Cümə günü, 13 noyabr 2026
     

Cızığından çıxan - Yunus Oğuz yazır

Image


Bir gün Molla Nəsrəddinin evinə oğrular girir. Kişini arvadı ilə bir yerdə evin ortasına qoyub bir cızıq çəkir və hədələyirlər ki, nəbadə ayağınızı bu cızığdan kənara qoyasınız, yoxsa başınıza elə oyunlar açarıq ki, dəymişiniz dura-dura kalınız tökülər.

Nə isə oğrular evi yığıb-yığışdırır, gözə dəyən nə varsa kürəklərinə şələləyib aparırlar. Evin ortasında qorxudan heykəl kimi donub qalan arvad birdən özünə gəlir və mollanın başına taraz qapaz ilişdirir.

- Kül sənin kişi başına, - deyir, - adını da kişi qoymusan. Oğrular evi silib-süpürdülər, sənsə cızığdan çıxa bilmirsən.

Molla gülə-gülə cavab verir:

- Arvad, səs salma, oğruların dədəsini yandırmışam.

- Nə nəhər yandırmısan?

Molla qayıdır ki, arvad, sən belə usta şeyləri bilməzsən. Onlar evin yükünü bellərinə şəlləyəndə mən ayağımı cızığdan üç dəfə kənara qoymuşam...

Molla Nəsrəddinin bu lətifəsini niyə yazdım? Son vaxtlar molla kimi cızığından çıxan adamlar peyda olub, özü də adamın üzünə dururlar ki, yaxşı eləyib cızığımızdan çıxırıq. Allah vurmuşdu sizi!  Bəs bilmirdiniz o cızığı çəkən var? Bax elə biri son vaxtlar qəttəzə ad almış "söyüş müxalifəti". Guya mitinq etmək istəyirlər, guya demokratiyadan, söz azadlığından adamın canına yağ kimi yayılan "mərifətli" sözlər deyəcəklər. Yox balam, bu hökumət sizin dabbaqda gönünüzə bələddir. Bilir ki, bir yerə yığışan kimi cızığınızdan çıxıb söyüşə, təhqirə keçəcəksiniz, necə ki, bunu sosial şəbəkədə eləyirsiniz. Ona görə də heç "Məhsul"u da sizə qıymadılar. Di gedin, mişar daşı ilə hasara alınmış Qaradağ stadionuna. Orada hər şey qəttəzədir.

Həm də bu iqtidar sizi yoxlayır ki, görüm bunların gerçəkdə nə qədər tərəfdarları var. Yoxsa day 20 yanvardakı kimi olmasın. Xalq anım tədbirinə gedir, bunlar  camaatın içinə girib selfi eləyirlər, sonra lazım olan yerə göndərib pul-para istəyirlər ki, bəs bunlara heç nə çatdırmaq olmur. Əjdaha kimi ağızlarını açıb elə "ver-ver" deyirlər. Onlar da belə selfini görüb fikirləşirlər ki, aha, deməli bu hökumətin axırıdır. Eləcə torbalarının ağızlarını açırlar. Pulnan yanaşı o torbalardan söyüş müxalifəti də çıxır. Bax yenə deyirəm. Cızığınızdan çıxmayın. Gördünüz türmədən çıxan o Fuad əkənin başına nə gəldi?  Day dalısını yazmıram. Onsuz da hər kəs ağcaqanadın nə etdiyini gözəl bilir.

Mişar daşından yazmışkən. Bu barədə məqalə yazan Mirzə dostum lap cızığından çıxıb. Qələmini dərzi iynəsi kimi yaxasına taxıb, deyir ki, "Vətən namusdur, vətən qürurdur,vətən sonuncu qorunacaq tək hədəfdir" və bu bir layihə prezident yanındakı qeyri-hökumət təşkilatından keçirib. Pah, peşiman olub e... Elə canfəşanlıq eləyib ki, az qalıb cızığından çıxsın. Lənkaranda bunu qoymayıblar cızığından çıxsın.  Deyiblər a kişi, nə vətən, nə qürur, nə namus? Rayonda bunların hamısı elə özümüzük.

Yox, Bakıdan gəlib Lənkəranda qızışıb söz deyəcəksən? Mirzə, sənə bu lazımdır?  Az qalmışdı gecə Prezident Aparatından  səlahiyyətli kişiləri yuxuda oyadıb deyəsən ki, mənə Lənkərana getməyə  izn verin. A kişi, get də. Bəlkə ora getmək üçün diplomatik pasport düzəldək? Axırda Lənkəranda buna dedilər ki, get, vətəni sonuncu hədəf kimi, qoru, amma cızığından çıxma.

Görürsənmi hörmətli Mirzə, hər kəs üçün bir cızıq çəkilib.

 

Redaksiyaya hərdən universitetin jurnalist tələbələri bir aylığa təcrübəyə gəlirlər. O gün görürəm birinin dəftərçəsi masamın üstündə qalıb. Dedim görüm bunlar tələbə ikən nə ilə nəfəs alırlar? Açdım dəftərçəni baxdım. Bu qırışmal tələbə, gələcəyin müxbiri  olmaq istəyənlər hər şeyə necə də kreativ, yaradıcı yanaşırlar. Dəftərçədə guya abbreveturanı öyrənirlər. Lap cızığlarından çıxıblar. Gör nə yazırlar.

Milli Məclis (MM) - Mənə də məmə,

Post Patrul Xidməti (PPX) - pulu püflə xarala,

Yol Polis Xidməti  (YPX) - yığ pulu xarala,

Mətbuat Şurası (MŞ) - Amaşov

Kütləvi infortmasiya vasitələrinə dəstək fondu (KİVDF) - yox, bunu yazmıram, bakanımız məndən inciyər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) - qayıt mollalığa, istəsən

Daxili İşlər Nazirliyi (DİN) -  dinmə

Milli Şura (MŞ)- mənə də şans

Azərbaycan Xalq Cəbhəsi (AXC) - axtar xeyiri cibimdə

Azərbaycan Yazıçılar Birliyi (AYB)  - ancaq yanımdakı bilir

Avropa Şurasının Parlament Assembleyası (AŞPA)- aş şüyüdlü, plov alçalı

Birləşmiş Millətlər Təşkilatı (BMT) - başlarını məclisdə tovla

Azərbaycan Respublikasının Prezident Administrasiyası (AR PA) - yox bunu heç yazmaram, olmaz, cızığımdan çıxaram...

Bu kreativ tələbələr bir yana, bunlara olar. Bunlar hər şeyə qapıları bağlı auditoriyadan baxırlar.  Bəs bu deputatlar niyə tez-tez cızığlarından çıxırlar?

O de, o gün Rəfail polkovnikimiz deputat mandatını qoyub, nə az, nə çox,  yarım milyon biznes üçün pul götürüb.  Bu bizneslə məşğul olur, başa düşdük.  Bəs o müəllimə pulu hardan götürüb, hələ qozu-qozu da deyir ki, bəlkə kommunistləri geri qaytardılar. O üçrəngli bayrağın altında necə oturursan? Bəs o üçrəngli bayrağı ilk  dəfə dövlət səviyyəsində Naxçıvanda qəbul edən rəhmətliyə nə deyəcəksən?

Cızıqdan çıxmaq budur e...

"Relax"da hələ də rahatlanan o İqbalı demirəm. Deyəsən onun cızığını geri çəkiblər, day səsi çıxmır. Qədeş, o zonada səndən də güclü "Palıd"lar, "Bəşəru"lar var, e. Gör, deputat da olsalar səsləri çıxır? Yox, çünki, cızıqlarını çoxdan müəyyənləşdiriblər.

Bu deputatlardan səliqə ilə beş-on nəfər götürsək ticarətdir, biznes nədir bilməzlər. Amma deməyin ki, bu beş-on nəfərin içində Tahir kimilər də var. Ət- tövbə. Siyasi dəllallıq elə biznesin ən böyüyüdür də. Ona da elə cızıq qoyulub.

Qalan deputatlar qaz vurub qazan doldurur, hələ mən xəlilovları demirəm. Onlardan birinin cızığı Çexiyada kazinoya qədər cızılıb.

Nə isə, deputat cızığından bu qədər. Onsuz da seçkilərə az qaldığından ürək-göbəklərini yeməyə başlayıblar. Gül ləçəklərilə fala baxırlar:

"Olacam, olmuyacam" Sevir, sevmir?" Hələ bundan sonra cızıq tamaşaları çox olacaq.

Deyəsən, o Koka-kola da cızığından çıxıb. Bizdən bu qədər pul basıb yeyir, ancaq Qarabağda xəbərsiz tədbir keçirir. Burda deyəsən kuratoru güclüdür. Yoxsa, çoxdan şələ-küləsini qoltuğuna verib deyərdilər ki, bəsdi bu xalqı zəhərlədin.

Cızıqdan birini də yazım, ta bəs deyim.

Bir tanışım danışıb bunu. Deyir, çox varlı iş adamı məni apardı beş mərtəbəli villasında həddən artıq kitablarla dolu bir otağa. Nadir kitablar hündürlüyü beş metrlik olan otağın tavanına dirənmişdi. O qədər oxunmalı kitab var idi ki... Nə isə bu iş adamı kitabların içində mənim sağlığıma  yüz viski vurub soruşdu:

- Necədir, kitab kabinetim xoşuna gəldimi?

Dedim "əladır."

Dediki, o zaman düzünü söylə; Mən ziyalıya oxşayırammı?

Əlim üzümdə qaldı. İndi bu da özünə ziyalı cızığı çəkib. Kitab yığmaqla guya aydın, nə bilim ziyalı olacaq. Ay hay!

Ay qardaş, çoxları elə bilir ki, cızığı buralarda çəkirlər. Yox canım, nə danışırsan? Cızıq göylərdə çəkilir. Sadəcə olaraq sən yerdə ya onu irəli, ya da geri çəkə bilərsən. Cızığınızdan çıxmayın! Bilirsiniz də sonra nə olur?..



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ