Cümə günü, 13 noyabr 2026
     

Bir amalın iki qəhrəmanı – Zamin Məmmədov və ANA... - FOTO

Image


Telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Xəttin o biri başında illərin ağırlığı çökmüş yorğun səsli bir qadın özünü belə təqdim etdi: “Mən şəhid Zamin Məmmədovun anasıyam. Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”,- dedi.

Ertəsi gün Zaminin dünyaya göz açdığı kəndə - Babək rayonunun Nehrəm kəndinə üz tutdum. Nərgiz ana elə qapıda gözləyirdi. Övladının həsrəti bəyaz qar kimi saçlarına hopmuş, ürəyində düşmənə nifrəti, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən, bu torpağa, bu elə qəhrəman yetişdirən ana ilə görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə əxz etmiş Nərgiz ananın söhbətini dinlədikcə gözümdə bir tablo canlanırdı: Vətənpərvər, vətənpərvər olduğu qədər məğrur,  məğrur olduğu qədər də cəsarət sahibi olan bir qəhrəman ana. Ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə “Qırmızı Əmək Bayrağı” ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ailə qurduqdan sonra əmək fəaliyyəti sonlanıb. Digər missiyasını - analıq missiyasını layiqincə yerinə yetirib. 4 övlad böyüdüb. 4-ü də ali təhsilli, cəmiyyətimizə yararlı. Zamin 3-cü övladıdır. Nərgiz ana övladının şəkillərini göstərir, haqqında qürurla danışır. Danışdıqca fərəhlənir, gözlərinə işıq gəlir. Düşünürəm ki, nəinki şəhidləri, şəhidlik zirvəsinə yüksəlmiş oğul yetişdirən anaları da unutmaq olmaz. Onların ziyarətinə getmək, həmsöhbət olmaq bizim ən azından vətəndaşlıq borcumuzdur. Nərgiz ana danışdıqca artıq  hazırlayacağım yazının baş qəhrəmanını deyil, baş qəhrəmanlarını müəyyənləşdirmişdim. Bunlardan biri şəhid Zamin Məmmədov, digəri qəhrəmanı yetişdirən Nərgiz ana idi.

“Ailə qurmağa tələsmirdi. Atası Allahverdi kişinin və mənim təkidimdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq. Otağını bəzədik. İndi bu otaq onun xatirəsilə dolub”. Divardan asılan üçrəngli bayrağımız, Zaminin hərbi forması, şəkilləri... Sanki bir muzeydir, vətənpərvərlik muzeyi. Nərgiz ana bu otağı elə muzey kimi də qoruyur. “Hər gün işdən gəlib ilk bu otağa keçirəm. Ana-bala söhbət edirik”, -deyir Nərgiz ana.

Qəhrəman doğulurlar, qəhrəman olmurlar!

Kim idi Zamin Məmmədov? Zamin Məmmədov 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm əsasən muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini  həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyasi daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən alüminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı - Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...

Liseyi bitirdikdən sonra məqsədinin ardınca Bakıya üz tutan Zamin Məmmədov Heydər Əliyev adına Ali Hərbi məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama - cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Tağım komandiri kimi əsgərləri yetişdirmək, qayğısına qalmaq, eləcə də ayıq-sayıq Vətənin keşiyində dayanmaq.

  • Vətəni qorumaq peşəsini seçən oğullara eşq olsun!

14 yaşında, hələ yeniyetmə ikən ailədən ayrılmaq, ata qayğısı, ana nəvazişindən kənar qalmaq hər oğulun işi deyil. Və bilərəkdən ki, bu yolun dönüşü olmaya bilər. Zamin 2008-ci ildə ayağından güllə yarası alsa da, tezliklə ayağa qalxıb yenidən səngərə qayıdır. Bu yoldan onu ölüm qorxusu belə döndərə bilməzdi. Sevərək seçdiyi yolda inamla, qətiyyətlə addımlayan Zamin illər idi ki, ad gününü qeyd etmirdi. Evlərinə məzuniyyətə gələndə belə 10 gündən artıq qalmazdı. Bütün fikri, xəyalı qısa zamanda geriyə - xidmətinə dönmək idi. Sonuncu məzuniyyəti 2010-cu ilin oktyabrına təsadüf edir. Anasının xahişi ilə sinif və kursant yoldaşlarını ad gününə dəvət edir. Bu onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.

2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur.

Yeni il ərəfəsində Azərbaycan televiziyasının əməkdaşları Zamin Məmmədovdan müsahibə alır və ona “Arzuların varmı”, - sualını ünvanlayır.

“Tağım komandiri, leytenant Zamin Allahverdi oğlu Məmmədov”,- deyə özünü təqdim edən vətənpərvərin cavabı belə olur: “Yeni ili işğaldan azad olunacaq torpaqlarda qeyd etmək”. “Səngərdə zabit kimi xidmət etmək mənim ən böyük arzum idi. Torpaqlarımızın işğalı ilə barışa bilmərik. Tam silahlanmış, döyüş gücünə malik bir ordu olaraq Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə əminəm. Biz uduzmamışıq. Əsgər anaları rahat olsunlar, qürur hissi keçirsinlər ki, bizim övladımız səngərdə düşmənlə üz-üzə torpağımızı, millətimizi, xalqımızı qoruyur”-deyir Zamin Məmmədov.

  • “O bayrağı öz əlimlə torpağa sancacağam...”

“Divara asılmış bayrağı görürsən, qızım? O bayrağa bükülüb gəlib şəhidim. Məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrıdan nə var, nə dövlət, heç nə istəmirəm, ömür payı istəyirəm. Tanrı mənə ömür versin, torpaqlarımızın azad olunmasını görüm. O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid olduğu Ağdam torpaqlarına sancacağam. Qocalıb əldən düşsəm də, sürünə-sürünə də olsa, o torpaqlara gedəcəyəm”-deyir qəhrəman yetişdirən qəhrəman ana.

“Lələtəpə yüksəkliyinin alınması xəbərini eşidəndə işdən çıxıb qaça-qaça evə gəldim. Bu şad xəbəri Zaminə yetirmək üçün. Saatlarla dayandım şəklinin qarşısında. Ana-bala söhbət etdik. Sanki mənə dünyaları vermişdilər. Oğlumun ruhu az da olsa, dinclik tapırdı axı. Həmin gün cəmi şəhidlərin ruhu şad idi. Bundan iki il sonra Günnüt zəfəri mənə qol-qanad verdi. Oğlumun itkisindən sonra hər iki zəfər müjdəsi mənim üçün əvəzedilməz pay idi. Elə gün olmaz ki, xəbərləri izləməyəm. Dövlətimizə, ordumuzun günü-gündən artan qüdrətinə, həyatını Azərbaycan Respublikasının müdaifəsinə həsr etmiş oğullara  güvənirəm. Əminəm, əminəm ki, bu bayraq divarda qalmayacaq”.

  • Yüz-yüz itən olsun, min-min də bitən var

“Nəvəm Ramal Abbasov bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. Çox sevindim. Özüm də liseyə getdim. Liseydə şəhid məzunların xatirəsinə həsr olunmuş lövhədə Zaminin də şəkli var. Əlindən tutub ora apardım. Bax, dayınla öyün dedim. Onun getdiyi yolun davamçısı ol. O yolu yarımçıq buraxmaq olmaz. O yol Vətən yoludur, namus yoludur. Bu yola girdinsə, geri dönüşü düşünmə. Geridə buraxdıqlarını düşün. Ananı düşün, atanı düşün, ailəni düşün. Bil ki, Vətən anadır. İrəli bax  və cəsarətlə yürü. Biz haqq yolundayıq. Kimsənin torpağında gözümüz yox. Öz haqqımız uğrunda, Vətənimiz yolunda lazım gəlsə, hamımız əlbir olub savaşa gedəcəyik. Bu yolda yüz-yüz itən olacaq, Zaminlər itəcək, Ramallar bitəcək. Bu eşq yoludur: Vətənə məhəbbət, dövlətçiliyə sədaqət yolu. İnamla irəli!”

Bir amalın iki qəhrəmanı - ana və oğul! Vətən aşiqi yetişdirmiş ana da qəhrəmandır. “Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”,- demişdi Nərgiz ana. Biz heç onu unutmadıq ki! Şəhidlər ölmür, şəhidlər unudulmur. Şəhidlər elə bir mərtəbədədirlər ki, yoxluqları ilə belə illərə meydan oxuyurlar. Onlar uğrunda şəhid olduqları bu torpağa, bu elə, bu obaya adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib.

Şəhid varsa, torpaq da var, Vətən də.

Şəhidlərə ölüm yoxdur Vətəndə!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ