir. Bu, qanun pozuntusudur, insan hüquqlarının pozulması deməkdir. Bu, bir aksiomadır və bunun bir fakt kimi cinayət işi olduğu hər kəs tərəfindən qəbul edilməlidir. Bu cinayəti törədənlər də məsuliyyətə cəlb olunmalıdırlar. Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Təəssüflər olsun ki, cəmiyyətdə zorakılığı normal yanaşma kimi qəbul edənlər var və son vaxtlar bu kimi hadisələrə təəccüblənmirlər. Eyni zamanda, küçədə zorakılığa məruz qalaraq bıçaqlanan qadına kömək etmək əvəzinə, onu videolentə alırlar. Zorakılığa yanaşma da psixoloji məsələlərdən irəli gəlir. Qadına cəmiyyətdə münasibət dəyişməlidir. Qadın anadır, bacıdır, qızımızdır”.

  • Fatimə Hacıbəyli: “Son günlər məişət zorakılığı qurbanlarının sayı artmaqda davam edir”

“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bildirdi ki, hər bir ailə özü üçün kiçik bir dövlətdir, onun öz qanunları, münasibətləri var: “Biz bilmirik ki, bu ailə sevgi, hörmət üzərində qurulub, yoxsa qadını zorla ərə veriblər. Biz zorakılığın baş verdiyi ailədə mühitin necə olduğunu bilmirik. Bilmirik ki, dünyaya gələn uşağı bunlar istəyib, ya yox. Son günlər məişət zorakılığı qurbanlarının sayı artmaqda davam edir. Qolu güclü kişilər müxtəlif bəhanələr gətirərək övladının anasını amansızlıqla qətlə yetirirlər. Ümumiyyətlə, pis vərdişlər, tüfeyli həyat, ailədaxili münaqişələr və onların gizlədilməsi zorakılıq hallarına əsas səbəbdir.

Bir neçə gün öncə Goranboyda insanı dəhşətə gətirən hadisə qeydə alınıb. Qadını döyərək ata bağlayıb sürüyüblər. İnsanlarda bu qədər hikkənin, aqressiyanın, paxıllığın səbəbi nədir? Qadını döyüb ölümcül hala salanda digər qonşular görməyib? Əlbəttə, görüb. Biganəlik. Mənə aid deyilsə, nə olursa-olsun. Bəzən deyirlər ki, kasıblıq, maddi sıxıntılar var. Əvvəl də var idi. Ailədə 5-6 uşaq olurdu. Uşaqlar bir-birinin yamaqlı paltarı ilə gəzirdilər. Onlarda nə qədər səmimiyyət, mehribanlıq var idi. Hamı işləyirdi. Ancaq indi kimsə qonşuya atılan daşın nə üçün atıldığı ilə maraqlanmır. “Mənə dəymir, kimə nə olur-olsun” prinsipi ilə yaşayırlar. İnsanlarda məsuliyyət hissi yoxdur”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ