Cümə günü, 13 noyabr 2026
     

Su filtri satan işbazların evlərə vaxtsız gəlişi yenidən qızışıb

Image


“Onlar birmənalı olaraq dövlətin içməli su siyasətinə zərbə vurmaq niyyəti güdürlər”

“Hesab edirəm ki, su filtri satan şirkətlərin gün ərzində xidmət göstərməsinə limit qoyulmalıdır”

Bəzi şirkətlər vətəndaşların rahatlığını qətiyyən nəzərə almaq istəmir. Səhər tezdən başlamış gecə saat 23-24-ə qədər vətəndaşları narahat etməkdə davam edirlər. Xüsusən də su filtri satan şirkətlərin əməkdaşları gecə demədən, gündüz demədən qapılarımızın zəngini çalır və öz şirkətlərinin məhsullarını təklif edirlər. Bu şirkətlərin əməkdaşları hətta mühafizə olunan binalara belə asanlıqla daxil ola bilir və sakinlərin rahatlığını pozurlar. Onlardan soruşanda ki, niyə gecənin bu vaxtı qapını döyürsüz? “Nə edək bəs gündüzlər sakinlərin çoxu işdə olduğu üçün axşam üstü saat 5-dən, 6-dan sonra işə başlayırıq. Sizə pislik etmirik ki, öz yüksək standartlı filtrlərimizi təklif edirik. Bilmirsiz ki, içdiyiniz və başqa işlər üçün istifadə etdiyiniz su həddən artıq çirkli və zərərlidir? Bizim şirkətin su filtrlərini alıb istifadə etsəniz içdiyiniz su daha təmiz olar”-deyirlər. Bu şirkətlərin əməkdaşları əsasən gənc qızlar və oğlanlardır. Onların çoxu tələbə olduqlarını, işdən sonra bu işlə məşğul olduqlarını deyir. Bəzi su filtri satan şirkətlərin bu addımı birmənalı olaraq öz biznes maraqlarına xidmət etməklə yanaşı, həm də dövlətin ekoloji cəhətdən təmiz su siyasətinə yönəlik mənfi hərəkətlərdir. Bu şirkətlərin əməkdaşları aldıqları təlimatlara uyğun şəkildə, bir qayda olaraq, dövlətin əhaliyə verdiyi işməli suyun keyfiyyətinin həddən artıq aşağı olduğunu və bu suların nə içmək, nə də digər məqsədlər üçün istifadə etməkdən ötrü yararlı olduğunu iddia edirlər.

Onu da bildirək ki, işbazların təklif etdiyi su filtrlərinin qiyməti elə də ucuz deyil. Bu hər bir vətəndaşa ən azı  2000-3000 manata başa gəlir. Bir çox hallarda su filtrlərini kreditlə də təklif edirlər. Bu filtrləri alıb həm içməli, həm də hamamxana kranına bağladan müştərilərlə söhbət zamanı məlum oldu ki, aldıqları filtrlər elə də keyfiyyətli deyil. Sadəcə, onlar bu işbazların toruna düşüblər.

Azərbaycan əhalisinin ekeloji cəhətdən təmiz su ilə təmin olunmasının birbaşa dövlətin və əlaqədar qurumların diqqətində olduğu məlumdur. Bu halda su filtri satan şirkətlərin məqsədi tamamilə aydındır - pul qazanmaq, öz biznes maraqlarını təmin etmək. Onlar belə rəy yaratmaq istəyirlər ki, guya əhalinin təmiz su içməsi onlar üçün önəmlidir. Halbuki, söhbət onların daha çox qazanc əldə etməsindən gedir. Gənc qızları gecənin gec saatlarında evbəev salmağın özü də yaxşı hal deyil. Camaatın yatdığı bir vaxtda kiminsə qapını döyüb hansısa biznes məhsulu təklif etməsi həqiqətən də dəhşətlidir. İşlərini gündüzlər görmək əvəzinə gecələr görürlər, bu da vətəndaşları ciddi narahat edir.

Sosial sahə üzrə ekspert Aytəkin Kamranqızı baki-xeber.com-a bildirdi ki, bəzi işbaz şirkətlərin əməkdaşlarının bu qeyri-etik davranışları əhalini cana gətirib. Bunun ciddi problem olduğunu vurğulayan ekspertin sözlərinə görə, ümumiyyətlə, iş vaxtından sonra hansısa şirkətin əməkdaşlarının sakinlərin qapısını döyməsi, onlara öz məhsullarını təklif etməsi ciddi qanun pozuntusudur. “Müəyyən işbaz şirkətlər var ki, onların məqsədi əslində vətəndaşları aldatmaqdır. Su filtri satan şirkətlərin də bu yola qulluq etməsi şübhə doğurmur. Gecə saat 11-də, 12-də vətəndaşın qapısını döymək, ona su filtri şirkətinin məhsulunu təklif etmək ən azından qeyri-etikdir. Bu olmaz. Şirkətlər anlamalıdır ki, əməkdaşları yalnız iş saatlarında vətəndaşı narahat edə bilər, qalan vaxtlarda onların hanısa sakini rahatsız etməsi yolverilməzdir. Vətəndaş axşam yorğun vəziyyətdə işdən evə qayıdır, gün boyu steress, qayğı, gərginlik içində olur, evə gəlib dincəlmək istəyir. Bu vaxt qapı döyülür, vətəndaş qapını açır və qarşısında su filtri satan şirkətlərin əməkdaşlarını görür. Bu şirkətlərin hamısı eyni sözü əzbərləyib ki, bəs dövlətin sizə verdiyi su keyfiyyətsizdir, ekoloji cəhətdən təmiz deyil, siz bizim şirkətin filtrlərini alın təmiz su için. Vətəndaş da, təbii, nəzakətlə həmin şirkətlərin əməkdaşlarını yola salır. Hadisə ertəsi gün gecə saatlarında bir daha təkrarlanır. Bu işbaz şirkətlərin külli məbləğdə qazanc götürməsi, biznesini irəlilətməsi vətəndaşın narahatlığı, əndişəsi hesabına başa gəlir. Onlar birmənalı olaraq dövlətin içməli su siyasətinə zərbə vurmaq niyyəti güdürlər. Guya bunlar vətəndaşları dövlətdən çox istəyirlər. Hesab edirəm ki, su filtri satan şirkətlərin gün ərzində xidmətinə limit qoyulmalıdır. Yəni onların xidmət saatları konkret olaraq müəyyən edilməlidir ki, bu şirkətlərin işçiləri gecə saatlarında vətəndaşın qapısını döyüb onu narahat etməsin. Mənim özümün də dəfələrlə qapımı bu şəkildə döyüblər. Demişəm ki, mənə su filtri lazım deyil, mən də, ailəm də dövlətin verdiyi suyun keyfiyyətinə inanırıq və ondan istifadə edirik. Yenə də öz bildiklərini deyirlər və dövlətin verdiyi içməli suyun keyfiyyətini şübhə altına alan fikirlər bildirirlər”.

Əlaqədar qurumların bu şirkətlərlə bağlı ölçü götürməli olduğunu deyən ekspert hesab edir ki, dövlətin içməli su siyasətini şübhə altına almaq məqsədilə həyata keçirilən qara təbliğat kampaniyası vətəndaşlarda inamsızlıq aşılamağa hesablanıb. “Su filtri şirkətlərinin kələkbaz, mənfətpərəst olduğunu, vətəndaşları aldatdığını dəfələrlə “Azərsu” ifşa etsə də, onlar yenə də əməllərindən qalmır. Dövlətin içməli su siyasətini həyata keçirən “Azərsu” dönə-dönə verilən içməli suyun keyfiyyətinin aşağı olmadığını, süyun bir neçə mərhələdə filtrizasiya olunduğunu qeyd edib, əhalini işbazların toruna düşməməyə çağırıb. Deyim ki, bəzi vətəndaşlar bu şirkətlərə aldansa da, əhalinin böyük hissəsi onları qapıdan qovur. Çünki bu addımı bezdikləri, usandıqları üçün atırlar”-deyə ekspert qeyd etdi.

İradə SARIYEVA         



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ