19/10/2019 16:55
728 x 90

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib - FOTO

img

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü mikrorayon Cavadxan küçəsi 10-18 ünvanda növbəti səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə edib.

Nəsimi RİH-dən bildirildiyinə görə, mikrorayonda, o cümlədən Cavadxan, H.B.Əliyev, A.Mustafayev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak edib.

Sakinlərdən Haqnəzərov Fuad, Əzimova Zəminə, Məmmədova Kəmalə, Mirzəyeva Dilbər, Kərimova Südabə, Babayeva Mətanət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi, mənzil növbəliliyi barədə müraciətlər ediblər.

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Cavadxan küçəsi 10-18 ünvanlarını əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunub, müzakirələr aparılıb, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənib, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə minnətdarlıqlarını bildiriblər.

Baki-xeber.com

Son xəbərlər