19/10/2019 22:28
728 x 90

“SKS Mənzil Tikinti” MMC özünü müflisləşdirdi, mənzillərə pul ödəyənlərin taleyi necə olacaq...

Nüsrət İbrahimli: “Şirkət müflis olanda sığorta öhdəliyi öz üzərinə götürür”

img

Son illər dünyada baş verən maliyyə böhranı müflisləşmə və iflas prosesinin aktuallığını da artırıb. Ölkəmizdə də fəaliyyət göstərən şirkətlərin bir qismi müflis olduğunu ictimaiyyətə bildirməyərək məhkəməyə müraciət edir.

Bu günlərdə Yasamal rayonu, M.Seyidov küçəsi, ev 41, mənzil 23-də yerləşən ”SKS Mənzil Tikinti” MMC müflis elan olunması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Azərbaycanda müflisləşən tikinti şirkətlərinin sayı çox deyil. Amma tikinti şirkətinin iflas olması insanların müflis olan şirkət tərəfindən tikilən mənzillər üçün öncədən ödədiyi vəsaitin batması deməkdir.

Bildirək ki, müflisləşmə infrastrukturunda münasibətlər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan qanunvericiliyinə görə, müflisləşmə borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Qanunvericiliyə görə, həm hüquqi şəxs (müəssisə, təşkilat, idarə), həm də fiziki şəxs (fərdi sahibkar) borclu ola bilər. İflasolmanın isə qanunvericilik əsasında 2 yolu var: məhkəmə və borclu müəssisənin özünün qərarı əsasında. Hansısa şirkət və ya təşkilatın borclu hesab edilməsi üçün məhkəməyə ərizə verilə bilər. Həmin ərizəni isə borclu şirkətin rəhbəri, yaxud tələbkarlar (şirkətin borclu olduğu tərəf) təqdim edə bilər. Məhkəmə məsələni araşdırdıqdan sonra müəssisənin müflisləşməsi təsdiq edilərsə, həmin müəssisəyə əmlak inzibatçısı təyin edir. Əmlak inzibatçısı isə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 15 gün ərzində ümumi yığıncaq keçirir. Bu, kreditorların ilkin yığıncağı hesab olunur və burada inzibatçı məhkəmə qərarını onlara elan edir.

Maraqlıdır, tikinti şirkətinin müflis elan olunduğu təsdiqlənərsə, həmin binadan ev alan sakinlərin taleyi necə olacaq? O insanlara hansısa formada yardım ediləcəkmi?

  • “Yeni şirkət onların yarımçıq qalan işlərini davam etdirir”

Məsələ ilə bağlı fikir bildirən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirdi ki, istənilən tikinti şirkəti öz fəaliyyətini öncədən sığortalamalıdır: “Şirkət müflis olanda sığorta öhdəliyi öz üzərinə götürür. Ümumiyyətlə, məhkəmə nə qərar çıxaracaqsa, o da olacaq. Bu halda, yanaşma bir qədər fərqli olacaq. Əvvəlki təcrübələrə istinad etsək, yerli icra qurumları müflis olan şirkətin öhdəliklərini, təbii ki, onun xərclərini qarşılamaqla, başqa bir şirkətə tapşırır. Yeni şirkət onların yarımçıq qalan işlərini davam etdirir”.

Günel CƏLİLOVA

Son xəbərlər