Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 26-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.