19/10/2019 22:26
728 x 90

Bakı Biznes Universitetində “Erasmus+” proqramı çərçivəsində təlimlər keçirildi - FOTO

img

Universitetin mətbuat xidmətindən “Baki-Xəbər”ə verilən məlumata görə, 2019-cu il oktyabr ayının birinci ongünlüyündə Bakı Biznes Universitetində "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin təlimləri keçirilib.

Təlimlərin məqsədi Azərbaycan universitetlərində daxili keyfiyyət təminatının qurulması üçün standartları, qaydaları və prosesləri müəyyənləşdirəcək "bələdçi"nin hazırlanmasıdır.

Təlimlərdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi, Avropa tərəfdaş universitetlərinin ekspertləri və layihənin 11 yerli tərəfdaş universitetinin nümayəndələri iştirak ediblər.

Təlimlərdə keyfiyyət təminatı üzrə proqram təminatının işlənməsinin qiymətləndirilməsi, daxili keyfiyyət təminatı standartlarının hər biri üzrə ayrı-ayrılıqda prosesləri müəyyənləşdirilmiş və qruplar şəklində təqdimatlar aparılıb. Təlimlərin sonunda proseslərin təkmilləşdirilməsi istiqamətində ekspertlər tərəfindən təkliflər verilib.

Son xəbərlər