19/10/2019 22:32
728 x 90

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün sonuncu təlimlər başlayıb - FOTO

img

Oktyabrın 8-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə sonuncu təlimlərin keçirilməsinə başlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə,  “Vətəndaş məmnuniyyəti, effektiv ünsiyyət texnikaları və korrupsiya əlamətli davranışlarla mübarizə üsulları” mövzusunda keçirilən təlimin məqsədi gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində zəruri biliklərin verilməsidir.

Təlimdə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin  Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitin əlverişliliyinin artırılması  və beynəlxalq reytinqlərdə ölkəmizin  mövqeyinin daha da yaxşılaşdırılması  ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsinin üzərinə bir sıra öhdəliklər və tapşırıqlar düşür. Müvafiq sərəncamdan irəli gələrək vətəndaşlarla ünsiyyətdə yeni yanaşmalar tələb olunduğunu, həmçinin DGK-da aparılan islahatların 2-ci mərhələsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin artırılmasının əsas hədəflərdən biri olduğunuqeyd edən Şahin Ələsgərov bu məqsədlə  5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində xidmət edən əməkdaşlar üçün əhali ilə işləmə və ünsiyyət qurma sahəsində təlimlər keçirildiyini  diqqətə çatdırıb. İdarə rəisi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarını təlimdə aktiv iştirak etməyədəvət edib, onlara  uğurlar arzulayıb.

Daha sonra təlim başlayıb. 4 gün  davam edəcək təlimi peşəkar psixoloq və təcrübəli müəllimlər Azad İsazadə və Orxan Oruczadə aparır. Təlim müddətində, əsasən “Müasir vətəndaş kimdir və nə istəyir?”, “Yerli və xarici vətəndaşların ortaq və fərqli  cəhətləri, ünsiyyət  zamanı yerli və xarici  turistlər  tərəfindən korrupsiya əlaməti kimi qavranılan məqamlar və korrupsiyanın sosial-iqtisadi sahəyə mənfi təsirləri”, “Vətəndaşla münasibətlərin  idarə olunması, xitabetmə, sualvermə, izahetmə və dinləmə texnikaları”, “Çətin vətəndaşlarla iş texnikaları və şikayətlərin idarə olunması, stresli və münaqişəli vəziyyətlərin idarə olunması, qısa müddət  ərzində pozitiv münasibətlərin qurulması  bacarıqları, danışıqların sonlandırılması” adlı mövzular tədris olunacaq.

Xatırladaq ki, təlimlərə avqustun 19-da başlanıb və ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət keçən 500-dək gömrük əməkdaşını əhatə edib.

Son xəbərlər