19/10/2019 17:02
728 x 90

Böhtan-təhqiri cinayət tərkibli əməllər sırasından çıxaracaq qanunun müzakirəsi deyəsən reallaşır...

Azər Həsrət: “İlin sonuna qədər “Diffamasiya haqqında” qanun layihəsi qəbul olunarsa, cəzaların yüngülləşdirilməsi, özünü tənzimləmənin təklif olunmasına yol açacaq”

img

Uzun müddətdir Azərbaycanda "Diffamasiya haqqında" qanunla bağlı ictimai müzakirələr aparılır. Hətta bununla əlaqədar Aİ və AŞ ilə Azərbaycan Mətbuat Şurası birgə layihələr həyata keçirir.

“Diffamasiya haqqında” qanun layihəsinin bu ilin sonuna qədər parlamentdə müzakirə olunacağı gözlənir. Bunu Milli Məclisin deputatı Əflatun Amaşov Tiflisdə “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda keçirilən XVI Cənubi Qafqaz media konfransında bildirib. Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisə təqdim olunub: “Media sahəsində vergi və digər istiqamətlər üzrə müxtəlif təşəbbüslər də var”.

  • “Böhtan və bu tip qayda pozuntularına görə ciddi cəzaların nəzərdə tutulmamasına çağırılır”

 “Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunmasının əhəmiyyəti barəsində danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Avropa Şurasına qoşulandan sonra “Diffamasiya haqqında” qanun məsələsi aktuallaşdı: “Məlumdur ki, Azərbaycanın qanunvercilik aktlarının Avropa Şurasının standartlarına uyğunlaşdırılması ilə bağlı böyük proses həyata keçirildi. O proses çərçivəsində “Diffamasiya haqqında” qanunun qəbul olunması istəyi irəli sürüldü. Zamanla Azərbaycan tərəfi adıçəkilən qanunu müzakirə edib. Hələ ki, bununla bağlı hər hansı bir  nəticə yoxdur. İlin sonuna qədər “Diffamasiya haqqında” qanun layihəsi qəbul olunarsa, cəzaların yüngülləşdirilməsi, özünü tənzimləmənin təklif olunmasına yol açacaq. Böhtan və bu tip qayda pozuntularına görə ciddi cəzaların nəzərdə tutulmamasına çağırılır. Adıçəkilən qanun qəbul olunarsa, o cür cəzalar nisbətən yüngülləşdiriləcək”.

Həmsöhbətimiz hesab edir ki, Cinayət Məcəlləsinin 147, 148-ci maddəsində həbs nəzərdə tutulur. “Diffamasiya haqqında” qanun qəbul olunarsa, bu cəzalar nisbətən yüngül cəza ilə əvəz olunacaq.

Günel CƏLİLOVA

Son xəbərlər