Cümə günü, 13 noyabr 2026
     

Saxta əlillərin sayı 2500-dən çox oldu, sərt tədbir görüldü...

Image


Məlum olduğu kimi, ölkəmizdə bəzi insanlar heç bir əlillik göstərici olmadığı halda saxta yollarla əlillik dərəcələri alır, buna görə onlara müxtəlif məbləğdə pensiya və müavinətlər təyin edilirdi. İndiyə qədər saxta əlillik dərəcəsi alan xeyli sayda insanın əlillik dərəcəsi ləğv edilib. Bu da dövlət büdcəsinə dəyən zərərin qarşısının alınmasına xidmət edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata bildirib ki, bu il ərzində 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub. Nazir qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət olunub.

Nazirin bildirdiyinə görə, müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparılır. Pensiya sistemində vəfat etmiş şəxslər, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı mütəmadi olaraq monitorinq aparılır və onların pensiya təminatı dayandırılır.

S.Babayev, həmçinin, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımla bağlı da monitorinqlər davam edir: "Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində - hələlik səyyar yoxlamalar aparılmayıb - saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə müxtəlif tədbirlər görülür. Bu gün Azərbaycanda 70 mindən çox ailə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir. Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzürlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb”.

Nazirin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün edilən elektron müraciətlərdən sonra bu müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib: “Aydın şəkildə görünür ki, bu şirkətlər, daha doğrusu, fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlk nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslərlə bağlı tədbir görülüb”.

S.Babayev bildirib ki, bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risq kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Nazir bu araşdırmanın nəticələrinin bu ay ərzində açıqlanacağını söyləyib. O, vətəndaşlara bununla bağlı bir daha müraciət edərək deyib ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur: "Vətəndaşlar, sadəcə, diqqətli oxuyaraq bu müraciət formasını doldurmalıdırlar. Vətəndaşların heç şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur”.

Mövzunu şərh edən ekspertlər hesab edirlər ki, saxta yolla əlillik dərəcəsi alan adamların bu gün əlillik dərəcəsinin kütləvi olaraq ləğv edilməsi müsbət haldır. Saxta əlillik dərəcəsi alan adamlara qarşı mübarizənin gücləndirilməsinin effekt verəcəyini deyən ekspertlərin sözlərinə görə, vaxtilə müəyyən həkimlər, əlillik dərəcəsini müəyyən edən ekspertlər pul müqabilində bəzi vətəndaşlara əlillik dərəcəsi veriblər. Saxta əlillik dərəcələrinin verilməsinin dövlət büdcəsinə əlavə yük olduğunu qeyd edən ekspertlər hesab edirlər ki, il ərzində 2500 saxta əlillik alan insanın əlillik dərəcəsinin ləğvinə nail olmaq müsbət göstəricidir. Ekspertlərə görə, saxta əlilliklə mübarizənin effektiv təşkil edilməsi sahəsində 2500 nəfər artıq bu kateqoriyaya aid edilməyəcək.

  • “Artıq bu mübarizə tendensiyası bütün ölkəni əhatə edir”

 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri M.Əliyevin sözlərinə görə, son dövrlər bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsi nəticəsində saxta yolla əlillik dərəcəsi alan adamların müəyyənləşdirilməsi, onların bu dərəcəsinin ləğv edilməsi təqdirəlayiq haldır. O qeyd etdi ki, uzun illərdir saxta əlillik alan adamların olduğu barədə həm ekspertlər, həm də rəsmi qurumlar açıqlamalar verirdi, lakin bu istiqamətdə elə güclü addımlar atılmırdı. Amma son bir ildə bu istiqamətdə ciddi addımlar atıldığını deyən M.Əliyevin sözlərinə görə, əlillik dərəcəsi alanlar zaman-zaman Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) "test"indən keçirilirlər və həqiqətən də vətəndaşın əlilliyi yoxdursa və nə zamansa bu dərəcəni saxta yolla alıbsa, həmin şəxslərin əlillik dərəcəsi ləğv edilir.

Onun bildirdiyinə görə, vaxtilə aparılan araşdırmalar zamanı məlum olub ki, əlillik pensiyası alanların 60 faizi saxta arayışlarla status əldə edib. Bunun nə dərəcədə dəqiq olduğunu bilmədiyini deyən M.Əliyev hesab edir ki, uzun illərdən sonra saxta yollarla əlillik dərəcəsi alan adamların bu statusunun ləğv edilməsi müsbət nəticələr verəcək. “Çox təəssüf ki, bizim vətəndaşlar arasında qanunsuz yollarla əlillik dərəcəsi, həmçinin, buna görə pensiya və müavinət alanlar da olub. Saxta əlillik sənədlərinin alınmasının kütləviləşməsi ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Yəni bu tendensiya həmin dövrlərdən müşahidə edilməyə başlayıb. Müəyyən adamlara saxta əlillik dərəcələrinin verilməsi bəzi adamlar üçün çox “gəlirli” sahəyə çevrilmişdi. Bu da bilirsiniz ki, böyük narazılıqlar yaradırdı. Çünki bir ölkədə bu qədər əlilin olması təəccüblü görünürdü. Artıq bu istiqamətdə ciddi işlər görülür, bu sahədə faydalı dönüş müşahidə edilməyə başlayıb. Artıq bu mübarizə tendensiyası bütün ölkəni əhatə edir. Həyata keçirilən tədbirlər, araşdırmalar nəticəsində Azərbaycanın bütün regionlarında da bu proses eyni dərəcədə aparılır.

Hesab edirəm ki, saxta yolla əlillik dərəcəsi alan adamların bu statuslarının ləğv edilməsinin ən böyük faydalarından biri dövlət vəsaitinin aidiyyətsiz yerlərə yönəldilməsinin qarşısını almasıdır. Saxta yolla əlillik alan adamların özlərinə də yəqin ki, müəyyən sərt cəzalar veriləcək. Amma il ərzində 2500 nəfər saxta əlillik dərəcəsi alan insanın əlillik statusunun ləğv edilməsi çox effektiv nəticələr verəcək, bu sahədə baş verən belə halların qarşısını alacaq. Fikrimcə, bu, digər vətəndaşlara da bir örnək olacaq ki, onlar da nə vaxtsa belə saxta əməllərə əl atmasınlar. Saxta əlilliyə qarşı həyata keçirilən mübarizə prosesi həm də əlillik dərəcəsi verən qurumların öz işlərinə daha şəffaf, daha ədalətli yanaşmasını təlqin edəcək. Onlar daha bu cür neqativlərə yol verməyəcəklər. Bilirsiniz, saxta əlillik dərəcəsi alan adamlara statuslar bu gün verilməyib, onlar illərdir saxta əlillik vəsiqəsi daşıyaraq dövlətin pulunu mənimsəyiblər” - deyə M.Əliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ