Cümə günü, 13 noyabr 2026
     

Autizm mərkəzlərinin təlim-müalicə tələbatlarını tam ödəyə bildiklərinə şübhələr var

Image


Bu gün nəinki Azərbaycan cəmiyyətini, eləcə də bütün dünyanı təhdid edən autizm uşaqlar üçün qarşısıalınmaz bəlaya çevrilib. Azərbaycanda səbəbi hələ tibb elminə məlum olmayan autizmdən əziyyət çəkən uşaqların sayı kifayət qədərdir. Hələ heç bir elmi araşdırma bu xəstəliyin nədən yarandığını aydınlaşdıra bilməyib. Baxmayaraq ki, dünyanın aparıcı elmi-tibb müəssisələri son illər bu xəstəliyin yaranma səbəbini üzə çıxarmaq üçün saysız tədqiqat aparırlar. 

Mütəxəssislərin qeyd etdiyinə görə, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır.

Azərbaycanda övladları autizmli olan valideynlər bir sıra məsələlərdə ciddi çətinliklərlə üzləşirlər. Onlar hesab edirlər ki, autizmli uşaqlar üçün mövcud olan reabilitasiya-təlim mərkəzləri özəldir və özəl olduğu üçün də həddən artıq bahadır. Autizmli uşaqların təqaüd aldığını deyən valideynlər bildirirlər ki, bu təqaüdün də üstünə kifayət qədər vəsait qoymaqla uşaqlarının bir aylıq müalicə-təlim işlərinin həyata keçirilməsinə nail ola bilirlər. Bu gün Azərbaycanda 6000-ə yaxın autizmli insan olduğunu deyən valideynlərin sözlərinə görə, onların heç də hamısı reabilitasiya mərkəzlərinə gedə və müalicə ala bilmir. Səbəb isə qiymətlərin həddən artıq baha olmasıdır. Valideynlər qeyd edirlər ki, məktəb yaşına çatan autizmli uşaqların dərs hazırlığı, qiyməti 15 manat olmaqla, cəmi 1 saat davam edir. Həftə ərzində yalnız 75 manat hazırlıq müəlliminə verilir. 20 manat isə gündəlik uşaqla məşğul olan psixoloqa verilir ki, o da cəmi 45 dəqiqə uşaqla işləyir. Həftə ərzində autizmli uşaqla işləyən psixoloqa 100 manat məbləğində vəsait ödənilir. Bundan başqa, mərkəzlərin bir çoxunda bütün xidmətlər göstərilmir və bu səbəbdən də valideynlər gün ərzində ayrı-ayrı ərazilərdə yerləşən mərkəzlərə üz tuturlar. Autizmli uşaqların reabilitasiya-təlim mərkəzlərinin bir çoxunda keyfiyyətli xidmət göstərilmədiyini, bəzi mərkəzlərdə belə uşaqlara başdansovdu yanaşıldığını deyən valideynlərin bildirdiklərinə görə, müalicə və təlimlərin keyfiyyətsiz olması uşaqlarının vəziyyətini daha da ağırlaşdırır. 

Valdeynlər deyirlər ki, autizm diaqnozlu uşaq həftədə minimum 20, maksimum isə 40 saat reabilitasiya təhsili almalıdır, lakin bəzi ailələrin buna imkanı çatmır və uşaqları bundan məhrum olur. Bəzi reabilitasiya mərkəzlərində autizmli bir uşağın həftədə dörd saat reabilitasiya təhsili alması üçün 250-300 manat tələb olunduğu bildirilir. Valideynlər deyirlər ki, ay ərzində isə bu məbləğ 1000-2000 manat arasındadır. Hər ailənin buna imkanının çatmadığını deyən valideynlər hesab edirlər ki, Səhiyyə Nazirliyi, Milli Məclis və digər orqanlar bu məsələ ilə bağlı xüsusi qərar qəbul etməlidirlər.

  • Almara Məlikova: “Bu gün Azərbaycanda autizmli uşaqlara xidmət göstərən mərkəzlərin bir çoxunda həqiqətən də həm qiymətlər bahadır, həm də xidmət səviyyəsi çox aşağıdır”

Autizm-Uşaq İnkişaf Mərkəzinin rəhbəri Almara Məlikova “Bakı-Xəbər”ə açıqlamasında valideynlərin narazılığının əsassız olmadığını bildirdi. A.Məlikovanın sözlərinə görə, həqiqətən də bir sıra autizm mərkəzlərində həm qiymətlər bahadır, həm də keyfiyyətli xidmət yoxdur. Valideynlərin narahatlığına səbəb olan məsələlərin həll edilməsinə tərəfdar olduğunu deyən A.Məlikovanın sözlərinə görə, bu gün bu sahədə təsadüfi adamlar çoxdur. “Bu gün Azərbaycanda autizmli uşaqlara xidmət göstərən mərkəzlərin bir çoxunda həqiqətən də həm qiymətlər bahadır, həm də xidmət səviyyəsi çox aşağıdır. Bu baxımdan, autizmli uşaqların valideynlərinin narazılıqları, narahatlıqları əsaslıdır. Yalnız mənim rəhbərlik etdiyim mərkəzdə autizmli uşaqlara yüksək səviyyəli xidmət göstərilir. Bizim mərkəzdə qiymətlər münasibdir. Çünki biz bütün xidmətləri valideynlərə paket şəklində təqdim edirik. Dərslər də, psixoloq xidmət də və sair daxil olmaqla, tutalım, biz onlardan 25 manat alırıq. Ancaq bu, başqa mərkəzlərdə belə deyil. Bizim mərkəzdə peşəkarlar fəaliyyət göstərirlər. Deyim ki, bəzi mərkəzlərdə autizmli uşaqların müalicəsi ilə deyil, valideynlərin cibinə girməklə məşğul olurlar. İndiyə qədər heç bir valideynin cibinə girməmişəm. İnanın ki, hətta elə uşaqlar olub ki, aztəminatlı ailənin uşağı olduğu üçün ondan ödəniş almamışıq” -deyə A.Məlikova bildirdi. 

  • Çiçək Məmmədli: “Təklif edirəm ki, Azərbaycanda autizmli xəstələrlə bağlı dövlət səviyyəsində xüsusi bir mərkəz yaradılsın”

“Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədlinin sözlərinə görə də valideynlərin narazılığı haqlı narazılıqdır. Ç.Məmmədlinin sözlərinə görə, Azərbaycanda ilk dəfə autizmli uşaqların reabilitasiyası ilə bağlı təşkilatı o yaradıb. O hesab edir ki, autizmli uşaqlara bağlı vahid dövlət qurumu yaradılarsa, həm bahalığa, həm keyfiyyətsiz xidmətə, həm də pərakəndəliyə son qoyular. “Həqiqətən də qiymətlər çox bahadır. Ona görə ki, autizmli uşaqların reabilitasiya mərkəzləri özəldir  və hər mərkəz də istədiyi qiyməti müəyyən edir və xidmət göstərir. Bu iş, ümumiyyətlə, çox bahalı və səbr tələb edən işdir. Hər adam da bu cür uşaqlarla işləməyi bacarmır. Mən dəfələrlə hökumətə müraciət etmişəm ki, ölkədə mərkəzləşdirilmiş autizm mərkəzi yaradılsın. Hazırda da Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də Milli Məclisə məktub hazırlayıram. Ümumiyyətlə, davamlı olaraq dövlət qurumlarına müraciətlər edir, təkliflər verirəm. Təklif edirəm ki, Azərbaycanda autizmli xəstələrlə bağlı dövlət səviyyəsində xüsusi bir mərkəz yaradılsın. Bu sahənin mərkəzləşdirilməsi vacibdir. Eyni zamanda da özəl autizm mərkəzlərinə ya Təhsil Nazirliyi, ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ya da digər aidiyyəti qurumlar baxış keçirsinlər, onların fəaliyyətini yoxlasınlar. Çünki buna ciddi ehtiyac var. Bu gün, aidiyyəti oldu-olmadı, istənilən adam bir mərkəz açır, istədikləri adamları mütəxəssis kimi ora dəvət edir və xidmət haqqı üçün də istədiyi qiyməti qoyur. Ancaq bu belə olmamalıdır. Valideynlər çox əziyyət çəkirlər, bilmirlər uşaqlarını müalicə etdirsinlər, yoxsa yollarda qalsınlar. Hazırda autizm mərkəzlərində ciddi monitorinqlər aparılması zərurətə çevrilib. Valideynlər yazıqdırlar. Onların üz tutacaqları bir dövlət mərkəzi olmalıdır ki, onlar əziyyət çəkməsinlər, artıq pul xərcləməsinlər. Düzdür, dövlət bu uşaqların müalicə almasını tam olaraq qarşılaya bilməyəcək, imkanı olanlar özəl mərkəzlərə də gedəcəklər, amma keyfiyyətli xidmət göstərilən yerə” - deyən Ç.Məmmədli qeyd etdi ki, onun rəhbərlik etdiyi qurumun ayrıca məkanı yoxdur, onun mütəxəssis komandası özünün evində fəaliyyət göstərir. O bildirdi ki, onun ayrıca bir mərkəzə ehtiyacı var və bu mərkəzin inşası üçün dövlət dəstəyi zəruridir. “Mən məcburiyyət qarşısında qalıb autizmli uşaqlarla evimdə işləyirəm. Evim də qəzalı vəziyyətdədir. Mənim mərkəzimin ayrıca binası yoxdur, amma peşəkarlardan ibarət peşəkar komandam var. Mən Azərbaycanda yeganə adamam ki, bu cür uşaqların müalicəsi, reabilitasiyası üçün qiymət qoymamışam. Kimin nəyə imkanı çatır, onu da verir. Heç vaxt valideynin cibinə girməmişəm. O mərkəzlərdə işləyənlərin hamısı məndən, mənim işçilərimdən dərs alıb gediblər. Amma onların pulları olduğu üçün ya icarəyə yer götürürlər, ya da ayrıca bina tikdirib oranı böyük mərkəzə çevirirlər, qiymətləri də elə yüksək qoyurlar ki, ora yaxın düşmək olmur. Mənim mərkəzimdə hətta uşaqlara pulsuz xidmət də göstərilir”.

Ç.Məmmədli hesab edir ki, autizmli uşaqlar üçün dövlət xəttilə ayrıca mərkəzin yaradılması sözügedən sahədəki problemləri aradan qaldıra bilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ