19/10/2019 22:25
728 x 90

“İndi hünər meydanıdır” adlı kitab nəşr olunub

img

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti uğurlu layihəyə imza atıb.

“Çagdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə çərçivəsində hazırlanmış “İndi hünər meydanıdır” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələr yer alıb. Layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və redaktoru isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Layihə barədə məlumat verən Musa Nəbioğlu bildirib ki, qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi mövzusu aşıqlarımızın təkcə şeirlərində deyil, həm də onların yaratdıqları dastanlarda öz əksini tapır. Yəni aşıq sənətinin mühüm tərkib hissəsi olan dastançılıq - dastan yaratmaq və söyləmək ənənəsi bu gün də yaşayır və günümüzün reallıqlarına uyğun olaraq yeni-yeni dastanlar yaranır. “Çagdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihənin də əsas məqsədi diqqəti hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir. 

Xatırladaq ki, oktyabrın 9-da, saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində “İndi hünər meydanıdır” adlı kitabın təqdimatı keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

İradə SARIYEVA

Son xəbərlər